“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
24
Əsas vəzifələrin (V) və vəzifələr daxilində fəaliyyətlərin (F) siyahısı
1
V.1. İstismar və texniki qulluq işləri:
F.1.1. Gəmi elektrik avadanlıqlarını və avtomatlaşdırma vasitələrini texniki istismar etmək;
F.1.2. İstismar zamanı avadanlıqlara
qulluq və nəzarət, quraşdırma (montaj) və təmir – bərpa
üzrə texniki işlərin təhlükəsiz yerinə yetirilməsini
təşkil etmək;
F.1.3. Quraşdırılmış, təmir edilmiş və təmir edilən gəmi elektrik avadanlıqlarının və
avtomatlaşdırma vasitələrinin sınaqlarını keçirmək və işə yararlılığını müəyyən etmək;
F.1.4. Gəminin istismarı zaman dəyişdirilməsi zəruri olan gəmi elektrik avadanlıqlarını və
avtomatlaşdırma vasitələrini seçmək;
F.1.5. Gəmi elektrik avadanlıqları və avtomatlaşdırma vasitələrinin qovşaqları, sistemlərinin
aqreqatlarının detallarının sertifikatlaşdırılması zamanı ekspertizalar və auditlər təşkil
etmək.
V.2. Mütəşəkkil idarəetmə:
F.2.1. Milli qanunlar və beynəlxalq konvensiyaların tələblərinə əsasən xidməti təşkil etmək;
F.2.2. Müxtəlif sosial statusa və mədəniyyətə malik olan, həmçinin
müxtəlif milli və dini
icmaların üzvlərindən ibarət olan kollektivdə işin mütəşəkkil edilməsi, müvafiq
qərarların qəbul edilməsini əsaslandırmaq və qəbul etmək;
F.2.3. Mövcud qənaətedici risk həddlərində, çətin və fövqaladə hallarda kollektivin işini
mütəşəkkilləşdirmək, zəruri qərarlar qəbul etmək və həyata keçirmək;
F.2.4. Müəssisənin gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin
istismarına, saxlanmasına və texniki qulluğuna dair mütəşəkkil – idarəetmə strukturunu
təkmilləşdirmək;
F.2.5. Müəssisənin kargüzarlıq və sənədlərin qeydiyyatı üzrə işini təşkil
etmək və
təkmilləşdirmək;
F.2.6. Zərurət olduğu halda gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin
texniki istismarı, təmiri və texniki qulluğuna dair səmərəli normativlər seçmək;
F.2.7. Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin qısa və ya uzun
müddətli istismarının və təmirinin planlaşdırılması zaman, müxtəlif tələblər arasında
(keyfiyyət, təhlükəsizlik, icra müddəti və qiymət) kompromisi tapmaq və səmərəli
qərarlar
qəbul etmək;
F.2.8. Xidmətə texniki nəzarəti və məhsulun, məmulatın kefiyyətin idarə edilməsini həyata
keçirmək;
F.2.9. Mütəxəssisləri və heyət üzvlərini təlimatlandırmaq və atestasiya etmək.
V.3. Layihələndirmə fəaliyyəti:
F.3.1. Layihələrin (proqramların) məqsədlərini, tapşırıqların prioritetlərinin aşkarlanmasını,
strukturun düzülüşlərini və onların qarşılıqlı əlaqəsini, məqsədə nail olmanın
göstəricilərinin meyarlarını, tapşırıqların həllini milli və beynəlxalq sistemlərin
tələblərini, mənəvi dəyərləri nəzərə almaqla formalaşdırmaq;
F.3.2. Fiziki-kimyəvi, mexaniki-texnoloji, erqonomik, estetik, ekoloji və iqtisadi tələbləri
nəzərə almaqla peşə fəaliyyət obyektlərinin layihələrini hazırlamaq;
F.3.3. Yeni gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma
vasitələrinin, həmçinin
nəqliyyat müəssisələrinin layihələşdirilməsində müasir informasiya (məlumat)
texnologiyalarından istifadə etmək;
F.3.4. Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin təmiri,
modernləşdirilməsi və modifikasiyası üçün layihə və texnoloji sənədlərin
hazırlanmasında iştirak etmək;
1
Müvafiq sahə üçün olan peşə standartındakı ilə eynidir.
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
25
F.3.5. Yeni peşə fəaliyyət sahələrinin,
layihələrinin, texniki şərtlərinin və tələblərinin,
standartlarının və texniki izahının, normativ sənədlərin hazırlanmasında iştirak etmək.
V.4. Texnoloji istehsalat fəaliyyəti:
F.4.1. Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin istismarı üzrə
istehsalat proqramını müəyyən etmək;
F.4.2. Komplektləşdirmə məmulatlarının, materiallarının, ehtiyat hissələrinin kefiyyətinə
effektiv nəzarəti təşkil etmək;
F.4.3. Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin ekoloji təhlükəsizliyini
və gəmi heyət üzvlərinin iş şəraitini təmin etmək;
F.4.4. Effektiv mühəndis qərarlarını təcrübədə tətbiq etmək;
F.4.5. Gəmi elektrik avadanlıqlarını və avtomatlaşdırma vasitələrini quraşdırmaq,
tənzimləmək və yoxlamaq;
F.4.6. Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin istismarına nəzarət
etmək;
F.4.7. Gəmi elektrik avadanlıqları və avtomatlaşdırma vasitələri üçün istehsal olunan
detalların, qovşaqların, aqreqatların və sistemlərin sertifikatlaşdırılması zamanı audit
və ekspertiza təşkil etmək;
F.4.8. Sertifikat və lisenziya sənədlərini hazırlamaq və işləmək;
F.4.9. Əsas ölçü vasitələrinin metroloji yoxlanmaya hazırlamaq və yoxlanışı həyata keçirmək;
F.4.10. Texniki və texnoloji sənədləri hazırlamaq.
V.5. Elmi-tədqiqat işləri:
F.5.1. Gəmiçilik və digər yaxın sahələr üzrə fundamental və tədbiqi tədqiqatlarda iştirak
etmək;
F.5.2. Lazım olan üsul və vasitələrdən istifadə etməklə peşə fəaliyyət sahəsinin vəziyyətini və
dinamik kefiyyət göstəricilərini
təhlil etmək;
F.5.3. Peşə fəaliyyət sahəsinin obyektlərinin xassələrinin praqnozlaşdırılmasına imkan verən
nəzəri modullar yaratmaq;
F.5.4. Peşə fəaliyyət obyektlərinin tədqiqatlarının keçirilməsi üzrə planlar, proqramlar və
metodoki vasitələr hazırlamaq;
F.5.5. Tədqiqat obyektləri üzrə məlumatlar axtarmaq və alınan məlumatları təhlil etmək;
F.5.6. Tədqiqatların texniki və təşkilati təminatını həyata keçirmək;
F.5.7. Tədqiqatların nəticələrini təhlil etmək və onların tədbiqi üzrə təkliflər hazırlamaq.
V.6. Elmi pedaqoji fəaliyyət:
F.6.1. Gəmidə və ya orta peşə ixtisas, ali peşə ixtisas müəssisələrində təhsil alan gənc
nəsillərin, gəmidə tabelikdə olan gəmi heyət üzvlərinin texniki təlimlərini təşkil etmək
və tədris zaman ümumi peşə üzrə
dərslər keçmək;
F.6.2. Əlavə peşə təhsili proqramları üzrə dərslər keçmək.
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
26
C.2. TƏLİM İLƏ BAĞLI XÜSUSİ MƏLUMAT
C.2.1. TƏLİMİN NÖVLƏRİ
Bu peşə üçün zəruri səriştələr aşağıda göstərilən təlim metodları vasitəsilə əldə edilə bilər:
Dostları ilə paylaş: