İqtisadi sistem- iqtisadiyyatın başlıca probleminin həllinin təşkili və idarə olunmasına görə, mövcud məhdud resurslardan istifadə olunması səviyyəsinə görə, eləcə də cəmiyyət və onun üzvlərinin tələbatlarının ödənilməsinə görə bir- birindən fərqlənən iqtisadi şəraitlərin və amillərin məcmusuna deyilir.
İqtisadi sistem dedikdə, təsərrüfat subyektlərinin təsərrüfat fəaliyyətinin əlaqələndirilməsi xüsusiyyətlərindən və istehsal amilləri üzərində mülkiyyət formasından asılı olaraq cəmiyyətin təsərrüfatçılıq həyatının təşkili formaları nəzərdə tutulur.
İqtisadi sistemlər bizə məlum olan üç əsas sualın: Nə? Necə? və kimin üçün suallarının cəmiyyət qarşısında qoyduğu problemlərin necə həll olunmasından asılı olarq bir- birindən fərqlənir.
İqtisadi artımın tipindən və tətbiq olunan iqtisadi artım modelindən asılı olmayaraq, hazırda 4 müxtəlif iqtisadu sistem mövcuddur:
Ənənəvi iqtisadi sistemin əsas xarakterik xüsusiyyətləri.
Hal- hazırda çox da geniş yayılmayan ənənəvi iqtisadi sistem xalqın milli adət və ənənlərinə əsaslanır. Həmin ənənələr nəsildən- nəsilə ötürülür. Bu ənənələr məhsul və xidmətlər istehsalının və onun bölüşdürülməsinin xarakterini müəyyən edir. Ənənəvi iqtisadi sistem şəraitində istehsal amilləri (torpaq və kapital) icmanın mülkiyyətindədir. Maddi nemətlərin istehsalı və onların bölüşdürülməsi mövcud adət və ənənələrə uyğun aparılır. ənənəvi iqtisadiyyatda texniki tərəqqi bir qayda olaraq çətinliklə yol tapır. Ənənəvi iqtisadi sistemin xüsusiyyətləri: - Təsərrüfatçılıq adət və ənənələrin üstün rolu;
- idarəetmədə ierarxiya prinsiplərinin üstünlüyü;
- iqtisadiyyatın nisbi qapalı xarakteri;
- texnika və texnologiyanın aşağı inkişaf səviyyəsi.