“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
15
qərarların qəbul edilməsini əsaslandırmaq və qəbul etmək;
Mövcud qənaətedici risk həddlərində, çətin və fövqaladə hallarda
kollektivin işini
mütəşəkkilləşdirmək, zəruri qərarlar qəbul etmək və həyata
keçirmək;
Müəssisənin gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin
istismarına, saxlanmasına və texniki qulluğuna dair mütəşəkkil – idarəetmə strukturunu
təkmilləşdirmək;
Müəssisənin kargüzarlıq və sənədlərin qeydiyyatı üzrə işini təşkil
etmək və
təkmilləşdirmək;
Zərurət olduğu halda gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin
texniki istismarı, təmiri və texniki qulluğuna dair səmərəli normativlər seçmək;
Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin qısa və ya uzun
müddətli istismarının və təmirinin planlaşdırılması zaman, müxtəlif tələblər arasında
(keyfiyyət,
təhlükəsizlik, icra müddəti və qiymət) kompromisi tapmaq və səmərəli
qərarlar qəbul etmək;
Xidmətə texniki nəzarəti və məhsulun, məmulatın kefiyyətin idarə edilməsini həyata
keçirmək;
Mütəxəssisləri və heyət üzvlərini təlimatlandırmaq və atestasiya etmək.
10%
Layihələndirmə fəaliyyəti:
Layihələrin (proqramların) məqsədlərini, tapşırıqların prioritetlərinin aşkarlanmasını,
strukturun düzülüşlərini və onların qarşılıqlı əlaqəsini, məqsədə nail olmanın
göstəricilərinin meyarlarını, tapşırıqların həllini milli və beynəlxalq sistemlərin
tələblərini, mənəvi dəyərləri nəzərə almaqla formalaşdırmaq;
Fiziki-kimyəvi, mexaniki-texnoloji, erqonomik, estetik, ekoloji və iqtisadi tələbləri
nəzərə almaqla peşə fəaliyyət obyektlərinin layihələrini hazırlamaq;
Yeni gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma
vasitələrinin, həmçinin
nəqliyyat müəssisələrinin layihələşdirilməsində müasir informasiya (məlumat)
texnologiyalarından istifadə etmək;
Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin təmiri,
modernləşdirilməsi və modifikasiyası üçün layihə və texnoloji sənədlərin
hazırlanmasında iştirak etmək;
Yeni peşə fəaliyyət sahələrinin,
layihələrinin, texniki şərtlərinin və tələblərinin,
standartlarının və texniki izahının, normativ sənədlərin hazırlanmasında iştirak etmək.
40%
Texnoloji istehsalat fəaliyyəti:
Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin istismarı üzrə istehsalat
proqramını müəyyən etmək;
Komplektləşdirmə məmulatlarının, materiallarının, ehtiyat hissələrinin kefiyyətinə
effektiv nəzarəti təşkil etmək;
Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin ekoloji təhlükəsizliyini
və gəmi heyət üzvlərinin iş şəraitini təmin etmək;
Effektiv mühəndis qərarlarını təcrübədə tətbiq etmək;
Gəmi elektrik avadanlıqlarını və avtomatlaşdırma vasitələrini quraşdırmaq,
tənzimləmək və yoxlamaq;
Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin istismarına nəzarət
etmək;
Gəmi elektrik avadanlıqları və avtomatlaşdırma vasitələri üçün istehsal
olunan
detalların, qovşaqların, aqreqatların və sistemlərin sertifikatlaşdırılması zamanı audit və
ekspertiza təşkil etmək;
Sertifikat və lisenziya sənədlərini hazırlamaq və işləmək;
Əsas ölçü vasitələrinin metroloji yoxlanmaya hazırlamaq və yoxlanışı həyata keçirmək;
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
16
Texniki və texnoloji sənədləri hazırlamaq.
Dostları ilə paylaş: