İqtisadiyyat və Humanitar Kollec İxtisas: Bank işi Kurs: 3 Qrup



Yüklə 23,49 Kb.
tarix02.12.2022
ölçüsü23,49 Kb.
#72022
Firmanın idarəetmə orqanları


Azərbaycan Respublikası Təhsil və Elm Nazirliyi
Bakı Dövlət Universiteti nəzdində
İqtisadiyyat və Humanitar Kollec
İxtisas: Bank işi
Kurs: 
Qrup: 386
Fənn: Menecment
Mövzu: Firmanın idarəetmə orqanları 
Şöbə: İqtisadiyyat
Tələbə: Cəfərova Albina
Müəllim: Mütəllimova Təranə
Sərbəst iş N - 7

BAKI – 2022
Firma nəzəriyyəsi — firmanın, şirkətin və ya şirkətin mahiyyətini izah edən və proqnozlaşdıran bir sıra iqtisadi nəzəriyyələri, o cümlədən mövcudluğunu, davranışını, quruluşunu və bazarla əlaqəsini əhatə edir.
Sadələşdirilmiş formada firma nəzəriyyəsi aşağıdakı suallara cavab verməyi hədəfləyir:

  • Varlıq. Niyə firmalar yaranır? Niyə iqtisadiyyatdakı bütün əməliyyatlar bazarın vasitəçiliyi ilə həyata keçirilmir?

  • Sərhədlər. Niyə məhsulların ölçüsü və çeşidi ilə əlaqəli firmalarla bazar arasındakı sərhəd dəqiqdir? Ölkə daxilində hansı əməliyyatlar aparılır və bazarda nə bağlanır?

  • Təşkilat. Firmalar niyə iyerarxiya və ya mərkəzsizləşdirmə kimi xüsusi bir şəkildə qurulur? Rəsmi və qeyri-rəsmi münasibətlərin qarşılıqlı əlaqəsi nədir?

  • Möhkəm hərəkətlərin / performansların qeyri-bərabərliyi. Firmaların fərqli hərəkətlərinə səbəb olan nədir?

  • Dəlil. Firmanın müvafiq nəzəriyyələri üçün hansı testlər mövcuddur.

Firmalar bazar qiyməti mexanizminə alternativ olaraq mövcuddur, bu zaman bazar qeyri-mühitdə istehsal daha səmərəlidir. Məsələn, əmək bazarında firmalar və ya təşkilatlar tələb / təklif şərtlərinə əsasən işçilərini işə götürüb işdən çıxarmaq məcburiyyətində qaldıqda istehsal ilə məşğul olmaq çox çətin və ya baha başa gələ bilər. Həm də işçilərin hər gün daha yaxşı alternativ axtararaq şirkəti köçürməsi baha başa gələ bilər. Eynilə şirkətlərin gündəlik olaraq yeni tədarükçü tapması baha başa gələ bilər. Beləliklə, firmalar mülkiyyət hüquqlarını minimuma endirmək və ya dəyərini artırmaq üçün işçiləri ilə uzunmüddətli müqavilə və ya təchizatçılarla uzunmüddətli müqavilə bağlayırlar.
Qədim yunan alimlərinin terminlərin (məhfumların) məzmunlarının aydınlaşdırılması haqqında belə bir kəlamı olmuşdur: «terminlərə görə mübahisə etməzlər, razılığa gələrlər». Bu fikrin deyilişi nə qədər cazibədar olsada onun – bütün hallarda – birmənalı qəbulu mümkün deyildir. Belə ki, hər bir termin əşya, hadisə, proses və s.-nin mahiyyətini, başqa sözlə, onun kəmiyyət və keyfiyyət tərəfini, daxili əlaqələrini, daha dəqiq aça, səciyyələndirə bilməlidir. 
Hadisə və proseslərin idarə olunmasında, kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsində onların mahiyyətini (məzmununu) bu və ya digər dərəcədə özündə əks etdirən məhfumlar (terminlər), kateqoriya və göstəricilərdən istifadə olunur. Belə olmadıqda əşya, hadisə və proses haqqında yanlış mülahizələr söylənər, oxşar olanların fərqini (fərqlərini) müəyyən etməkdə, fərqli olanların isə oxşar cəhətini (cəhətlərini) aşkarlamaqda çətinlik yarana bilər. Lakin indinin özündə də, başqa elmlərdə olduğu kimi, iqtisad elmində də mənası tam və dəqiq açılmamış, mübahisə doğuran terminlər mövcuddur. Belə terminlərdən biri də «firma»dır. Hər şeydən öncə, qeyd etmək lazımdır ki, «firma» italyan sözü olub, azərbaycan dilində «imza», «nişan» sözlərinə uyğun gəlir. İlk növbədə firma haqqında iqtisadi nəzəriyyə elminin nümayəndələrinin işləmiş olduqları müxtəlif konsepsiyaların səciyyəvi cəhətlərini.
Həmin konsepsiyalar aşağıdakılardır:

  • firma haqqında neoklassik nəzəriyyə;

  • firma haqqında institutsional nəzəriyyə;

  • firma haqqında davranma (bixevioriya) nəzəriyyəsi

Neoklassik nəzəriyyəyə görə firma, istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə maksimum mənfəət əldə etmək kimi şərtləndirilir. Həmin nəzəriyyə, istehsal resurslarının ən optimal nisbətini tapmaqla, minimum istehsal xərclərinə nail olmağı firmanın əsas vəzifəsi hesab edir.
Lakin bu nəzəriyyənin firmadaxili idarəetməni, firmanın təşkilat quruluşunun xüsusiyyətlərini nəzərə almaması və habelə verilən qərarların alternativsiz, seçimsiz olması onu praktiki vəzifələrin həlli işi üçün o qədərdə yararlı etmirdi.
İnstitutsional nəzəriyyəyə görə firma, bazar qeyri-müəyyənliyi şəraitində fəaliyyət göstərən mürəkkəb ierarxiya qurluşlu təşkilatdır. Bu nəzəriyyəyə görə, resursların nəqdsiz bölgüsünə əsaslanan firma onların (resursların) bazar mexanizmi prinsiplərinə görə pulla bölgüsünə alternativ olmaqla bölgü prosesinin idarə edilməsi xərclərinə – transaksiya (sövdələşmə) xərclərinə – qənaət məqsədini güdür;burada firma həmdə özünün daxili – onun özünü təşkiletməsi ilə bağlı – xərclərə nəzarət işinidə həyata keçirir.
Davranma nəzəriyyəsinə görə, firma mütəhərrik bazar münasibətlərinə yalnız uyğunlaşmamalı və həm də öz davranışı ilə mövcud olan mühiti özünə uyğunlaşdırmağı bacarmalıdır; bu – firmanın sahibkarlıq (təşəbbüskarlıq) konsepsiyasıdır.
Burada firma habelə müxtəlif səviyyələrdə baş verən sahibkarlıq funksiyalarının qarşılıqlı fəaliyyəti sistem kimi səciyyələndirilir. Belə halda əsas vəzifə həmin funksiyaların uzlaşdırılmasına nail olmaqdır, çünki firmanın davranışı müxtəlif səviyyələrə məxsus sahibkarlığın qarşılıqlı fəaliyyəti ilə qiymətləndirilir.
Firmanın iqtisadi, sosial və texniki-təşkilatı təbiəti haqqında nəzəriyyədən gələn yuxardakı müxtəliflikliklər tətbiqi iqtisad elmlərindən yan keçməmişdir. Elə bu səbəbdən də konkret iqtisad elmlərinin nümayəndələri arasında da firma haqqındakı fikir ayrılığı indi də mövcuddur
Firmanın idarəetmə orqanları onun istehsal xarakterindən asılı olaraq ölkənin qanunçuluğuna əməl olunmaqla formalaşdırılır. Hazırda ən çox yayılmış idarəetmə forması iki və üçpil- ləli quruluşdur. İkipilləli quruluş idarə heyəti və səhmdarların ümumi yığıncağının mövcudluğunu nəzərdə tutur.
Burada ümumi yığıncaqlar arasındakı müddət ərzində bütün idarəetmə məsələlərinin həlli ilə idarə heyəti məşğul olur və təsərrüfat fəaliyyətinin nəticələrinə görə məsuliyyət onun üzərinə düşür.
Üçpiləli idarəetmə sistemi idarə heyəti, direktorlar şürası və səhmdarların ümumi yığıncağının olmasını nəzərdə tutur. Burada idarə heyəti yenə də ümumi yığıncaqlar arasındakı müddətdə firmanın idarə edilməsi ilə məşğul olur, lakin onun fəaliyyəti direktorlar şurasının nəzarəti altında həyata keçirilir.
Hər iki halda firmanın idarə edilməsinin ali və ən vacib orqanı onun ümumi yığıncağıdır. Ümumi yığıncaq idarə heyəti və direktorlar şurasının fəaliyyətini təhlil edib qiymətləndirir və zəruri hallarda onun yaxşılaşdırılması üçün lazımi tədbirləri həyata keçirir. Bu da səhmdarların firmanın idarə edilməsində öz hüquqlarını həyata keçinnəyin ən əlverişli üsuludur.
Adətən, idarə heyətinin və direktorlar şurasının (ona bəzən müşahidə şurası da deyirlər) neçə nəfərdən ibarət olması, kimlərin idarə heyətinə və direktorlar şurasına üzv ola bilməsi, onların səlahiyyət müddəti, funksiyaları hər bir ölkənin milli qanunçuluğu ilə tənzimlənir və hər bir konkret halda fınuanm nizamnaməsində öz əksini tapır.
Firmanın ləğv olunması (fəaliyyətinə xitam verilməsi). Finuanm ləğv olunması firmanın özü, məhkəmə və digər səlahiyyətli dövlət orqanları tərəfindən aşağıdakı hallarda həyata keçirilir:

  • firma müflis elan olunduqda. Bu, firmanın özü tərəfindən və ya müvafiq dövlət orqanları tərəfindən elan olunur;

  • firma öz nizamnaməsinə əməl etmədikdə;

  • firma tərəfindən ölkə qanunları pozulduqda;

  • ölkə qanunçuluğunda qadağan olunan fəaliyyət növləri ilə məşğul olduqda;

  • ekoloji təhlükəsizlik normalarını pozduqda;

  • firmanı yaratmaq barədə təsis sənədləri məhkəmə tərəfindən qanunsuz sayıldıqda;

Firma dövlət qeydiyyat reyestrindən çıxarıldığı andan ləğv edilmiş sayılır. Firmanın ləğvi qaydaları onun nizamnaməsində öz əksini tapır.
Mülkiyyət və təşkilati - hüquqi formasından asılı olmayaraq bütün firmaların hüquq və mənafelərinin müdafiəsi üçün bərabər şəraitin yaradılmasına dövlət tərəfindən təminat verilir.

ƏDƏBİYYAT



  1. Ə.Ələkbərov, F.İbrahimov. Menecment. Bakı, 2004

  2. Ə.Ələkbərov, Ə.Əlizadə. Beynəlxalq marketinq. Bakı, 2008

  3. Захаров Н.Л., Кузнецов А.Л. - Управление социальным развитием организации.М., 2006

  4. Ткаченко Е.А., Рогова Е.М., Фияксель Э.А. - Венчурный менеджмент. М., 2011

  5. Болотин В. В. , Соломатов В. И. - Антикризисное управление предприятиями. М., 2006

Yüklə 23,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin