175
Paketin hərəkət marşrutu ötürmə zamanı müəyyən edilməli və hətta bir xəbər
daxilindəki paketlər də müxtəlif marşrutlarla
ötürülə bilməlidir;
Qəbul edilmiş paketlər ünvanda birləşdirilməklə xəbər bərpa edilməlidir.
Kommunikasiya protokolu olan
İP şəbəkə səviyyəsinin protokolu olub, İnternet
şəbəkəsi ilə ötürülən paketin formatını təsvir edir.
Nəqliyyat protokolu olan
TCP informasiyanın ötürülməsinə və bütövlüyünə nəzarət
edir. Yəni, İnternetdə kompüterlər arasındakı informasiya mübadiləsi
İP protokolu ilə
ötürülən paketlərin
TCP protokolu ilə nəzarətdə saxlanmasına əsaslanır.
İnternet daxilində hər bir şəbəkə özünəməxsus rabitə texnologiyasına əsaslanaraq
spesifik tələblərə uyğun fəaliyyət göstərir. Lakin bütün şəbəkələr informasiya paketlərini
qəbul edib lazımi ünvana ötürə bilir.
İlk vaxtlar İnternet yalnız elmi informasiya mübadiləsini həyata keçirdiyindən,
kommersiya xarakteri daşımırdı. Son illərdə İnternetin kommersiya tərəfi daha böyük
əhəmiyyət daşımağa başlamışdır.
Kompaniya və korporasiyaların korporativ informasiya və kommunikasiya resursları
əsasında İnternetin
İntranet texnologiyası yaranmışdır.
Lokal və korporativ şəbəkələrin İnternetə qoşulması üçün müxtəlif mürəkkəbliyə
malik məsələlər həll edilməlidir. Belə ki:
Şəbəkələr
TCP/IP protokolları üzrə təşkil edilməlidir;
İnternet ünvanları və adları şəbəkənin bütün daxili istifadəçiləri üçün alınmalıdır;
Lokal və ya korporativ şəbəkələr İnternetə fiziki qoşulmalıdır;
İnternetə qoşulmuş şəbəkədə informasiya ötürülməsinin marşrutu təyin edilməli və
marşrutlaşdırma
idarə edilməlidir;
Şəbəkə daxilində və şəbəkədən kənar ünvanlar arasında elektron poçtla informasiya
mübadiləsi reallaşdırılmalıdır;
İnternet bazasında İntranet texnologiyasına maneəsiz informasiya xidmədi təşkil
edilməlidir;
İnternetə qoşulmuş şəbəkənin təhlükəsizlik problemi həll edilməlidir.
Dostları ilə paylaş: