193
doldurulan ekran blankları, diaqramlar və digər vizual təsvir formalarında reallaşdırılır.
İstifadəçi interfeysindən daxil edilən verilənlər interfeysin müvafiq sintaksis
konstruksiyalarına çevrilib icraya ötürülür. Bu forma fərdi kompüter üçün nəzərdə
tutulmuş VBİS-lərdə geniş tətbiq edilir.
Relyasiyalı VBİS-lərdə sorğuların cədvəl dili
(QBE – Query-By-Example) tətbiq
edilir. Bu dildə sorğu cədvəl sətr və sütunlarının doldurulması formasında daxil edilir.
Sonra avtomatik surətdə
SQL dilinə çevrilərək icraya verilir.
VBİS-in dil vasitələri iki funksiyanın: 1) sistem arxitekturasının idarə edilən səviy-
yələrində verilənlər bazasının təqdim edilməsinin təsviri və 2) verilənlərin manipulyasi-
yası əməliyyatlarının icrası üçün istifadə edilir. Birinci funksiya verilənlərin təsviri dili
(VTD) ilə təmin edilir. Buna verilənlərin təyini dili də deyilir. VB-nin VTD vasitəsilə
təsviri VB-nin sxemi adlanır. Bu, VB-nin strukturunu təsvir edir. VB sxemi əslində
predmet oblastının intensional modelidir.
Verilənlərin manipulyasiyası dili (VMD) VB-dəki verilənlərə müraciət etməyə
imkan verir.
Relyasiyalı dil olan
SQL hər iki dili özündə birləşdirir. Sorğu dili olmaqla
SQL
geniş tətbiq edilir.
SQL-lə yanaşı, relyasiyalı dil olan
Quel və
dBase dilləri də geniş
yayılmışdır.
dBase dili bitkin instrumental dil vasitəsi olduğundan, avtonom dil adlanır.
VB-lərin proqramlaşdırılıması dilləri müxtəlif dil vasitələri arasında meydana çıxan
uzlaşma çətinliklərini aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur. Bu dillərə: Paskal,
Ada, Modula, Atlant, Teksis, Qalileo və s. aiddir. Lakin bu dillər geniş tətbiq tapmadı.
Bu məqsəd üçün
C++ və
Java obyekt dilləri yaradıldı ki, bu da həmin dillər üçün
ODMG
standartının yaranmasına gətirib çıxardı.
ODMG standartı tətbiqi
proqramlaşdırma interfeysinin təməlinə qoyuldu. Beləliklə, obyekt proqramlaşdırma dili
ilə obyekt VB-nin əlaqələndirilməsi uzlaşma cətinliyini bir yolluq ləğv etdi.
Dostları ilə paylaş: