İqtisadiyyat Nazirliyi Gəncə-Qazax regional bölməsi, aparıcı məsləhətçi



Yüklə 126,55 Kb.
səhifə26/39
tarix26.06.2023
ölçüsü126,55 Kb.
#135280
1   ...   22   23   24   25   26   27   28   29   ...   39
İqtisadiyyat Nazirliyi Gəncə-Qazax aparıcı (1)

2. 2004-2008-Cİ İLLƏRDƏ REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFININ ƏSAS İSTİQAMƏTLƏ
1995-2003-cü illərdə həyata keçirilmiş geniş miqyaslı iqtisadi islahatlar növbəti beş ildə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə, regionların sosial-iqtisadi problemlərinin həllinə əlverişli zəmin yaratmışdır.
Azərbaycan Respublikası rayonlarının hərtərəfli inkişafının təmin olunmasında, iqtisadiyyatın ərazi strukturunun təkmilləşdirilməsində, iqtisadi inkişafın əsasını təşkil edən sahibkarlığın yerlərdə tam bərqərar olmasında, ölkədə yoxsulluq səviyyəsinin azaldılmasında və onun tədricən aradan qaldırılmasında son illər həyata keçirilən siyasət nəticəsində əldə edilən makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm rol oynayır. Bu vacib amili nəzərə alaraq, qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan makroiqtisadi sabitlik daha da möhkəmləndiriləcək. Bu məqsədlə 2004-2008-ci illərdə orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergilərin dərəcələrinin optimal həddə azaldılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, gömrük dərəcələrinin optimal səviyyədə saxlanılması, xarici borcların səmərəli idarə olunması siyasəti davam etdiriləcəkdir.
Pul-kredit siyasətində, neft gəlirlərinin artımı ilə əlaqədar olaraq, manatın rəqabət qabiliyyətinin əlverişli səviyyədə qorunub saxlanmasını təmin edən məzənnə siyasətinin həyata keçirilməsinə və pul təklifi kanallarının optimallaşdırılmasına xüsusi diqqət yetiriləcəkdir.
İnvestisiya siyasətində dövlət investisiyalarının əsasən regionların infrastruktur və kommunal xidmət təminatının yaxşılaşdırılmasına, sosial obyektlərin inşasına yönəldilməsi əsas hədəf olacaqdır. Tarif-qiymət siyasəti əhalinin həyat səviyyəsi və ödəniş qabiliyyəti nəzərə alınmaqla formalaşdırılacaqdır.
Gələcəkdə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlara, iqtisadi birliklərə daxil olması üçün qanunvericiliyin, standartların beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi sürətləndiriləcəkdir. Xarici iqtisadi siyasət istehsal olunmuş məhsulların ixracı üçün əlverişli şəraitin yaradılmasına, eyni zamanda, daxili bazarın haqsız rəqabətdən qorunmasına yönələcəkdir.
Sənaye sahəsində əsas məqsədlərdən biri regionlardakı sənaye müəssisələrinin fəaliyyətinin bərpasına, yeni müəssisələrin yaradılmasına yönələcəkdir. Burada kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin bərpasına və bu istehsalla bağlılığı olan fermerlərin yetişdirdikləri məhsulların satış imkanlarının artırılmasına xüsusi diqqət yetiriləcəkdir.
Aqrar sektorda islahatların ikinci mərhələsi sürətləndiriləcək, dövlət siyasətinin başlıca məqsədi kənd əhalisinin maddi rifahının, sosial-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasından, yeni iş yerlərinin yaradılmasından ibarət olacaqdır. Dağ rayonlarının inkişafına xüsusi diqqət yetiriləcəkdir.
Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçiriləcəkdir:
kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişaf etdirilməsi;
dövlət investisiyalarının əsasən istehsal müəssisələrinin bərpasına, regionların infrastruktur və kommunal xidmət təminatının yaxşılaşdırılmasına, sosial obyektlərin inşasına yönəldilməsi;
kənd təsərrüfatı istehsalçılarına vergi tətillərinin tətbiq edilməsi;
aqrar-sənaye kompleksi müəssisələrinə, fermer təsərrüfatlarına dövlətin maliyyə yardımı proqramlarının davam etdirilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən əhalinin müxtəlif təbəqələrinə mikrokreditlərin verilməsi sxeminin hazırlanması və bu sektorda layihələri maliyyələşdiriləcək mikrokredit banklarının, kredit ittifaqlarının yaradılmasının dəstəklənməsi, kənd təsərrüfatında bazar prinsiplərinə əsaslanan sığorta sisteminin təşkilinin stimullaşdırılması;
fermerlər tərəfindən yetişdirilən məhsulların həm daxili, həm də xarici bazarlarda satışına dövlət tərəfindən hərtərəfli dəstəyin göstərilməsi, İxraca Yardım Fondunun, birjaların, topdansatış anbarlarının, auksionların yaradılması;
baytar-sanitar, texniki nəzarət, fitosanitar, toxumçuluğun və damazlıq işlərinin dövlət tərəfindən dəstəklənməsi və maliyyələşdirilməsi;
aqrotexservis xidmətləri şəbəkəsinin yaradılmasının dəstəklənməsi;
mövcud meliorasiya-irriqasiya sistemlərinin bərpası və yenidənqurulması, yeni sistemlərin tikilməsi hesabına suvarılan torpaqların su təminatının yaxşılaşdırılması, torpaqların şoranlaşmasının qarşısının alınması, magistral kollektorlar vasitəsilə şor suların maneəsiz Xəzər dənizinə axıdılması;
su çatışmazlığının aradan qaldırılması, bu məqsədlə yeni su anbarlarının, magistral kanalların və digər su təsərrüfatı obyektlərinin tikilməsi;
torpaqların eroziyasına qarşı müvafiq tədbirlərin həyata keçirilməsi;
torpaqların rekultivasiyası layihələrinin hazırlanması;
torpaq kadastrının yaradılması;
- ölkədə torpaq bazarının yaradılması;
torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi.
Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olacaqdır.
Regionların iqtisadi inkişafının təmin olunmasında, əhalinin həyat səviyyəsinin yüksəldilməsində infrastrukturun və kommunal xidmətlərin başlıca amillərdən biri olduğunu nəzərə almaqla 2004-2008-ci illəri əhatə edən müddət ərzində bu sahələrdə dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılar olacaqdır:
müasir tipli elektrik stansiyalarının, yolların, kommunikasiya xətlərinin və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi;
kənd rayonlarında və qəsəbələrdə nəqliyyatın, avtomobil yollarının və yol infrastrukturunun inkişaf etdirilməsi;
maliyyə infrastrukturunun inkişaf etdirilməsi;
əhalinin, xüsusilə kənd əhalisinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, su, qaz, rabitə və s. ilə təminatının müasir tələblər səviyyəsinə çatdırılması, bu məqsədlə bu sahələrdə restrukturizasiya tədbirlərinin davam etdirilməsi;
infrastruktur və kommunal xidmət obyektlərinin idarə edilməsində bələdiyyələrin rolunun artırılması.
Dövlətin struktur siyasəti neft sektoru ilə yanaşı qeyri-neft sektorunun inkişafına, innovasiya texnologiyalarının daha geniş tətbiqinə, iri müəssisələrin özəlləşdirilməsinə, sahibkarlığın inkişafına, ixrac potensialının artırılmasına yönələcəkdir.
Özəlləşdirmə prosesinin başlıca məqsədlərindən biri regionlarda işləməyən müəssisələrin fəaliyyətinin bərpa edilməsindən, yeni iş yerlərinin açılmasından ibarət olacaqdır.
Bu məqsədlə aşağıdakı tədbirlər görüləcəkdir:
özəlləşdirmə prosesində şəffaflığın təmin edilməsi;
Dövlət Proqramına uyğun olaraq yeni sahələrin özəlləşdirilməyə açılması və müəssisələrin özəlləşdirilməsi prosesinin intensivləşdirilməsi;
özəlləşdirmə paylarının maksimum istifadə edilməsi;
xüsusi mülkiyyətin toxunulmazlığının təmin edilməsi, əmlak və səhm sahiblərinin hüquqlarının qorunması;
daşınmaz əmlakın Dövlət Reyestrinin yaradılması və onun işinin beynəlxalq tələblər səviyyəsində qurulması.
Növbəti illərdə Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılmasına yönəlmiş kompleks tədbirlər davam etdiriləcək və onların başlıca istiqamətləri aşağıdakılar olacaqdır:
regionlarda sahibkarlığın inkişafına dövlət maliyyə köməyinin artırılması;
rayonlarda mövcud olan potensial imkanlar barədə məlumat bazasının yaradılması;
yerlərdə sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və s. xidmətlər göstərəcək mərkəzlərin yaradılması;
rayonlarda turizmin inkişaf etdirilməsi;
rayonlarda ticarət yarmarkalarının yaradılması;
istehsal olunan məhsulların keyfiyyətinə laboratoriya nəzarətinin gücləndirilməsi;
yerli ixtisaslaşmanı nəzərə almaqla rayonlarda işsizlər üçün kadrların peşə hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin yaradılması;
sahibkarlığın təşviqinə yönəlmiş vergi-gömrük siyasətinin həyata keçirilməsi;
təbii inhisarların tariflərinin müntəzəm şəkildə tənzimlənməsi;
sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının qəti şəkildə alınması;
ipoteka, lizinq, françayzinq kimi beynəlxalq təcrübədə uğurla sınaqdan çıxmış sahibkarlıq fəaliyyəti növlərinin dəstəklənməsi və inkişaf etdirilməsi;
dövlət-sahibkar dialoqunun genişləndirilməsi.
Növbəti beş ildə regionlarda sosial siyasətin başlıca məqsədini əhalinin, o cümlədən regionlarda yaşayan vətəndaşların mənəvi ehtiyaclarının daha dolğun ödənilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması təşkil edəcəkdir.
Sosial təminat sahəsində dövlətin həyata keçirəcəyi siyasətin ən mühüm istiqamətlərindən biri pensiyaların müntəzəm olaraq artırılmasından və onların ünvanlılığının təmin edilməsindən, əlillərə, müharibə veteranlarına, gənc ailələrə, əhalinin ən az təminatlı hissəsinə xüsusi diqqətin yetirilməsindən ibarət olacaqdır.
Təhsil islahatları onun strukturunun və məzmununun yeniləşməsinə istiqamətlənəcəkdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçiriləcəkdir:
təhsilin məzmununun müasirləşdirilməsi, onun keyfiyyətinin artırılması;
əhalinin bütün təbəqələri üçün təhsil almaq imkanlarının bərabərləşdirilməsi;
- şagirdlərin pulsuz dərsliklərlə təmin edilməsi;
tələbələrin təqaüdlərinin artırılması;
məktəbəqədər təlim-tərbiyə təhsil sisteminin təkmilləşdirilməsi;
rayonlarda yeni məktəblərin inşası, kənd məktəblərinin texniki və kadr təminatının yaxşılaşdırılması.
Elm sahəsində ən mühüm vəzifələrdən biri sahələrin, o cümlədən aqrar elm sahələrinin inkişafından, bu sahədəki elmi tədqiqat və layihə institutlarının fəaliyyətinin təsərrüfat strukturları ilə əlaqələndirilməsindən ibarət olacaqdır.
Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılmasından, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir.
Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səhiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılar olacaqdır:
dövlətin maliyyə imkanları çərçivəsində pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi və onun keyfiyyətinin artırılması;
ölkədə tibbi sığorta sisteminin yaradılması;
səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının yaxşılaşdırılması məqsədilə tibb sənayesi müəssisələrinin yaradılmasının və fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi;
tibbi profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsi;
əhalinin sosial cəhətdən ən aşağı təminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi;
rayonlarda yeni səhiyyə müəssisələrinin inşası.
Mədəniyyət sahəsində dövlət siyasətinin strateji məqsədləri ölkənin mədəni potensialının, sərvətlərinin və ənənələrinin qorunub saxlanmasından və inkişaf etdirilməsindən, yaradıcılıq və təhsil sisteminin təkmilləşdirilməsindən ibarət olacaq, mədəniyyətin dövlət büdcəsindən maliyyələşdirilməsi ardıcıl olaraq artırılacaq, onun maddi, texniki və informasiya infrastrukturu inkişaf etdiriləcəkdir.
Bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin strateji məqsədləri əhalinin sağlamlığının yaxşılaşdırılmasından, insanlarda yüksək mənəvi keyfiyyətlərin tərbiyə olunmasından, vətənin müdafiəsinə hazırlığın təmin edilməsindən ibarət olacaqdır.
Regionların yuxarıda qeyd olunan istiqamətlərdə inkişafı və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.
Proqnozlara görə 2008-ci ildə ümumi daxili məhsul 2003-cü illə müqayisədə 2,3 dəfə artaraq 76,3 trilyon manat, ümumi daxili məhsulun adambaşına düşən həcmi 1578 ABŞ dolları, qeyri-dövlət sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 85 faiz təşkil edəcəkdir. 2004-2008-ci illərdə ümumi daxili məhsulun strukturunda bütün sahələrin, o cümlədən kənd təsərrüfatının artım tempi orta hesabla 10-15 faiz səviyyəsində olacaqdır. Beş il ərzində kənd təsərrüfatı istehsalının real artımı 62,5 faiz təşkil edəcəkdir, bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşunun həcmi 16,8 mlrd. ABŞ dollarına çatacaqdır ki, bunun da təxminən 60 faizi regionlara yönələcəkdir.
Növbəti beş ildə ümumilikdə 600 min yeni iş yeri yaradılacaq və orta aylıq əmək haqqı 3,1 dəfə artırılacaqdır.

1) Bakı şəhəri Azərbaycanın digər rayonları ilə müqayisədə daha yüksək inkişaf etdiyindən bu Dövlət Proqramında onun inkişafı məsələlərinə toxunulmamışdır və bu baxımdan da Bakı şəhəri Abşeron iqtisadi rayonunun tərkibinə daxil edilmişdir.

Yüklə 126,55 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin