Əməliyyat sisteminin fəaliyyəti. Müasir kompüterlərdə ƏS-in funksiyalarının bir hissəsi sabit yaddaşda saxlanan
proqramlarda reallaşdırılmışdır. Bu proqramlar giriş-çıxış baza sistemi (BİOS) adlanır.
Kompüter cərəyana qoşulan kimi ilkin yüklənmə proqramı icra edilir. Bu, kompüterin
qurğularını yoxlayan diaqnostika proqramlarını qoşur. Bundan sonra ƏS operativ
yaddaşa yüklənir. Sonra isə ƏS-in nüvəsi – baş idarəedici proqram
151
işə başlayır.
Utilitlər lazım gəldikdə yüklənir və işləri başa çatan kimi operativ yaddaşdan silinir. ƏS-
in nüvəsi ətraf mühitdən
152
daxil olan əmri təhlil edib müvafiq proqramı yaddaşda
axtarır, tapırsa işə qoşur, tapmırsa, bu barədə məlumat verir. Dispetçer MS DOS-da
command.com, Windows-da win.com adlanır.