Verilən tiplərinin dəyişdirilməsi funksiyaları. Bunlar veriləni bir tipdən başqa tipə
çevirir.
Val funksiyası. Bu, sətrin qiymətini ədədə çevirir. Val (Sətir$) kimi yazılır. Yəni
bunun arqumenti sətir, qiyməti isə ədəddir. Məsələn, Val (―2012‖) funksiyasının qiyməti
2012-dir. Bu funksiya mətn sahələrinin Text xassəsinin sətri qiymətlərini ədədə çevirmək
və onların üzərində hesabi əməllər aparmaq üçün istifadə edilir.
İndi Val funksiyasından istifadə etməklə, ―adi kalkulyator‖ proqram əlavəsi yarat-
mağa çalışaq. Bu proqram əlavəsi 10-luq tam ədədlər üzərində hesab əməlləri icra etməli
və nəticələri formanın mətn sahələrinə çıxarmalıdır. Sözü gedən proqram əlavəsinin qrafik
interfeysini yaratmaq üçün forma üzərində 3 mətn sahəsi
107
və toplama, çıxma, vurma,
bölmə və işin bitməsi kimi əməlləri reallaşdıran 5 hadisəvi prosedur düymələri yerləşdirək.
Bunun üçün:
1. Yeni layihə yaratmalı. Forma üzərində 3 mətn sahəsi və 5 düymə yerləşdirib
aşağıdakı adları mənimsətməli: txt1, txt2, txt3, cmdPlus, cmdUmn, cmdDelen, cmdExit. cmdPlus_Click proseduru txt1 və txt2 mətn sahələrindəki Text xassəsinin ədədi
qiymətlərini toplayıb txt3 mətn sahəsinə çıxarmalıdır. Bu, aşağıdakı proqram kodu ilə
reallaşdırılır: