2.5.2. Canlı orqanizmlərdə informasiyanın təqdimatı İnsan ətraf mühit haqqındakı informasiyanı hiss üzvləri vasitəsi ilə qəbul edir. Əsəb
telləri (reseptorlar) hiss üzvlərinin verdiyi informasiyanı (təsiri) neyronlara (əsəb
hüceyrələrinə) ötürür. Bu hüceyrələr zənciri əsəb sistemini əmələ gətirir. Neyron 2
vəziyyətdə ola biləndir: həyəcanlı və həyəcansız. Həyəcanlı neyron elektrik impulsu
yaradıb əsəb sistemi ilə ötürür. Bu iki vəziyyətə neyron dilinin əlifbası kimi baxmaq olar.
Beləliklə, canlı orqanizmdə informasiya təqdimatı neyron dili vasitəsi ilə baş tutur ki, bu
da 2-lik say sistemində işləmək deməkdir. Yəni kompüterin 2-lik say sistemində işləməsi
təsadüfi deyildir.