53
8-lik və 16-lıq say sistemlərində hesab əməlləri də bu qayda ilə gedir. Lakin sadəlik
üçün hesablamanı 2-likdə aparıb üç-üç 8-ə, dörd-dörd 16-ya tərcümə etmək daha
məsləhətdir.
4.4. Məntiqin əsasları və kompüterin məntiqi əsasları
4.4.1.Təfəkkür formaları
Təfəkkürün formaları və üsulları haqqında elm olan formal məntiqin əsaslarını
Aristotel yaratmışdır. Təfəkkürün əsas formaları bunlardır: anlayış, mülahizə və hökm
(nəticə, qərar).
Anlayış. Anlayış bir obyekti digər obyektlərdən fərqləndirən əsas əlamətləri ayırır.
Anlayışda əhatə edilən obyekt müəyyən çoxluq təşkl edir. Məsələn, ―kompüter‖ anlayışı
çoxsaylı elektron və elektromexaniki qurğuları özündə birləşdirir. Anlayışın məzmun və
həcm cəhətləri vardır. Anlayışın məzmunu əhəmiyyətli əlamətlər yığınıdır. Məsələn,
―Fərdi kompüter‖ anlayışının məzmunu ona verilən tərifdə açıqlanır: ―Fərdi kompüter
dedikdə, bir istifadəçi üçün nəzərdə tutulan informasiyanı avtomatik emal etməkdən ötrü
olan universal elektron qurğu nəzərdə tutulur‖. Anlayışın həcmi dedikdə, onun əhatə etdiyi
əşyaların sayı nəzərdə tutulur. Məsələn, ―Fərdi kompüter‖ dedikdə, dünyada mövcud olan
bütün fərdi kompüterlər göz önünə gətirilir.
Mülahizə. Mülahizə anlayışlar əsasında qurulan nəqli cümlədir. Mülahizə müxtəlif
formalarda, təbii və formal dillərdə tərtib edilə biləndir. Mülahizə gerçək və yanlış ola
biləndir. Əgər anlayışlararası əlaqələr real gerçəkliyi adekvat əks etdirirsə, mülahizə
gerçək sayılır. Məsələn, ―Prosessor informasiya emal edən qurğudur‖ -gerçək mülahizədir.
Lakin mülahizənin gerçəkliyi nisbidir. Mülahizə təfəkkürün elə formasıdır ki, o, real
hadisə və predmetlərin xassələrini və münasibətlərini ya təsdiq, ya da inkar edir və ya
doğru, ya da yalan olur. Sadə mülahizələrdən mürəkkəb mülahizələr yaradılır. Məsələn,
―Prosessor emaledici, printer çapedici qurğudur‖ – mürəkkəb mülahizədir. Mürəkkəb
mülahizələrin doğruluğu mülahizələr cəbrinin köməyi ilə təyin edilir.
Hökm. Mülahizələrdə ifadə edilən məlum faktlara əsasən hökm çıxarılır. Hökm bir
və ya bir neçə mülahizə əsasında meydana çıxan yeni mülahizədir. Məsələn, üçbucağın
bütün tərəflərinin bərabər olmasını təsdiq edən mülahizə əsasında hökm verilir ki, bu,
bərabərtərəfli üçbucaqdır.
Dostları ilə paylaş: