4.6 Mətn informasiyasının 2-lik kodlaşdırılması 60-cı illərin sonundan etibarən kompüterlər mətn informasiyasının işlənməsinə daha
çox tətbiq edilməyə başlamışdır. İndi dünya üzrə kompüterlərin böyük əksəriyyəti mətn
informasiyasının emalı ilə məşğuldur. Ənənəvi olaraq 1 simvolun kodlaşdırılması üçün 1
bayt ayrılır. Bu halda 256 simvol kodlaşdırmaq mümkündür. Bu, mətn informasiyasını
kodlaşdırmaq üçün kifayətdir. Beləliklə, insan hərfi şəklinə görə, kompüter koduna görə
tanıyır. 0-dan 32-dək ilk 33 kod əməliyyatlar (sətri dəyişmək, probel daxil etmək və s.)
üçündür. 33-dən 127-dək latın əlifbasına, rəqəmlərə, hesab əməllərinə və durğu işarələrinə,
128-dən 255-dək milli əlifbalara ayrılmışdır.
Hal-hazırda Unicode adlı beynəlxalq standartdan istifadə edilir ki, bu da hər simvola
2 bayt yer ayırır. Bu kodla 65536 simvolu kodlaşdırmaq mümkündür. 1997-ci ildən
Microsoft Windows&Office platforması Unicode keçmişdir.