BÖYÜK İRQLƏR
İrqi təsnifatların əksəriyyətində dünya xalqları üç yerə ayrılır:
1- ağ irq
2-sarı irq
3 - qara irq
Böyük Coğrafi kəşflərə və müstəmləkə işğallarına qədər ağ irqə mənsub əhali Avropada, Şimali Afrikada, Ön Asiyada və Hindistanın şimalında məskunlaşmışdı. Şimal və Cənub qollarına ayrılan ağ irqə mənsub əhali bu morfoloji xüsusiyyətlərə malikdir: dərilərinin rəngi ağdır. Şimal-qərb arealı üçün sarışınsaçlılıq və göygözlülük xarakterikdir;
- saçlarının forması yumşaq, dalğavari, qismən düzdür;
- bığ və saqqalları gur inkişaf etmişdir;
- dodaqları nazik və kiçikdir;
- burun göstəriciləri kiçik, qismən ortadır;
- sifət quruluşları ortoqnatdır;
AĞ İRQ
Ağ irq özü Şimal (Lopanoid, Atlant - Balt, Ağ dəniz - Balt və Mərkəzi Avropa tipləri) və Cənub (Aralıq dənizi, Pamir - Fərqanə, Balkan - Qafqaz, Assiroid tiplari) olmaqla iki böyük qola ayrılır.
Lopanoid irqi
Bu irqi tipə Skandinaviya yarımadasının şimalında və Kola yarımadasında yaşayan finlər aid olunurlar. Lopanoid irqinin xarakterik xüsusiyyətləri bunlardır:
- saçları düz və yumşaqdır. Üçüncü saç örtüyü zəif və ortadan aşağı səviyyədən inkişaf etmişdir;
- dərilərinin rəngi bəyaz, gözlərinin rəngi tünd və ya qarışıq, saçlarının rəngi qara və tünd sarışındır;
- sifətlərinin üfüqi profili orfoqnat, şaquli profili zəif, və ya orta, ölçüləri kiçik və orta dərə cədə enli və dördküncdür;
- burunları düz, orta dərəcədə enli və qismən əyridir.
- gözlərinin üst qapağında qırış orta səviyyədə inkişaf etmişdir. Qadın və uşaqlarda epikantus daha çox müşahidə olunur;
- dodaqları nazikdir. Dodaqlarının dəri hissəsi orta hündürlükdə, qişa hissəsi isə azacıq proxeylik formadadir. Dodaqları enlidir;
-çənələri zəif çıxıntılıdır;
- baş göstəriciləri 84-86 (braxikefal), boylarının uzunluğu 156-157 santimetrdir.
Dostları ilə paylaş: |