İsa Musayev, Mətləb Əlizadə


 Mətn sistemlərinin funksional imkanlarının genişləndirilməsi



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə239/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   235   236   237   238   239   240   241   242   ...   266
Informatikanin esaslari aze

8.8.6. Mətn sistemlərinin funksional imkanlarının genişləndirilməsi 
Mətni  axtarış  sistemləri  həm  baza  funksiyalarının  icra  mexanizmlərinin  təkmilləş-
diriliməsi,  həm  də  əlavə  imkanların  yaradılması  istiqamətində  inkişaf  etdirilir.  Əlavə 
imkanlardan bəziləri aşağıdakilardır: 
Axtarış  dəqiqliyinin  yüksəldilməsi.  İstifadəçi  sorğusundaskı  termlər  müxtəlif  qiy-
mətlilik  nümayiş  etdirdiyindən,  bəzi  sistemlər  sorğuda  iştirak  edən  termlərin  əhəmiy-
yətini  xarakterizə  edən  əmsallar  da  verir.  Bu  informasiya  relevantlığın  qiymətləndiril-
məsi zamanı istifadə edilərək axtarış dəqiqliyini yüksəltməyə imkan verir. 
Sorğulara  görə  sənədlərin  ranqlaşdırılması.  Bir  sıra  səbəblərə  görə  mətni  axtarış 
sistemləri  istifadəçini  təmin  edən  axtarışı  reallaşdıra  bilmədiyindən,  sorğuya  müəyyən 


 
205 
dərəcədə  uyğun  gələn  sənədləri  sorğuya  yaxınlıq  dərəcəsinə görə  ardıcıl düzmək  lazım 
gəlir. 
Relevantlıq üzrə əks-əlaqə. Bu, axtarışın nəticəsi istifadəçini təmin etmədikdə sor-
ğunu  dəqiqləşdirmək  üçün  yaradılan  imkandır.  Yəni  axtarışın  nəticəsi  kimi  təqdim 
edilmiş sənədlərin siyahısında istifadəçini təmin etməyən sənədlərin qeyd edilməsi yolu 
ilə axtarışın dəqiqləşdirilməsi həyata keçirilir.  
İstifadəçi  sorğularının  avtomatik  genişləndirilməsi.  Bu,  istifadəçi  sorğusuna  avto-
matik əlavələr edilməsi yolu ilə edilir və axtarışın səmərəliliyini artırır. 
Sənədlərin avtomatik indeksləşdirilməsi. Bu, işi əhəmiyyətli dərəcədə sürətləndirir. 
Multi-dilli  axtarış.  Bu, bir neçə  təbii dildə  təqdim  edilmiş sənədləri  axtarmağa  im-
kan  verir.  Burada  əsas  problem  sənəd  və  ya  onun  fraqmentinin  hansı  dildə  tərtib  edil-
diyini düzgün təyin etməkdən ibarətdir. 
Kross-dilli  axtarış.  Bu  o  halda  tətbiq  edilir  ki,  sorğu  bir  dildə,  axtarılan  sənəd  isə 
başqa  dildə  tərtib  edilmiş  olsun.  Burada,  ilk  növbədə,  sorğu  və  sənədin  hansı  dillərdə 
tərtib  edildiyi  müəyyən  edilir,  sonra  ya  sorğu  sənədin,  ya  da  sənəd  sorğunun  dilinə 
tərcümə edilir. 
VB  sistemlərində  mətni  axtarış.  VB  resurslarının  mətn  sənədləri  kolleksiyaları  ilə 
inteqrasiya edilməsi mühüm əhəmiyyət daşıyır. Bir sıra relyasiyalı və obyekt-relyasiyalı 
serverlərdə,  məsələn,  İBM  kompaniyasının  DB2,  Oracle kompaniyasının  Oracle Corp., 
Microsoft  Corp.  kompaniyasının  SQL  Server  7.0  və  SQL-server  2000  VBİS-lərində 
mətni  axtarış  mexanizmləri  mövcuddur.  Lakin  bu  sistemlərdəki  axtarış  yalnız  məntiqi 
(bul) modelə əsaslanır. 
Veb-də mətn resurslarının axtarışı. Veb resursları zənginləşdikcə bu mühitdə mətni 
axtarış  aktuallaşır.  Çünki  ənənəvi  naviqasiya  mexanizmləri  informasiya  resurslarına 
kifayət  qədər  operativ  müraciəti  təmin  etmir.  Veb  mühitində  ilk  mətni  axtarış  axtarış 
maşınları  vasitəsilə  icra  edilirdi  və  bu  zaman  yalnız  aidi  axtarış  aparmaq  mümkün  idi. 
Sonralar Veb mühitində məntiqi (bul) axtarışı tətbiq edildi. Hal-hazırda bir sıra universal 
və predmet oblastına yönəldilmiş Veb-axtarış sistemləri mövcuddur. Bunlardan: çoxdilli 
AltaVistaYahoo!, Google və s. nəhəng axtarış sistemlərini misal göstərmək olar.  
Sözügedən  istiqamətdə  növbəti  ciddi  uğurlar  XML  platforması  standartlarına 
əsaslanan  yeni  nəsil  texnologiya  ilə  bağlı  olacaqdır.  Çünki  bu  texnologiya  axtarış 
―çoxüzlülüyünü‖ (çoxindeksliliyini) azaltmağa imkan verir. 


 
206 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin