Pamir - Fərqanə irqi Bu irqə mənsub əhali Türküstanda (Orta və ya Mərkəzi Asiyada), Qafqazda və Anadoluda yaşayır. Morfoloji quruluşuna görə bu tip Aralıq dənizi irqinə çox yaxındır. Pamir - Fərqanə irqinin xarakterik xüsusiyyətləri aşağıdakılardır:
- saçları dalğavaridir. Üçüncü saç örtüyü güclü inkişaf etmişdir;
- dərilərinin rəngi qaraşın, gözlə rinin rəngi qara və qarışıqdır, saçla rının rəngi qaradır;
- sifətlərinin üfüqi profili ortognat, şaquli profili güclüdür. Sifətlərinin hündürlüyü orta, sifətləri ensizdir; burunları ensiz və nisbətən dikdir. Burun göstəriciləri 65-68-dir;
- baş göstəriciləri 84-85 (braxikefal),
boylarının uzun luğu 165 santimetrdən 167 santimetrə qədər dəyişir.