İqtisadiyyat elminin yaranma və inkişaf tarixi


Prinsip 4. İnsanlar stimullara cavab verirlər



Yüklə 94,21 Kb.
səhifə9/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   ...   5   6   7   8   9   10   11   12   ...   39
iqtisad cavablar

Prinsip 4. İnsanlar stimullara cavab verirlər.
İnsanlar fayda və məsrəfləri müqayisə etməklə qərar verdiklərinə görə fayda və məsrəflər dəyişdiyi təqdirdə insanların davranışları da dəyişə bilər. Başqa sözlə desək, insanlar stimullara cavab verirlər. Misal üçün almanın qiyməti qalxdıqda almanın alınması üçün məsrəflər artdığına görə insanlar daha çox armud və ya daha az alma yeməyə qərar verirlər. Eyni zamanda alma bağlarının sahibləri məhsulun satışından əldə olunacaq faydanın artdığına görə daha çox işçi götürüb, daha çox məhsul yığmaq məqsədi güdürlər.
Siyasi tədbirlər insanların fayda və məsrəflərini dəyişməklə onların davranışına təsir etdiyindən dövlətin iqtisadi siyasətini müəyyən edən şəxslər heç vaxt stimulların gücünü unutmamalıdırlar. Məsələn, benzinin qiymətinin qalxması insanları daha kiçik, az yanacaq sərf edən avtomobilləri sürməyə vadar edir. Bu, həmçinin insanları şəxsi nəqliyyat vasitəsindən istifadə etməkdənsə, daha çox sərnişin nəqliyyatına üstünlük verməyə və ya işlədikləri yerə daha yaxın yaşamağa vadar edir.
Saydığımız dörd prinsip fərdi qərar vermə ilə əlaqədardır.
Prinsip 5. Ticarət hər kəs üçün faydalı ola bilər.
Yaponiyanın dünya iqtisadiyyatında ABŞ- la rəqabət apardığını yəqin ki, eşitmisiniz. Bəzi cəhətlərdən bu həqiqətən belədir, məsələn bir çox Amerika və Yaponiya şirkətləri eyni məhsulları istehsal edir. Avtomobil bazarında Ford və Toyota eyni müştərilər üçün rəqabət aparır.
Bununla belə ölkələr arasındakı rəqabət mövzusunda asanlıqla aldanmaq olar. ABŞ ilə Yaponiya arasındakı ticarət, heç də yalnız bir tərəfin qələbəsi ilə nəticələn idman yarışına bənzəmir. Əslində, tamamilə bunun əksinədir. İki ölkə arasındakı ticarət onların hər ikisi üçün faydalı ola bilər.
Bunun necə olduğunu anlaya bilmə üçün ticarətin sizin ailəyə olan təsirini düşünün. Ailənin hər hansı üzvü iş axtararkən digər ailələrin iş axtaran üzvləri ilə rəqabət aparır. Hər bir ailə ucuz qiymətə ən keyfiyyətli məhsulları almaq istədiyindən, ailələr bazarlıq edərkən bir- birilə rəqabət aparırlar. Deməli, müəyyən mənada iqtisadiyyatdakı hər ailə bütün digər ailələrlə rəqabətdədir.
Bu rəqabətə baxmayaraq, digər ailələrdən təcrid olunmaq ailəniz üçün faydalı olmazdı. Belə etmiş olarsa, ailəniz özünüzə qida yetişdirməli, paltar tikməli, evinizi tikməli olacaq. Aydındır ki, ailəniz başqaları ilə ticarət etməkdən xeyli fayda götürür. Ticarət insanlara kənd təsərrüfatı, dərziçilik, inşaat və s. kimi ən yaxşı bacardığı fəaliyyət sahəsində ixtisaslaşmaq imkanı verir. Başqaları ilə ticarət etməklə insanlar daha aşağı qiymətlərlə daha böyük çeşiddə əmtəə və xidmətləri ala bilirlər.
Ailələr kimi, ölkələr də bir- biri ilə ticarət etmək imkanından faydalanır. Ticarət nəticəsində ixtisaslaşa bilir, daha geniş əmtəə və xidmət seçiminə nail olurlar. Yaponlar, Fransızlar, Misirlilər və Braziliyalılar dünya iqtisadiyyatında rəqiblərimiz olduqları dərəcədə həm də bizim ortaqlarımızdır.

Yüklə 94,21 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin