Işə qəbul üçün daxili müraciət elanı Vəzifə haqqında məlumat


Vəzifə öhdəlikləri (funksiyalar)



Yüklə 87,96 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix02.01.2022
ölçüsü87,96 Kb.
#46304
1   2   3
Data Overview - N#vb# r#isi (Hidrogenin z#nginl##dirilm#si Quru qaz#n v# PPF-in t#mizl#nm#si sah#si)

Vəzifə öhdəlikləri (funksiyalar)


hazırlayır, avadanlığın təmir aktının tərtib olunmasında iştirak edir; 

təmirdən sonra avadanlığın kipliyinin yoxlanılması, arakəsmələrin açılması, 

işçi sxeminin yığılması, istismara və ehtiyata buraxılmasını təşkil edir.  

Növbə ərzində texniki qurğularda və digər avadanlıqlarda hər hansı 

nasazlıqlar olarsa, zavodun dispetçerinə müraciət edir, baş vermiş qəzaların 

və ya aşkar olunmuş nöqsanların baş vermə səbəblərinin araşdırılması və 

aradan qaldırılması istiqamətində aparılan müzakirələrdə iştirak edir, 

qəzanın aradan qaldırılması üçün istehsalatın digər sahələri ilə əlaqələrin 

yaradılması, işçilərin təlimatlandırılması və görülən işlərlə tanış edir. İşçiləri 

baş vermiş qəzanın aradan qaldırılması üçün lazım olan mal-materialarla 

təchiz edilməsini təşkil edir və görülən işlərə ümumi nəzarət edir. Baş 

vermiş qəzalar barədə qeydiyyat gurnalında müvafiq qeydlər edir. 

Reagentlərin, energi daşıyıcılarının (su buxarı) istifadəsinə nəzarət edir, 

alınan məhsulu və istifadə olunan mal-materialların müvafiq qaydada 

uçotunu aparır. 

Avadanlıq və qurğuların texniki düzgün istismarına nəzarət edir. Sınağı 

aparılacaq avadanlıqlar barədə sahənin müvafiq işçilərinə məlumat verir.  

Avadanlıqların sistemdən ayrılması və sınağa hazırlanmasına və 

avadanlıqların sınaq aktının tərtib olunmasına nəzarət edir.  

Gündəlik olaraq iş yerində əmək şəraitinin vəziyyətini yoxlayır, yanğın 

təhlükəsizliyinə əməl olunmasına, istehsalat sanitariyasına əməl edilməsinə, 

fərdi mühafizə vasitələri və xüsusi geyimlərdən istifadə edilməsinə nəzarət 

edir. Texnoloji reqlamentin tələblərinə riayət edir. Keçidlərin artıq 

əşyalardan azad olunmasını yoxlayır, aşkar edilmiş nöqsanların aradan 

qaldırılması barədə tapşırıqlar verir və “əmək şəraitinin yoxlanılması 

jurnal”ında müvafiq qeydlər aparır.  

Avadanlıqların arası kəsilmədən tam gücü ilə işləməsinə, avadanlıqların və 

əsas vəsaitlərin düzgün texniki istismarına, reagentlərin, yanacaq, 

materialların qənaətlə istifadəsinə operativ nəzarəti həyata keçirir. 

Məhsulun iş yerində hərəkətinin və istehsal tapşırıqlarının yerinə 

yetirilməsinin operativ uçotunu aparır.  

Payız və qış mövsümünə hazırlıq üçün tədbirlər planının hazırlanmasında 

iştirak edir. Texnoloji istehsal proseslərinin və rejimlərin qeydiyyatı üçün 

jurnallar hazırlayır.  

Növbəti il üzrə sahənin təmir qrafikinin tərtib edilməsi və qüsurlar cədvəli 

üçün bütün avadanlıqların, boru xətlərinin, tutumların nasazlıqlarının və 

çatışmamazlıqlarının siyahıya alınmasına nəzarət edir. Lazımi uçot və 

hesabat xarakterli sənədləşmələri tərtib edir. İşçilərin iş vaxtının uçotunun 

aparılması, iş qrafiklərinin hazırlanmasını təşkil edir. İşçilər tərəfindən 

texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, 

təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin 

qayda və normalarına riayət olunmasına nəzarət edir, uçot və hesabat 

xarakterli sənədləşmələri tərtib edir.  

İstehsalat və əmək intizamını pozanlara inzibati cəza verilməsi haqqında 

təkliflər təqdim edir.


Yüklə 87,96 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin