Str, Hex, Oct funksiyaları. Bu funksiyalar 10-luq, 16-lıq və 8-lik ədədləri sətrə
çevirir. Məsələn, Str(2000), Oct (2000), Hex (2000) 10-luqdakı 2000 ədədidir ki, bunu da
Oct funksiyası 3720-yə, Hex funksiyası H7D0-a çevirir. Yəni bu funksiyalar Val funksiyasının əksinə işləyir.
İndi tam ədədləri 10-luqdan 8-liyə və 16-lığa və əksinə çevirən layihə yaradaq.
Bunun üçün:
1. Yeni layihə yaratmalı. Forma üzərində ədədləri daxil etmək və nəticəni çıxarmaq
üçün txtDec, txtOct, txtHex adlı 3 mətn sahəsi və cmdDecOct, cmdDecHex, cmdOctDec və cmdHexDec adlı 4 əmr düyməsi və mətn sahələri üzərində izahedici metkalar (lblDec,
lblOct, lblHex) yaratmalı. txtOct və txtHex mətn sahələrinə sətri formada daxil ediləcək
ədədlərə konkatenasiya (sətrlərin birləşdirilməsi) əməlinin tətbiqi ilə ―&O‖ və ―&H‖
sözönlərini birləşdirməli. Alınmış 8-lik və ya 16-lıq ədədləri Val funksiyasından istifadə
etməklə sətri formadan 10-luq ədədi formaya çevirməli.
2. cmdOctDec_Click() hadisəvi proseduru aşağıdakı kimi yazmalı:
Sub cmdOctDec_Click() txtDec.Text = Val(―&O‖ +txtOct.Text) End Sub 3. cmdHexDec_Click() hadisəvi proseduru aşağıdakı kimi yazmalı:
Sub cmdHexDec_Click() txtDec.Text = Val(―&H‖ +txtHex.Text)