2.5.3. İnformasiyanın kodlaşdırılması İnformasiya təqdimatının bir formadan (işarələr sistemindən) digərinə keçirilməsinə
kodlaşdırma deyilir. Kodlaşdırma mahiyyətcə, tərcümə olduğundan, uyğunluq (ekviva-
lentlik) cədvəlinə (lüğətə) əsaslanır. İnformasiya mübadiləsi zamanı kodlaşdırma (tərcü-
mə) və dekodlaşdırma (əks tərcümə) baş verir. Məsələn, klaviatura sıxılan düymə
kodlarını 2-lik rəqəmlər sırası şəklində kompüterə ötürdükdən sonra monitor həmin 2-lik
rəqəmləri klaviatura düymələrindəki simvollara çevirir.