3.9.4 Bəzi digər qurğular. Riyazi prosessor sürüşən (üzən) vergüllü ədədlər üzərində cəld və daha dəqiq əməl-
lər aparır.
Taktlı impulslar generatoru kompüter qurğularına ötürülən siqnalları müəyyən vaxt
fasilələri ilə göndərir. Bir saniyədəki taktların sayına kompüterin takt tezliyi deyilir.
Saniyədə milyon takt 1 meqahersdir. Bu, bütün qurğuların işini sinxronlaşdırmaq
üçündür.
Kəsilmələr kontrolleri kəsilmələri idarə edir. Bu, vaxt kvantları ilə işləyir.
Yaddaşa birbaşa müraciət kontrolleri operativ yaddaşla xarici qurğular arasında
prosessorun iştirakı olmadan əlaqə yaradır. Nəticədə paralel iş rejimi yaranır.
Taymer kompüterin takt tezliyini ixtiyari tezliyə çevirmək üçündür. Bunun köməyi
ilə kompüter real vaxta köklənir və səs generasiyası baş tutur.