Isco 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə13/15
tarix26.04.2023
ölçüsü0,7 Mb.
#103096
1   ...   7   8   9   10   11   12   13   14   15
7412-3-00190-01 Mechanic, electrical

 
Peşə standartına uyğun olaraq, bu peşə üzrə təcrübi və nəzəri təlim keçən gəmidə elektromexanik-
mühəndis yuxarıda göstərilən səriştələri qazanmaqla, aşağıdakı vəzifə və fəaliyyətləri yerinə yetirə bilər: 


“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 
24 
Əsas vəzifələrin (V) və vəzifələr daxilində fəaliyyətlərin (F) siyahısı
 1
 
V.1. İstismar və texniki qulluq işləri: 
F.1.1. Gəmi elektrik avadanlıqlarını və avtomatlaşdırma vasitələrini texniki istismar etmək; 
F.1.2. İstismar zamanı avadanlıqlara qulluq və nəzarət, quraşdırma (montaj) və təmir – bərpa 
üzrə texniki işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək
F.1.3. Quraşdırılmış, təmir edilmiş və təmir edilən gəmi elektrik avadanlıqlarının və 
avtomatlaşdırma vasitələrinin sınaqlarını keçirmək və işə yararlılığını müəyyən etmək; 
F.1.4. Gəminin istismarı zaman dəyişdirilməsi zəruri olan gəmi elektrik avadanlıqlarını və 
avtomatlaşdırma vasitələrini seçmək; 
F.1.5. Gəmi elektrik avadanlıqları və avtomatlaşdırma vasitələrinin qovşaqları, sistemlərinin 
aqreqatlarının detallarının sertifikatlaşdırılması zamanı ekspertizalar və auditlər təşkil 
etmək. 
V.2. Mütəşəkkil idarəetmə: 
F.2.1. Milli qanunlar və beynəlxalq konvensiyaların tələblərinə əsasən xidməti təşkil etmək; 
F.2.2. Müxtəlif sosial statusa və mədəniyyətə malik olan, həmçinin müxtəlif milli və dini 
icmaların üzvlərindən ibarət olan kollektivdə işin mütəşəkkil edilməsi, müvafiq 
qərarların qəbul edilməsini əsaslandırmaq və qəbul etmək; 
F.2.3. Mövcud qənaətedici risk həddlərində, çətin və fövqaladə hallarda kollektivin işini 
mütəşəkkilləşdirmək, zəruri qərarlar qəbul etmək və həyata keçirmək; 
F.2.4. Müəssisənin gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin
istismarına, saxlanmasına və texniki qulluğuna dair mütəşəkkil – idarəetmə strukturunu 
təkmilləşdirmək; 
F.2.5. Müəssisənin kargüzarlıq və sənədlərin qeydiyyatı üzrə işini təşkil etmək və 
təkmilləşdirmək; 
F.2.6. Zərurət olduğu halda gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin 
texniki istismarı, təmiri və texniki qulluğuna dair səmərəli normativlər seçmək; 
F.2.7. Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin qısa və ya uzun 
müddətli istismarının və təmirinin planlaşdırılması zaman, müxtəlif tələblər arasında 
(keyfiyyət, təhlükəsizlik, icra müddəti və qiymət) kompromisi tapmaq və səmərəli 
qərarlar qəbul etmək
F.2.8. Xidmətə texniki nəzarəti və məhsulun, məmulatın kefiyyətin idarə edilməsini həyata 
keçirmək;
F.2.9. Mütəxəssisləri və heyət üzvlərini təlimatlandırmaq və atestasiya etmək. 
V.3. Layihələndirmə fəaliyyəti: 
F.3.1. Layihələrin (proqramların) məqsədlərini, tapşırıqların prioritetlərinin aşkarlanmasını, 
strukturun düzülüşlərini və onların qarşılıqlı əlaqəsini, məqsədə nail olmanın 
göstəricilərinin meyarlarını, tapşırıqların həllini milli və beynəlxalq sistemlərin 
tələblərini, mənəvi dəyərləri nəzərə almaqla formalaşdırmaq; 
F.3.2. Fiziki-kimyəvi, mexaniki-texnoloji, erqonomik, estetik, ekoloji və iqtisadi tələbləri 
nəzərə almaqla peşə fəaliyyət obyektlərinin layihələrini hazırlamaq; 
F.3.3. Yeni gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin, həmçinin 
nəqliyyat müəssisələrinin layihələşdirilməsində müasir informasiya (məlumat) 
texnologiyalarından istifadə etmək; 
F.3.4. Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin təmiri, 
modernləşdirilməsi və modifikasiyası üçün layihə və texnoloji sənədlərin 
hazırlanmasında iştirak etmək; 
1
Müvafiq sahə üçün olan peşə standartındakı ilə eynidir. 


“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 
25 
F.3.5. Yeni peşə fəaliyyət sahələrinin, layihələrinin, texniki şərtlərinin və tələblərinin, 
standartlarının və texniki izahının, normativ sənədlərin hazırlanmasında iştirak etmək. 
V.4. Texnoloji istehsalat fəaliyyəti: 
F.4.1. Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin istismarı üzrə 
istehsalat proqramını müəyyən etmək; 
F.4.2. Komplektləşdirmə məmulatlarının, materiallarının, ehtiyat hissələrinin kefiyyətinə 
effektiv nəzarəti təşkil etmək; 
F.4.3. Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin ekoloji təhlükəsizliyini 
və gəmi heyət üzvlərinin iş şəraitini təmin etmək; 
F.4.4. Effektiv mühəndis qərarlarını təcrübədə tətbiq etmək; 
F.4.5. Gəmi elektrik avadanlıqlarını və avtomatlaşdırma vasitələrini quraşdırmaq, 
tənzimləmək və yoxlamaq; 
F.4.6. Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin istismarına nəzarət 
etmək; 
F.4.7. Gəmi elektrik avadanlıqları və avtomatlaşdırma vasitələri üçün istehsal olunan 
detalların, qovşaqların, aqreqatların və sistemlərin sertifikatlaşdırılması zamanı audit 
və ekspertiza təşkil etmək; 
F.4.8. Sertifikat və lisenziya sənədlərini hazırlamaq və işləmək; 
F.4.9. Əsas ölçü vasitələrinin metroloji yoxlanmaya hazırlamaq və yoxlanışı həyata keçirmək; 
F.4.10. Texniki və texnoloji sənədləri hazırlamaq. 
V.5. Elmi-tədqiqat işləri: 
F.5.1. Gəmiçilik və digər yaxın sahələr üzrə fundamental və tədbiqi tədqiqatlarda iştirak 
etmək; 
F.5.2. Lazım olan üsul və vasitələrdən istifadə etməklə peşə fəaliyyət sahəsinin vəziyyətini və 
dinamik kefiyyət göstəricilərini təhlil etmək
F.5.3. Peşə fəaliyyət sahəsinin obyektlərinin xassələrinin praqnozlaşdırılmasına imkan verən 
nəzəri modullar yaratmaq; 
F.5.4. Peşə fəaliyyət obyektlərinin tədqiqatlarının keçirilməsi üzrə planlar, proqramlar və 
metodoki vasitələr hazırlamaq; 
F.5.5. Tədqiqat obyektləri üzrə məlumatlar axtarmaq və alınan məlumatları təhlil etmək; 
F.5.6. Tədqiqatların texniki və təşkilati təminatını həyata keçirmək; 
F.5.7. Tədqiqatların nəticələrini təhlil etmək və onların tədbiqi üzrə təkliflər hazırlamaq. 
V.6. Elmi pedaqoji fəaliyyət: 
F.6.1. Gəmidə və ya orta peşə ixtisas, ali peşə ixtisas müəssisələrində təhsil alan gənc 
nəsillərin, gəmidə tabelikdə olan gəmi heyət üzvlərinin texniki təlimlərini təşkil etmək 
və tədris zaman ümumi peşə üzrə dərslər keçmək
F.6.2. Əlavə peşə təhsili proqramları üzrə dərslər keçmək. 


“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 
26 
C.2. TƏLİM İLƏ BAĞLI XÜSUSİ MƏLUMAT
C.2.1. TƏLİMİN NÖVLƏRİ 
Bu peşə üçün zəruri səriştələr aşağıda göstərilən təlim metodları vasitəsilə əldə edilə bilər: 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin