67
aparılan əməliyyatlardan ibarət idi. 70-ci illərdə kompüter mətnlərlə işləməyi ―öyrəndi‖.
İstifadəçi mətn tərtib edib onu redaktə etmək imkanı qazandı. Hal-hazırda kompüterlərin
əksəriyyəti və sərf edilən vaxtın çoxu mətn verilənləri üzərindəki işlə bağlıdır. 80-ci illərdə
qrafik informasiya ilə işləyən ilk kompüterlər meydana gəldi. İndi kompüter qrafikası
işgüzar qrafikada (diaqram, qrafik və s. qurulmasında), kompüter modelləşdirməsində,
təqdimatların hazırlanmasında, Web-saytların yaradılmasında, televiziya reklamlarında,
animasiya filmlərində və s. geniş istifadə edilir. Qrafik verilənlərin emalına kompüter
tətbiqi daim genişlənməkdədir.
90-cı illərdə kompüter səs informasiyasını emal etmək imkanı qazandı. Müasir
kompüter istifadəçisi səs fayllarının yazılması, dinlənilməsi və redaktə edilməsi işini
reallaşdıran proqram əlavəsi ilə işləyə bilər. Səs faylı ilə iş multimediya texnologiyasının
ayrılmaz tərkib hissəsidir.
Ədəd, mətn, qrafik və səs informasiyasının kompüterdə
işlənməsi üçün onlar verilən
96
formasına gətirilməlidir. Verilənlər kompüterdə maşın dilində (0 və 1-lər sırası şəklində)
saxlanır və emal edilir.
Verilən üzərində nə etməyi bilmək üçün kompüterin prosessoru müəyyən əmr
(təlimat) almalıdır. Məsələn, ―iki ədədi topla‖ və ya ―bir simvolu digərinə dəyiş‖ kimi əmr
verilə bilər.
Adətən hər hansı bir məsələni həll edərkən prosessor çoxsaylı əmrlər ardıcıllığını icra
etməli olur. Maşın əmrləri ardıcıllığı proqram adlanır.
Beləliklə, verilənlərin emalı prosesində kompüterin icra etdiyi əmrlər ardıcıllığına
proqram deyilir.
40-50-ci illərdə, kompüter erasının başlanğıcında proqramlar bilavasitə maşın dilində,
yəni prosessorun başa düşdüyü dildə tərtib edilirdi. Bu proqramlar 0 və 1-lərin son dərəcə
uzun sırasından ibarət olduğu üçün baş açmaq çox çətin idi.
60-cı illərdə yüksək səviyyəli proqramlaşdırma dilləri (Alqol, Fortran, Basic, Paskal
və s.) yaradıldı. Bu dillər proqram tərtibini xeyli yüngülləşdirdi. Hal-hazırda vizual
proqramlaşdırma sistemlərinin (Visual Basic, Delphi və s.) meydana çıxması ilə
proqramlaşdırma kütləviləşmişdir.
96
Kompüter formasında (maşın dilində) təqdim edilən və kompüterdə emal
edilən informasiya verilən
adlanır.
68
Müxtəlif verilənlərin emalı üçün lazım olan proqramlar bir neçə 10 illər ərzində
yaradılmışdır.
Proqramlar çoxluğu kompüterin proqram təminatını təşkil edir.
Beləliklə, verilənlərin kompüterdə emalı üçün
hardware deyilən aparat təminatı ilə
yanaşı,
software adlanan proqram təminatı da zəruridir.
Verilənlərin kompüterdə proqramla emalı prosesi aşağıdakı kimi gedir: icraya
buraxıldıqdan sonra xarici yaddaşda saxlanan proqram operativ yaddaşa yüklənir;
prosessor proqramdakı əmrləri ardıcıl oxuyub icra edir; əmrlərin icrası üçün lazım olan
verilənlər xarici yaddaşdan operativ yaddaşa köçürülür və onların üzərində lazımi
əməliyyatlar icra edilir; əmrlərin icrası nəticəsində alınmış verilənləri prosessor operativ
yaddaşa, oradan da xarici yaddaşa yazır; proqramın icrası zamanı prosessor veriləni giriş
qurğularından alıb, aldığı nəticəni çıxış qurğularına da çıxara bilir.
Dostları ilə paylaş: