İqtisadiyyat elminin yaranma və inkişaf tarixi


İqtisad elminin tədqiqat səviyyələri



Yüklə 94,21 Kb.
səhifə5/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   2   3   4   5   6   7   8   9   ...   39
iqtisad cavablar

İqtisad elminin tədqiqat səviyyələri.

İqtisadiyyat elminin tədqiqat səviyyələri aşağıdakılardır:
Makroiqtisadiyyat- bu, hər bir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyətin, ölkənin, milli iqtisadiyyatın ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai məhsulun məcmuu, milli gəlirin kəmiyyəti, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunmaq səviyyəsi və s. kimi problemlərin öyrənilməsi və həlli yolları araşdırılır. Bura dövlət büdcəsi, işsizlik, inflyasiya, iqtisadi artım və s. aid edilir.
Mikroiqtisadiyyat- istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarə edilməsi deməkdir. İqtisadiyyatın özəyini təşkil edən müəssisədə istehsalın və xidmətin daha səmərəli qurulması modelləri seçilir, az xərclə daha çox və daha keyfiyyətli məhsul buraxılmasına çalışılır. Bu dairədə istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb- təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir. Mikroiqtisadiyyat firmalar, ev təsərrüfatları, sahə bazarlarını tədqiq edir.
Mezoiqtisadiyyat- makroiqtisadiyyatın yarımsistemidir; bir- biri ilə üzvi bağlı sahələr kompleksidir. Məs: aqrar- sənaye kompleksi, aqrar- biznes, hərbi- sənaye kompleksi. Bunların maddi əsaslarını əmək bölgüsü təşkil edir. Aqrar- sənaye kompleksində kənd təsərrüfatı ilə emal sənaye sahələrinin, bəzi istehsal vasitələri istehsal edən sənaye sahələrinin üzvi əlaqəliliyi əsas götürülür. Hərbi- sənaye kompleksində hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.
Meqoiqtisadiyyat- bu anlayış altında bütövlükdə dünya iqtisadiyyatı, başqa sözlə, beynəlxalq miqyasda iqtisadiyyat başa düşülür. Burada tədqiqat obyektini beynəlxalq iqtisadi təşkilatlar, xarici ölkələrin iqtisadi əlaqələri təşkil edir.
İqtisadi dünyagörüş cəmiyyətin iqtisadi inkişaf qanunauyğunluqlarının, müxtəlif iqtisadi təlimlərin, müasir dünya təsərrüfatının inkişaf istiqamətlərinin öyrənilməsinə imkan verə bilən biliklər sistemidir.


  1. Yüklə 94,21 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin