Kimə tabedir:
Baş mexanik.
Kim ona tabedir:
Elektrik.
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
10
A.1.4. PEŞƏ STANDARTLARI ÜÇÜN MƏSULİYYƏT VƏ MÜSTƏQİLLİK SƏVİYYƏLƏRİ
Səviyyələr
Məsuliyyət, fəaliyyətlərin mürəkkəbliyi və müstəqillik
Uyğun
gələn
səviyyə
1
Planlaşdırılmış qaydada birbaşa nəzarət altında işləmək
İş təkrarlanan xarakterə malikdir və mürəkkəb olmayan bir neçə funksiyanı
əhatə edir.
2
Nəzarət altında işləmək, kiçik səlahiyyətlərə malik olmaq
Təcrübə tələb edən fəaliyyətlərin yerinə yetirilməsi və əlaqələndirilməsi üçün
məsuliyyət daşımaq
Öz fəaliyyətlərini planlaşdırmaq və nəticələri barədə hesabat vermək
Digər şəxslərlə əməkdaşlıq etmək və komandada işləmək
3
Əvvəlcədən məlum olan vəzifə və fəaliyyətlər çərçivəsində müstəqil
idarəetmə və komandanın idarə edilməsini həyata keçirmək (eyni zamanda
həm idarəetmə, həm də istehsal subyekti kimi çıxış etmək)
İşə yanaşmasını dəyişən şəraitə uyğunlaşdırmaq və dövri problemlərin həlli
zamanı elementar nəzəriyyələrdən istifadə etmək
Digər şəxslərin gündəlik işinə nəzarət etmək, əmək fəaliyyətinin
qiymətləndirilməsi üçün məsuliyyət daşımaq və işin təkmilləşdirilməsi ilə
bağlı təkliflər vermək
İşçilərə rəhbərlik etmək
Mürəkkəb fəaliyyətləri əlaqələndirmək və yerinə yetirmək. Ümumi
təcrübədən istifadə etməklə xüsusi yeni fəaliyyətlər müəyyən etmək
4
Yeni və çox vaxt yaradıcı metodlar tələb edən məsələlərlə məşğul olmaq.
Mürəkkəb məsələlərin həllində geniş təcrübədən istifadə etmək
Gözlənilməz dəyişiklik olduğu halda əmək fəaliyyətinə rəhbərlik və nəzarəti
həyata keçirmək
Özü və başqaları üçün fəaliyyət meyarları hazırlamaq, onları nəzərdən
keçirmək və təkmilləşdirmək
Gözlənilən və ya gözlənilməz iş rejimi şəraitində qərarların qəbul edilməsinə
məsuliyyət daşımaq
Fərdlərin və qrupların peşəkar inkişafının idarə olunmasına məsuliyyət
daşımaq
Fəaliyyətləri müşahidə etmək, qiymətləndirmək, müvafiq hesabatlar
hazırlamaq və dəyişikliklər təklif etmək
A.1.5. KARYERA YÜKSƏLİŞİ VƏ SƏRBƏST MƏŞĞULLUQ İMKANLARI
Müvafiq təcrübə və ixtisasartırma kurslarında iştirak edərək müvafiq sertifikat əldə etdikdən
sonra rəhbər vəzifələrə (növbə mexanikı, 2-ci mexanik, baş mexanik) yüksəlmək imkanı
vardır;
Müvafiq təcrübə və magistratura, aspirantura təhsili əsasında öz peşəsi daxilində daha yüksək
ixtisaslı işlərə (müəllim, kafedra müdiri, şöbə rəisi və.s) keçmək imkanı vardır.
