3.2 İnformasiya emalının instrumental vasitələrinin inkişafı Mübaliğəsiz demək olar ki, XIX əsrin son qərinəsi ilə XX əsrin sonu arasındakı
müddər çoxsaylı irili-xırdalı inqilabların ―beşiyi‖ olmuşdur. Belə ki, XIX əsrin sonu, XX
əsrin əvvəlində sənaye inqilabı baş vermiş, Birinci Dünya müharibəsi sosial inqilablar
dalğası yaratmış, Dünya təlatümə gəlmişdir. İkinci Dünya müharibəsi və sonrakı illər
iqtisadiyyatın inkişafı, nüvə və mikromolekulyar fizika, bərk cisim elektronikası
sahələrində aparılan tədqiqatlar, ilk hesablayıcı sənaye qurğularının yaradılması sənaye
inqilabı yaratdı ki, bu da XX əsrin son rübündə informasiya texnologiyalarının güclü
inkişafı üçün münbit zəmin yaratdı. Yəni, 1900-1920-ci illərdə sənaye inqilabı, 1920-
1940-cı illərdə sosial inqilablar, 1940-1975-ci illərdə sənaye qurumları inqilabı, 1975-
2000-ci illərdə informasiya inqilabı baş vermişdir.
Ötən əsrin sonunu bürüyən keyfiyyət dəyişiklikləri çoxəsrlik tarixə malik idi.
Hesablayıcı texnika müasir inkişaf səviyyəsinə birdən-birə çatmamışdır. Bu günədək
4 nəsil və bunadək uzun tarixi müddət keçmişdir.