3.Uyğunlaşmanın növləri
Sosial-psixoloji uyğunlaşmada işçinin kollektivin qarşılıqlı münasibətləri sisteminə, onun ənənələri, həyat normaları, dəyərlilik oriyentasiyası sisteminə daxil olunmasından ibarətdir. Belə uyğunlaşmanın gedişində işçi yavaş-yavaş, tədricən öz kollektivi haqqında, onun normaları, dəyərləri haqqında, qrupda işgüzar və şəxsi qarşılıqlı münasibətləri barədə, qrupun ayrı-ayrı üzvlərinin sosial-psixoloji mövqeləri haqqında, qrup liderləri haqqında hərtərəfli məlumat alır. Məlumatlar işçinin keçmiş təcrübəsinə, onun orientasiyasına müvafiq olduqda, o zaman bu informasiya onun tərəfindən müsbət qəbul edilir, işçi qrup normalarını qəbul etməyə başlayır və tədricən şəxsiyyətin kollektivlə eyniləşməsi prosesi baş verir. Sosial psixoloji uyğunlaşmanın gedişində işçi kollektivin real həyatına daxil olur, bu real həyatda iştirak edir, onun yoldaşları ilə, bilavasitə öz rəhbəri ilə, müdiriyyətlə müsbət qarşılıqlı münasibətləri yaranır, bərqərar olur.
Peşə uyğunlaşması - peşə vərdişi və bacarıqlarının müəyyən səviyyəsinə malik olmada, şəxsiyyətin bəzi zəruri peşə keyfiyyətlərin formalaşmasında, işçinin öz peşəsinə sabit müsbət münasibətin inkişafında ifadə olunur. Bir çox hallarda işçinin peşə uyğunlaşması, onun ixtisas aldıqda zəruri miqdarda minimum bilik və vərdişləri mənimsəməsi, nə dərəcədə məsuliyyət hissinə malik olması, yenilik hissi, işgüzarlığı və vaxta görə öz hərəkətlərini bölüşdürmək bacarığı ilə müəyyən edilir. Uyğunlaşmanın müxtəlif növləri üçün ayn-ayn aspektlərin mahiyyəti eyni deyildir. Belə ki, peşə dəyişdirmədən yeni iş yerinə keçilməsinə nisbətən gənc işçinin daim əmək fəaliyyətinə ilk daxilolmada peşə aspekti onun üçün daha əhəmiyyətlidir. İstehsal mühitinin dəyişilməsi ilə əlaqədar olaraq, ikinci uyğunlaşmada həm peşə, həm də psixo-fızioloji aspektlər olduqca vacibdir.
Mühəndis texniki işçilərə (MTİ) nisbətən fəhlələr üçün psixo-fizioloji aspekt daha böyük əhəmiyyətə malikdir. Uyğunlaşma aspektlərinin müxtəlifliyinə baxmayaraq, onların hamısı daima qarşılıqlı təsirdədirlər, yəni əməyə uyğunlaşma bütöv bir sistemdir və bu sistem onun hissələrinin sadəcə olaraq xassələrinin məcmu ilə eyniləşdirilə bilməz. Bu sistem işçinin müəssisəyə bütövlükdə, onun norma və dəyərlərinə uyğunlaşmasını nəzərdə tutur. Uyğunlaşdırma prosesində işçi bir neçə mərhələ keçməli olur. Tanışlıq mərhələsində o, bütövlükdə yeni situasiya, müxtəlif fəaliyyətlərin qiymətləndirlməsi, etalonlar, davranış normaları barədə məlumat alır. Uyğunlaşma mərhələsində işçi orientasiyasını dəyişir, yeni dəyərlər sisteminin əsas ünsürlərini qəbul edir, lakin əvvəlki qaydalardan bir çoxunu saxlayır. Assimilyasiya mərhələsində mühitə tam uyğunlaşma baş verir, yeni qrup ilə eyniləşmə (identifikasiya) olur. İdentifikasiya bu, şəxsi məqsədlərin müəssisənin məqsədləri ilə eyniləşdirməkdən ibarətdir. Yəni adaptasiya prosesinin nəticəsidir. İdentifikasiyanm xarakterinə görə işçilərin üç kateqoriyasını fərqləndirmək lazımdır: laqeydlər, qismən identifikasiya edilmişlər, tam identifikasiya edilmişlər.
Hər bir kollektivin əsasını tam identifikasiya olunmuş işçilər təşkil edir. Onlann davranışının xüsusiyyəti sadəcə olaraq öz vəzifələrinə yalnız vicdanla yanaşmaq deyil, həmçinin təşkilatm məqsədlərinə müvəffəqiyyətlə nail olması naminə müəssisənin mənafelərini öz şəxsi mənafelərindən üstün tutmaqdan ibarətdir. Bir qayda olaraq, kollektivin əsasını təşkil edən bu özək ən yüksək ixtisaslı işçilərdən ibarət olur. İdentifikasiyanm nəticəsi olaraq istehsalat tapşırıqlarının, normativlərin sabit keyfiyyətlə yerinə yetirilməsindən, peşəyə, əmək situasiyasına, kollektivə sabit müsbət münasibətin formalaşdırılmasından ibarətdir. Əmək uyğunlaşmasının amillərinə həmin prosesin sürət, ahəng və nəticələrinə təsir edən şərtlər daxildir.
Uyğunlaşma fərdlərlə onun cəlb olunduğu istehsalat mühiti arasında gedən ikitərəfli proses olduğundan, eməyə uyğunlaşmasının bütün amillərini iki qrupa, yəni, şəxsi və istehsalat amillərinə bölmək olar. Öz növbəsində, şəxsi amilləri, sosial-demoqrafik, sosial cəhətdən şərtləşən (təhsil, iş təcrübəsi, ixtisas, sosial mənşə); psixoloji (idrak səviyyəsi, özü-özünü anlama); sosioloji (peşə marağının səviyyəsi, öz qazancında maddi marağın dərəcəsi, seçilmiş peşə üzrə təhsilin davam etdirilməsinin mövcudluğu) amillər kimi təsnifatlaşdırmaq olar, cins, yaş həddi, ailə vəziyyəti, demoqrafik amillər öz-özlüyündə sosial amillər deyildirlər, lakin sosial proseslərin gedişinə xeyli təsir göstərərək, onlar sosial əhəmiyyət kəsb edirlər.
Dostları ilə paylaş: |