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
11
A.2. ƏSAS VƏZİFƏLƏRİN (V) VƏ VƏZİFƏLƏR DAXİLİNDƏ
FƏALİYYƏTLƏRİN (F) SİYAHISI
V.1. İstismar və texniki qulluq işləri:
F.1.1. Gəmi elektrik avadanlıqlarını və avtomatlaşdırma vasitələrini texniki istismar etmək;
F.1.2. İstismar zamanı avadanlıqlara qulluq və nəzarət, quraşdırma (montaj) və təmir – bərpa
üzrə texniki işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək;
F.1.3. Quraşdırılmış, təmir edilmiş və təmir edilən gəmi elektrik avadanlıqlarının və
avtomatlaşdırma vasitələrinin sınaqlarını keçirmək və işə yararlılığını müəyyən etmək;
F.1.4. Gəminin istismarı zaman dəyişdirilməsi zəruri olan gəmi elektrik avadanlıqlarını və
avtomatlaşdırma vasitələrini seçmək;
F.1.5. Gəmi elektrik avadanlıqları və avtomatlaşdırma vasitələrinin qovşaqları, sistemlərinin
aqreqatlarının detallarının sertifikatlaşdırılması zamanı ekspertizalar və auditlər təşkil
etmək.
V.2. Mütəşəkkil idarəetmə:
F.2.1. Milli qanunlar və beynəlxalq konvensiyaların tələblərinə əsasən xidməti təşkil etmək;
F.2.2. Müxtəlif sosial statusa və mədəniyyətə malik olan, həmçinin müxtəlif milli və dini
icmaların üzvlərindən ibarət olan kollektivdə işin mütəşəkkil edilməsi, müvafiq
qərarların qəbul edilməsini əsaslandırmaq və qəbul etmək;
F.2.3. Mövcud qənaətedici risk həddlərində, çətin və fövqaladə hallarda kollektivin işini
mütəşəkkilləşdirmək, zəruri qərarlar qəbul etmək və həyata keçirmək;
F.2.4. Müəssisənin gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin
istismarına, saxlanmasına və texniki qulluğuna dair mütəşəkkil – idarəetmə strukturunu
təkmilləşdirmək;
F.2.5. Müəssisənin kargüzarlıq və sənədlərin qeydiyyatı üzrə işini təşkil etmək və
təkmilləşdirmək;
F.2.6. Zərurət olduğu halda gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin
texniki istismarı, təmiri və texniki qulluğuna dair səmərəli normativlər seçmək;
F.2.7. Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin qısa və ya uzun
müddətli istismarının və təmirinin planlaşdırılması zaman, müxtəlif tələblər arasında
(keyfiyyət, təhlükəsizlik, icra müddəti və qiymət) kompromisi tapmaq və səmərəli
qərarlar qəbul etmək;
F.2.8. Xidmətə texniki nəzarəti və məhsulun, məmulatın kefiyyətin idarə edilməsini həyata
keçirmək;
F.2.9. Mütəxəssisləri və heyət üzvlərini təlimatlandırmaq və atestasiya etmək.
V.3. Layihələndirmə fəaliyyəti:
F.3.1. Layihələrin (proqramların) məqsədlərini, tapşırıqların prioritetlərinin aşkarlanmasını,
strukturun düzülüşlərini və onların qarşılıqlı əlaqəsini, məqsədə nail olmanın
göstəricilərinin meyarlarını, tapşırıqların həllini milli və beynəlxalq sistemlərin
tələblərini, mənəvi dəyərləri nəzərə almaqla formalaşdırmaq;
F.3.2. Fiziki-kimyəvi, mexaniki-texnoloji, erqonomik, estetik, ekoloji və iqtisadi tələbləri
nəzərə almaqla peşə fəaliyyət obyektlərinin layihələrini hazırlamaq;
F.3.3. Yeni gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin, həmçinin
nəqliyyat müəssisələrinin layihələşdirilməsində müasir informasiya (məlumat)
texnologiyalarından istifadə etmək;
F.3.4. Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin təmiri,
modernləşdirilməsi və modifikasiyası üçün layihə və texnoloji sənədlərin
hazırlanmasında iştirak etmək;
F.3.5. Yeni peşə fəaliyyət sahələrinin, layihələrinin, texniki şərtlərinin və tələblərinin,
standartlarının və texniki izahının, normativ sənədlərin hazırlanmasında iştirak etmək.
V.4. Texnoloji istehsalat fəaliyyəti:
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
12
F.4.1. Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin istismarı üzrə
istehsalat proqramını müəyyən etmək;
F.4.2. Komplektləşdirmə məmulatlarının, materiallarının, ehtiyat hissələrinin kefiyyətinə
effektiv nəzarəti təşkil etmək;
F.4.3. Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin ekoloji təhlükəsizliyini
və gəmi heyət üzvlərinin iş şəraitini təmin etmək;
F.4.4. Effektiv mühəndis qərarlarını təcrübədə tətbiq etmək;
F.4.5. Gəmi elektrik avadanlıqlarını və avtomatlaşdırma vasitələrini quraşdırmaq,
tənzimləmək və yoxlamaq;
F.4.6. Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin istismarına nəzarət
etmək;
F.4.7. Gəmi elektrik avadanlıqları və avtomatlaşdırma vasitələri üçün istehsal olunan
detalların, qovşaqların, aqreqatların və sistemlərin sertifikatlaşdırılması zamanı audit
və ekspertiza təşkil etmək;
F.4.8. Sertifikat və lisenziya sənədlərini hazırlamaq və işləmək;
F.4.9. Əsas ölçü vasitələrinin metroloji yoxlanmaya hazırlamaq və yoxlanışı həyata keçirmək;
F.4.10. Texniki və texnoloji sənədləri hazırlamaq.
V.5. Elmi-tədqiqat işləri:
F.5.1. Gəmiçilik və digər yaxın sahələr üzrə fundamental və tədbiqi tədqiqatlarda iştirak
etmək;
F.5.2. Lazım olan üsul və vasitələrdən istifadə etməklə peşə fəaliyyət sahəsinin vəziyyətini və
dinamik kefiyyət göstəricilərini təhlil etmək;
F.5.3. Peşə fəaliyyət sahəsinin obyektlərinin xassələrinin praqnozlaşdırılmasına imkan verən
nəzəri modullar yaratmaq;
F.5.4. Peşə fəaliyyət obyektlərinin tədqiqatlarının keçirilməsi üzrə planlar, proqramlar və
metodoki vasitələr hazırlamaq;
F.5.5. Tədqiqat obyektləri üzrə məlumatlar axtarmaq və alınan məlumatları təhlil etmək;
F.5.6. Tədqiqatların texniki və təşkilati təminatını həyata keçirmək;
F.5.7. Tədqiqatların nəticələrini təhlil etmək və onların tədbiqi üzrə təkliflər hazırlamaq.
V.6. Elmi pedaqoji fəaliyyət:
F.6.1. Gəmidə və ya orta peşə ixtisas, ali peşə ixtisas müəssisələrində təhsil alan gənc
nəsillərin, gəmidə tabelikdə olan gəmi heyət üzvlərinin texniki təlimlərini təşkil etmək
və tədris zaman ümumi peşə üzrə dərslər keçmək;
F.6.2. Əlavə peşə təhsili proqramları üzrə dərslər keçmək.
V.0.
A.3. SƏRİŞTƏLƏR HAQQINDA
Fərdin "gəmidə elektromexanik-mühəndis" peşə standartı üzrə vəzifə və fəaliyyətləri həyata keçirməsi
üçün zəruri olan əsas səriştələr "gəmidə elektromexanik-mühəndis" peşəsi üzrə müvafiq təlim
standartında göstərilmişdir (formal, qeyri-formal və informal təlimlər vasitəsilə əldə olunan bilik,
bacarıq, yanaşma və davranış).
A.4. QİYMƏTLƏNDİRMƏLƏR HAQQINDA
Bu peşədə fərdin fəaliyyətinin qiymətləndirilməsi prosesi "gəmidə elektromexanik-mühəndis" peşəsi
üzrə müvafiq peşə standartının qiymətləndirilməsində öz əksini tapır. Fərdin sistemli
qiymətləndirilmələr vasitəsilə qiymətləndirilməsi işəgötürənə müxtəlif məqsədlər (yəni işəgötürmə,
karyerada irəli çəkmə, heyətin qiymətləndirilməsi, təlim ehtiyaclarının qiymətləndirilməsi)
baxımından faydalı ola bilər.
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
13
Dostları ilə paylaş: |