İsa Musayev, Mətləb Əlizadə


 Verilənlər bazası və digər anlayışlar



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə217/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   213   214   215   216   217   218   219   220   ...   266
Informatikanin esaslari aze

 
8.7.1.2. Verilənlər bazası və digər anlayışlar 
Verilənlər  bazası  -  kompüter  yaddaşında  müəyyən  qaydalara  uyğun  şəkildə  təşkil 
edilmiş  və  istifadəçi  tələbinə  uyğun  aktuallaşa  bilən,  başqa  sözlə,  predmet  oblastının 
ekstensional  modelini  təşkil  edən  verilənlər  çoxluğudur.  Verilənlər  bazasının  təşkili 
predmet  oblastının  intensional  modeli  ilə  təsvir  edilir.  Çünki  intesional  model  eksten-
sional modelə nisbətən yuxarı səviyyə modelidir. 
Verilənlər bazasının aktuallaşdırılması dedikdə, verilənlərin tərkibinin və quruluşu-
nun dəyişdirilməsi başa düşülür. Yəni, aktuallaşdırma nəticəsində bəzi verilənlər bazadan 
çıxarılır, yeniləri daxil edilir, əlaqələr dəyişdirilir və s. Daha dərin aktuallaşdırma veri-
lənlər  bazasının  restrukturlaşdırılması  adlanır.  Bu,  bütövlük  məhdudiyyətlərinin  dəyiş-
dirilməsi zamanı baş verir.  
Çox zaman verilənlər bazası elə təşkil edilir ki, predmet oblastının hər vəziyyətinə 
bazanın bir vəziyyəti uyğun gəlir. Lakin bəzi hallarda, iqtisadi tədqiqatlarla bağlı olaraq, 
temporal  (zamanlı,  sürəkli)  bazalar  da  yaradılır.  Bu  bazalardakı  verilənlərin  qiymətləri 
müəyyən zamana aid olur. Yəni verilənlərin zaman sıraları (xronologiyası) əks etdirilir.  
Verilənlər bazası verilənlərin inteqrasiya edilmiş çoxluğudur. Yəni, bir fakt bazada 
bir  dəfə  qeyd  edilir.  Bu,  bazanın  informasiya  bolluğunun  minimum  olmasını  göstərir. 
Lakin  paylanmış  bazalarda  müəyyən  baza  fraqmentlərinin  (replikatların)  şəbəkə 
düyünləri üzrə təkrarlanması şəbəkə trafikasını (məlumat ötürülüşünü) ixtisar etməyə və 
sistemin məhsuldarlığını artırmağa imkan verir. Verilənlər bazası çoxsaylı istifadəçilərə 
xidmət  üçün  yaradıldığından,  onun  yaradılması  kriterisi  sosial  xarakter  daşıyır  və  ayrı-
ayrı  istifadəçilərin  təıləbibni  ödəmək  baxımından  irəli  gələn  lokal  səmərəlilik  deyil, 
inteqral səmərəlilik daha vacibdir.  
Verilənlər  bazasının  tərkibi  (məzmunu),  ilk  növbədə,  hesablama  yolu  ilə  alınması 
mümkün  olmayan  müşahidə  və  ölçmə  məlumatları  ilə  doldurulur  ki,  bunlara  da  baza 
göstəriciləri, belə bazaya isə predmet bazası deyilir. 


 
187 
Verilənlər  bazası  xüsusi  proqram  kompleksi  vasitəsilə  idarə  edilir  ki,  buna  da 
Verilənlər  bazasının  idarə  edilməsi  sistemi  (VBİS)  deyilir.  VBİS-lə  VB  birliyinə  VB 
sistemi deyilir. Bir kompüterdə qurulmuş VBİS bir neçə VB-ni idarə edə bilər. 
VB  sisteminin  istifadəçiləri  adətən  bazadakı  məlumatların  mənbəyi  olan  predmet 
oblastı mütəxəssisləridir. Bunlar həm də son istifadəçilərdir. Lakin VB-yə müraciət edən 
hər  şey  -  VB  sisteminin  əlavələri  adlanan  tətbiqi  proqramlar  və  proqram  kompleksləri, 
həmçinin kompüterlər və hesablayıcı sistemlər istifadəçi sayılır. 
Son istifadəçilər VB ilə qarşılıqlı fəaliyyət göstərərkən VBİS-in istifadəçi interfey-
sindən, tətbiqi proqramlar isə tətbiqi proqramlaşdırma interfeysindən istifadə edir. 
Verilənlərin  mərkəzləşdirilmiş  qaydada  idarə  edilməsi  VB  inzibatçısının  səlahiy-
yətindədir. İnzibatçı heyət sistemi işlək vəziyyətdə saxlamalı, vaxtlı-vaxtında aktuallaş-
dırma  aparmalı,  sistemin  informasiya  resurslarından  və  yaddaşdan  səmərəli  istifadə 
edilməsini təmin etməlidir.  
Verilən bazaları mərkəzləşdirilmiş və paylanmış olurlar. Mərkəzləşdirilmiş VB bir 
kompüterdə  yaradılır  və  ondan  yalnız  həmin  kompüterdə  işləyənlər  istifadə  edir.  Belə 
bazaya lokal şəbəkə kompüterləri də müraciət edə bilir. Kompüter şəbəkələri paylanmış 
bazalar yaradılmasını şərtləndirdi. Belə bazalar müxtəlif kompüterlərdə təşkil edilmiş bir 
neçə  hissədən  ibarət  olur.  Bu  hissələr  kəsişməyən,  kəsişən  və  təkrarlanan  ola  bilir.  Bir 
kompüterdə təşkil edilmiş paylanmış baza hissəsi bəzən lokal VB kimi fəaliyyət göstərir.  
Paylanmış VB-lər paylanmış VBİS-lə idarə olunur.  
Paylanmış  VB  verilənlərin  fraqmentləşdirilməsi  və  tirajlaşdırılması  metodları  ilə 
yaradılır. Fraqmentləşdirmə bazanın kəsişməyən hissələrinin, tirajlaşdırma isə fraqment-
lərin nüsxələrinin müxtəlif kompüterlərdə təşkilini nəzərdə tutur. 
VBİS VB-nin mərkəzi idarəedicisidir. Yəni VB-yə müraciət yalnız VBİS vasitəsilə 
mümkündür. 
VBİS-lər  ümumi  təyinatlı  və  ixtisaslaşdırılmış  olurlar.  Ümumi  təyinatlı  VBİS-lər 
heç  bir  konkret  predmet  oblastına  istiqamətli  olmur.  İxtisaslaşdırılmış  VBİS-lər  xüsusi 
təyinatlı sistemlərdir. 
VBİS-in əsas xassəsi verilənlər bazasına həm istifadəçi tərəfdən, həm də saxlayıcı 
tərəfdən baxmağı reallaşdırmasıdır. İstifadəçi baxımı məntiqi quruluşu, saxlayıcı baxımı 
isə fiziki quruluşu şərtləndirir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin