İşçi səhifələr. İşçi kitabları təmsil edən fayl pəncərələrinin aşağı hissəsində yan-yana yerləşmiş və
üzərilərində
Sheet1 (Лист1-
Vərəqə1),
Sheet2 (Лист2
-Vərəqə2), ... və s. yazılmış düymələr
görəcəksiniz (şəkil 7.). Bu düymələrdən hər biri bir işçi səhifəyə uyğundur.
Şəkil 7. İşçi səhifə düymələri İşçi səhifələr yığımı işçi kitabı təşkil edir.
Excel XP
-nin daha öncəki variantlarında
(
Excel
4.0
və aşağısı) yaradılan hər bir fayl yalnız bir işçi səhifədən ibarətdir. Yəni, orada
Workbook
deyil, yalnız
Worksheet
yaratmaq mümkündür.
Excel
-in
5.0
və sonrakı variantlarında isə məntiq bir az dəyişir və çoxsəhifəli bir iş
mühitinin yaradılması lazım gəlir. Artıq bir faylın içərisində bir neçə işçi səhifə yarada
bilərsiniz ki, bunun da çox böyük əhəmiyyəti vardır.
Excel XP
- də görəcəyiniz işlər, başqa sözlə, hazırlayacağınız cədvəllər ümumilikdə
yalnız bir səhifədə görünməyəcək sayda və ölçüdə ola bilər. Məsələn, bir müəssisə müdiri
kimi müəssisənizin mədaxil və məxaricini aylıq və illik olaraq izləmək istəyirsiniz. Bu
zaman nə edərsiniz? Deyək ki, bunun üçün standart bir mədaxil/məxaric cədvəli
hazırlayıb, bunu standart bir forma kimi qəbul edərək hər ay üçün çoxalda bilərsiniz. Bu
halda
12
ədəd cədvəliniz olacaqdır. Təbii ki, bu
12
cədvəli eyni anda kompüterin
ekranında görmək mümkün deyildir. Əgər bu cədvəllərin hamısını bir səhifəyə
yerləşdirərsinizsə, bu halda aylar arasında hərəkət etmək üçün səhifə üzərində gəzməli
olacaqsınız (ekranı hərəkət etdirməklə) və bu da bir xeyli vaxtınızı aparacaqdır. Bu zaman
daha sadə yol seçə bilərsiniz. Hər aya aid olan cədvəli ayrı işçi səhifəyə yerləşdirməklə,
12
işçi səhifədən ibarət işçi kitab təşkil etmiş olursunuz. Hətta son olaraq bir də illik cədvəl
tərtib edə bilərsiniz. İşçi kitabın pəncərəsinin alt hissəsindəki səhifə düymələrinin adlarını
da Yanvar, Fevral, Mart, ..., Dekabr, İllik deyə dəyişdirə bilərsiniz. Beləliklə bir
cədvəldən, yəni, bir aydan digərinə keçməyiniz, ya da illik cədvəli görməyiniz daha da
141
asanlaşacaqdır. Bir cədvəldən digərinə keçmək üçün uyğun aya aid işçi səhifə düyməsini
sıxmağınız kifayətdir.