Sərt disklərin məntiqi quruluşu çevik disklərin məntiqi quruluşundan xeyli fərqlənir.
Burada ünvanlaşdırılan element bir neçə sektorun birləşməsindən yaradılan klasterdir.
Klasterin ölçüsü FAT cədvəlinin tipindən və sərt diskin tutumundan asılıdır. FAT16
cədvəli
65536
2
16
klaster ünvanlaşdıra bilir. Böyük həcmli disklər üçün klasterin ölçüsü
olduqca iri olur. Çünki sərt diskin informasiya tutumu 150 Qbayta çata bilir. Məsələn,
40Qbayt həcmi olan diskdə klasterin ölçüsü 640 Kbayt (40 Qbayt / 65536 = 655360 bayt =
640 Kbayt) təşkil edir.
Fayl klasterlərin də tam sayında yerləşir. Məsələn, ―informatika‖ sözü yazılmış mətn
faylı 11 bayt həcmə malik olsa da 150 Qbaytlıq sərt diskdə 640 Kbaytlıq 1 klasterdə
yerləşir. Bu o deməkdir ki, böyük tutumlu sərt diskə kiçik həcmli faylların yazılması
yaddaşdan pis istifadə edilməsi ilə nəticələnir. Bu problemi FAT32 cədvəlindən istifadə
etməklə qismən həll etmək mümkün olur. Çünki bu halda klaster 8 sektoru birləşdirir ki,
bu da cəmi 4 Kbayt həcmə malik olur. İnformasiyanın etibarlı saxlanması üçün FAT
cədvəli 2 nüsxədə yaradılır. Windows ƏS-də FAT16 cədvəlini FAT32-yə çevirən xüsusi
xidməti proqram vardır.