İsgəndər Etibar. Sən dənizsən, gülüm



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix31.01.2017
ölçüsü0,72 Mb.
#6969
1   2   3   4   5   6   7   8   9   10   ...   14

YAD NƏFƏSİ
Demə ki, cansızdırlar:
nə su içir, nə çörək yeyir,
Yox, yox...
Evin divarları da, 
qapı da, pəncərə də qəmlənə bilir.
Yad nəfəsdən, yad sevincdən.
Otaqların havası nəmlənə bilir,
Belə evin havası araqdan betərdi;
Bu havadan keçəndə,
Beş-on qram içəndə 
adam dəmlənə bilir.
Yad olubsa evimdə;
Yaralı pələng kimi 
geniş açıb cəngini, qapı bağıra bilir.
– Ev yiyəsi, hardasan? – deyib çağıra bilir.
Eşidirəm bu səsi hansı qitədə olsam.
Diksinib oyanıram, əgər xəyala dalsam.
Yatsam, bu səs çalınır həyəcan zəngi kimi.
Ölsəm, 
məni dirildər çalınan “Cəngi” kimi.
Yad olubsa evimdə;
Divarın qaş-qabağı 
ürəyimi dağlayır,
Sınır gözümün nuru,
161
Sən dənizsən, gülüm

Yad nəfəsi – 
tıxac olur boğazıma,
sevincimi doğrayır,
Səni məndən oğurlayır.
Yad olubsa evimdə;
Ev yüyənsiz at kimi 
hara çapır, bilmirəm.
Sanki yanan ocağa 
qəfil benzin tökürlər.
Gözüm baxa-baxa, 
köksümdən ürəyimi çəkirlər. 
Yanağım şaxta vurmuş 
çiçək kimi sozalır,
həyatım bircə gündə 
on il, yüz il qocalır.
Ömrüm sənə bağlanan, 
səndən açılan bir topa sapdı;
Səndən ayrılmadı – 
havada uçdu, 
suda gəzdi, quruda qaçdı...
Bütün yollar, cığırlar 
evimizdən açılan,
Bir ucu ürəyimin 
zirvəsindən asılan
Duyğu, sinir təlimdi;
Diksinirəm – 
quş da qonsa,
səs də qonsa bu telə.
Bu tel ilə bağlıyam 
həm evimə,
həm də elimə.
162
İsgəndər Etibar

ÜRƏYİM
Bu gecə 
Qanadı qırılmış quş kimi 
Uçmağa can atır, 
uça bilmir ürəyim.
Balaca uşaq kimi 
arzuların dalınca qaçmaq istəyir,
Qaça bilmir ürəyim.
Çəmbərinə sığmayan dənizdi,
Bu sahil sinəmi döyür...döyür...
hərdən qəzəblənəndə,
Dalğasını sillə kimi üzünə çırpan 
Sahili döyür... söyür...
Bəzən ağla sığmayan,
Bəzən inanılmayan
Həqiqəti görür, duyur
Nə yatır, nə uyuyur ürəyim.
Qorxur, desə,
“Dəli olub” deyərlər. 
Bəlkə, buna görə hər duyğunu danışana
“Dəli” deyirlər.
Ürəyim, olma bezar,
Duyduğunu, gördüyünü deməyi bacar.
YARPAQ YAĞIR
Küləklər ulayır fağır-fağır,
Bulud-bulud ağaclardan 
yarpaq yağır.
Torpaq açıb ətəyini,
163
Sən dənizsən, gülüm

Dərə-dərə ciblərinə
yarpaq yığır.
Yarpaqlar ölü sərçə kimi 
tökülürdü budaqdan.
Yarpaqlar ölürdü
torpağın üstündə, günəşin altında,
dərə dibində, şair qəlbində.
Ölüm ölümdü,
İstər işıqda öl, 
İstər dərə dibində...
Qızıl kimi saralırdı yarpaqlar
ölüm qabağı,
Külək qovub apardıqca yarpaqları,
Elə bil soyulurdu yerin qabığı.
Bəlkə, elə qızıl da
Ölməkdə olan insandı,
Saralıb qorxusundan.
Tamahkara, acgözə
Sarılıb qorxusundan.
Payız gülür,
Küləklər ulayır fağır-fağır...
Bulud-bulud ağaclardan yarpaq yağır...
Oktyabr, 1980
PIÇILTI
Ürəyimlə qulaq asdım:
Meşənin o başında
Dərdini pıçıldayır işıldaböcək,
164
İsgəndər Etibar

Pıçıltıyla danışır
ot otla, çiçək çiçəklə.
Gecələr 
Ulduzların pıçıltısıdır,
Yağır üstümüzə işıq-işıq.
Yerlə göyün sevgisindən
Cücərir toxum.
Pıçıldayır bənövşə:
– Günəş, Günəş,
Tut əlimdən, göyə qalxım.
KÖHNƏ TANIŞLAR
– Sənin gözəlliyin mənə tanışdı,
Od saçan gözlərin bunu danışdı.
– Sən də mənə tanışsan,
Yadıma düşdü:
Bu, uzun tarixdi,
Bu, uzun işdi.
– Qədim Qobustanda görüşmüşük biz.
– Bəlkə, Azıx olub görüş yerimiz?
– Doğru deyirsən! Yadıma düşdü:
İlk dəfə sən mənim 
oduma düşdün,
O zamandan dəyişdin.
– O vaxtdan insan olub,
İnsanlıq yoluna düşdük.
– Biz məhəbbət közüyük!
– Bizdən köz götürüb sevən ürəklər.
– Bizik – Odam! – deyən qəlbi kövrəklər.
165
Sən dənizsən, gülüm

BİLMİRƏM
Yanaqların 
ocaq üstə dəmir kimi közərir...
Kirpiklərin, yelpik kimi yelpikləyir, yanmasın.
Başın üstə,
Qonmaq üçün yer axtarır qəm, kədər. 
Əllərin ürküdür, sənə qonmasın.
Üfüq kimidir gözlərin, 
udur fikirlərimi 
üfüq günəşi udan kimi.
Sinən – qarlı dağ sinəsi, 
baxışlarım sürüşür üstündə,
Gözlərim yıxılır ümidsizlik dərəsinə,
Dönürəm eşqin dəlisinə.
Çıxa bilmirəm insan dairəsinə, 
yapış əlimdən!..
Dilin!.. Aman! Aman! 
Dad əlindən!
15.02.2003
DÜNYA DAĞILMAZ Kİ
Elə-belə baxma mənə, 
Gözlərin sürüşər.
Mən elə-belə adam deyiləm.
Gəl, oturaq üz-üzə;
Kirpiyimlə
Gözlərinə sığal çəkim.
Öpüşümlə 
Əllərinə gül səpim.
166
İsgəndər Etibar

Ürəyinə 
Sığal çəkim dilimlə.
Vaxtı, saatı
Baldan şirin yemiş kimi, 
dilimlə,
– Oxxxay..y.. – deyib gir həyata.
Fərəhə uzan,
Sevinci çək üstünə.
Torpağa yağış hopan kimi,
Yağım söz-söz, hopum sənə.
Sözlərimdən tutuşan
Yanaqların közərsin, 
Qığılcım-qığılcım
Qopum səndən,
Paltarına od düşsün, 
Alova bürün,
Onda bilərsən
Cənnətdi ömrün!..
Unudaq göyü, Yeri,
Elə bilək boşluqdayıq.
Dünya dağılmaz ki, 
Ömrü belə başlasaq?!
Bir saat, bir gün
Belə yaşasaq?!
Elə-belə baxma mənə
Gözlərin sürüşər.
Mən elə-belə adam deyiləm.
19.11.2005
167
Sən dənizsən, gülüm

GÖZLƏRİN
Gözlərin gözlərimi əsir alıb,
Gözlərim məğlubdu, gözlərin qalиb.
Hara aparırsan əsir gözümü,
Necə qıyırsan ki, mən gözsüz qalım?
Qorxuram gözümü gözündən salıb,
Dərədə, təpədə itirəsən, qız.
Kiminsə gözünü ovlayıb bir gün
Mənə, gözüm kimi gətirəsən, qız.
Qorxmursan?
Sənə gözüm kimi baxmaz o gözlər,
Sən ondan, tezliklə o, səndən bezər?!
16.03.2003
SƏNSİZLİK
Sənsizliyin səssizliyində,
Qaranlıq kölgəsində
Fikrimi çözələyirəm,
Əridib qurğuşun kimi,
Иrili-xırdalı söz eləyirəm.
Söz atomu, söz hidrogeni atıram
Namərdlərin bayquş diləyinə,
Adım düşməsin dillərinə.
Sənsizlik
Qışda damların qırağındakı
Salxım-salxım buz kimi 
Salxımlanıb ürəyimdə.
Gilələnir və istəyir,
– Səni sevməyəcəyəm! – deyəndə,
168
İsgəndər Etibar

Ürəyimə bağladığım daşı dələ.
Bu gecənin qaranlığında
Qoruyuram həsrətini,
Düşməsin naşı ələ...
Sənsizlik can sirdaşımdı,
Kimsəyə deyə bilmədiklərimi
Sənsizliyə deyirəm.
Səhərlər hara getsəm, 
Köynəyimin altından  
sənsizliyi geyirəm.
Odur ki, 
Sükut var içimdə,
Qarışmıram heç kimə.
Düşmüşəm sənsizliyin çöllərinə,
Günəş qəsd elədi,
Ay tumarladı, məst elədi.
Küləklər yolumu hamarladı,
Tufanlar pələng olub
Məni quzu kimi qamarladı. 
Burulğanlar ruhumu ərşə çəkdi.
Aman Allah,
Nə idi mənim günahım,
Sevməkmi?
– Bəli!
Hər şey zərrə-zərrə,
Qramla hesablanıb.
Sevgi şərab kimidi,
Artıq içiləndə ağıl korlanır,
Qulaq karlanır,
Göz kor olur...
13.08.2005
169
Sən dənizsən, gülüm

ALTMIŞ DOQQUZ YAŞIMDA
Altmış doqquz yaşım var...
Yer şarı qaş-göz oynadır.
Çatılmış qaşların
Uçurumundayam.
Qəbir açıb ağzını.
Bu yaşda; 
Həsrətindən 
Sızım-sızım sızlayıram,
Buzlayıram,
Daş dəyən ayaq kimi
Göyərirəm.
Göynəyirəm.
Heç kimi görməyirəm.
Vaxtı geymək istədim,
Dar gəldi əynimə.
Dünya elə bezdirib;
Sərçə boğazı kimi 
Üzərəm boğazını,
Keçsə əlimə.
Vaxt püskürür, küylənirəm,
Budağı kəsilmiş
Ağac kimi şüylənirəm,
Oğul-oğul, qız-qız.
Gör nə qədər ürəklənmişəm,
Diləklənmişəm...
Közləmişəm,
170
İsgəndər Etibar

Mən bir ömür 
Bunları gözləmişəm?
İt də, həşərat da 
Beləcə paylanır!
Yox! Yox! İllər boyu
Arıtlayıb ömrümü,
Qaytarmışam ölümü.
Yaratmışam eşq ilə
Yarıtmışam elimi.
Sənsizliyin içində 
Yaşayıram,
Yaşadıram səni də. 
Bir məktəbli oxudu şeirimi,
Sözlərdə sənin ətrin,
Eşqimizin odu vardı. 
Qanadsız insana
Qanaddı şeirim.
Sənsizlik dənizini, 
Qala-qala illəri
Yarıb gələn inaddı şeirim!  
Sənsizliyə köklənib.
Altmış doqquz yaşımda,
Məni göynədə-göynədə
Göyərdir,
Sevmək öyrədir eşqin!
15.02.2006
171
Sən dənizsən, gülüm

TƏK MƏNİM GÖZÜMÜ
Ay işıq topası, Günəş zərrəsi,
Hara gedirsən?
Sənə həsrət qalan çinarlara bax,
İşığın, gözündə sınanlara bax.
Gör neçə oğlanın, qızların belə,
Gözləri qırılıb səndə qalıbdır. 
O qədər nurlu göz sayrışır səndə,
Elə bil bir parça ulduzlu göysən. 
Soyunma, baxışlar dağılar Yerə,
Gör necə qiyamət qopar, ay gözəl.
Gözləri qırılıb səndə qalanlar
Çətin gözlərini tapar, ay gözəl.
Silkələn, tökülsün bütün baxışlar,
Tək mənim gözümü apar, ay gözəl.
15.08.2005
DOLUB SİNƏMƏ DƏRDİN
Dolub sinəmə dərdin;
İztirab içində sızlayır qəlbim.
Dərdin qışdı, qar yağır, 
qar yağır, sinə dərəm,
aman vermir, sinə, dərəm, 
buzlayır ürək. 
Dolub sinəmə dərdin;
bir səsə, bir sözə bəndəm,
dolu barıt çəlləyitək...
Sevincimi qəm yeyib, 
172
İsgəndər Etibar

atıb məni 
alma çəyirdəyitək.
Dolub sinəmə dərdin; 
nazını çəkirəm namərdin, 
namərd də qara daşdı
cənnət bağında, 
götürən də peşiman, 
götürməyən də.
Dərd əlində yeyilib 
qurtarmışam,
kəsilib doğranmışam,
gözdən oğurlanmışam,
həyat, həyat belədi, –
kəsirlər ağacı
meyvə gətirməyəndə.
Dolub sinəmə dərdin;
ürəyim bir badədi
siləmə dərdin.
– yaman dərdlisən, – deyib
səni məndən gizlədin,
fikrin, sözün tinində 
sevincimi gözlədin.
Sinəm elə yandı ki,
ürəyim söz közlədi.
Dolub sinəmə dərdin;
Yayda, qışda 
– cik-cik – oxuyur sərçə dərdim,
Baharı gözləyir qaranquş sevincim.
Noyabr, 2002
173
Sən dənizsən, gülüm

QALIB
Yanıb, yanıb, kömür kimi qaralmışam,
Közüm qalıb içimdə.
Zəng kimiyəm, kimsə vurub qırılmışam,
Sözüm qalıb içimdə.
Boy atmışam, çinar kimi ucalmışam, 
Özüm qalıb içimdə.
Əssə külək, qopsa tufan, sınmaram, 
Dözüm qalıb içimdə.
Çox gəzmişəm, gəzmək üçün açılmağa
İzim qalıb içimdə.
Ölsəm əgər, bilin, yazılmayan
nəzm qalıb içimdə.
03.02.2001
VAXT İÇİNDƏ
Əllərim, ciblərim,
Papağım vaxtla dolu.
Gedirəm
Vaxt içində uzanan yolu.
Vaxt içində, 
Dənizdəki yosun kimi yellənir
Başımın tükü. 
Tanrıdan vaxt alıram,
Balıqlar, balinalar
yem axtarantək
Özümü axtarıram.
174
İsgəndər Etibar

Ayağım altına vaxt yığıb,
Boy atıram, böyüyürəm.
Oğula, qıza, nəvələrə bölünürəm.
Vaxt içində
Vaxta çökənlər,
Vaxt dibində
Vaxtı papiros kimi çəkənlər,
At kimi, öküz, traktor kimi
Vaxta qoşulub 
Vaxtı çəkənlər görürəm.
Qəmdən, kədərdən beli yağır,
Fağır-fağır gəzənlər,
Zülmə dözənlər,
Vaxtdan uca duranlar,
Vaxtı,
Vaxtın başına vuranlar
Görürəm!..
Yağı, zülalı çəkilmiş 
Sözün şorunu görürəm.
Vaxt saxlamaz məni, 
Ölü balıq kimi ayaqlar.
Bürünüb səbirə, 
Vaxta büküb 
Məni atarlar qəbirə.
Qırxım, ilim çıxınca
Doğmalar, yadlar 
Adımı dilində bayraqlar.
Vaxt biçimdəyəm,
Vaxt içindəyəm,
175
Sən dənizsən, gülüm

Vaxtın cibindəyəm,
Vaxt aparır məni.
“Mercedes”, “Cip”-“Cip”,
Cib-cib,
Bir təyyarə udumu,
Bir ürək tutumu
Vaxtda yaşadım,
Şəhərlər arasında.
Sızladım,
Bəşərin yarasında!..
20.01.2006
SOYUNUB GEDİRƏM MƏN BU DÜNYANI
Bəsdi geydim,
Geyilməli nəyi qalıb?
Yoxdu məni duyanı,
Kirli, nimdaş paltar kimi
Soyunub gedirəm mən bu dünyanı.
Doğulandan çığırdır,
Hey qovdurur, çağırdır.
Tərs keçiyik:
Sərtləşirik, çəpləşirik,
Elə buynuz sındırırıq.
Fərəhi kasıb, eşqi yarımçıq,
Yediyimin, 
Yarısı sümük, yarısı qılçıq.
176
İsgəndər Etibar

Dostları xain, qardaşı paxıl,
Mədələr işləyir, işləmir ağıl,
Soyunub gedirəm mən bu dünyanı.
Daş kimidir, qayadır;
Ağrыyыram, üşünmür,
Söz deyirəm, düşünmür.
Tüpürüb boz üzünə, 
Soyunuram əynimdən,
Yaxşısını, pisini.
Atıram beynimdən,
Silirəm yaddaşımdan.
Məni kompyuter bilib,
Oyun oynadı məndə.
Hiyləsini,
Kələyini anladım,
Özümü danladım.
Nifrətimi, 
Qəzəbimi sıxdım,
Иlan qabıqdan çıxan kimi,
Bu dünyadan çıxdım.
Zirvəsinə başı boşu
çох gedir.
Bir keçiyə qoşulub
Sürü-sürü köчü gedir.
Nəyimə gərək belə dünya?!
O üzlər ki, mən gördüm,
O üzlər ki, mən gedənə gedəcək,
Иstəmirəm
Bu dünyanı, o dünyanı!..
177
Sən dənizsən, gülüm

Yoxdu məni duyanı:
Kirli, nimdaş paltar kimi
Soyunub gedirəm mən bu dünyanı.
30.12.2005
ÖZÜMÜ EŞİRƏM
Hər gün özümü eşirəm,
Hər gün sözümü eşirəm,
Kəsirəm günlərimin başını,
Bişirirəm illərimin aşını.
Qan su yerinə axır ömrümdə,
Saatlarım, dəqiqələrim
Sudan çıxan balıq kimi
çapalayır əlimdə.
Hər günümü 
çıxardıram ömrümdən
Bir ağrılı diş kimi.
Ay bəlalı İsэəndər,
Sən özünü eşməyi
Bil, maaşlı iş kimi.
Ürəyimdə şəhid sözlərin
qəbiristanlыğы var.
Hər gün ziyarətə gəlir
Söz analar, söz qardaşlar.
Görün nələr çəkirəm,
Çəkməsin daşlar.
Hara gedirəm, kəsir yolları,
Üzr istəsəm, bağışlayarmı 
178
İsgəndər Etibar

Şəhid sözlərin şəhid ruhları?
Bir də
vaxtsız qocaltdığım mən,
Söz oyununa salıb
oynatdığım o, sən, sən?
Hər gün özümdən çıxıram
Axşamlara, səhərlərə.
Fikrimin 
təyyarə qanadlarından düşürəm
kəndlərə, şəhərlərə.
Səhərlər gecə növbəsindən,
Axşamlar səhər növbəsindən 
gəlirəm.
Yanan arzuların külündə qalıb
Çox arzum, çox diləyim.
Közümü eşirəm,
Odumu kül basmasın,
Soyumasın ürəyim.
Qəzavü-qədər qoymur yatam,
Yadıma düşür anam, atam.
Ağrılı kədər qoymur yatam,
Az qalıram başıma dolan
Dünyanı başımdan atam.
Hər gün özümü eşirəm,
Mədənçilər mədən eşən kimi.
Hər gün özümü qazıram
Kənkan kəhriz qazan kimi.
Özümdə nə axtarıram,
nə gəzirəm?
179
Sən dənizsən, gülüm

Hər gün özümü,
kəsək əzən kimi əzirəm,
Daş yonan kimi yonuram.
Hər səhər od vururam
Axşamdan qalan özümə,
Qızınalar közümə...
Vaxt hanı qeybət qırım,
Hanı məndə elə qırım?
Eşirəm, eşirəm özümü
Çağlasın içimdə
gözü bağlı sevgilər.
Vaxt hanı qeybət qırım,
Mən özümlə məşğulam,
Ona görə el sevir,
Ona görə məşhuram.
08.05.2005
DÜNYA BELƏ OLMAZDI
I
Dünya, nədən murdarsan?
Murdarlayan kimdi səni?
Kim yapacaq təndirinə
Xamır səni, kündə səni?
Kim sevəcək, oxşayacaq
Belə yaman gündə səni?
II
Mən hayqıranda sel kimi,
Sən də sızqovlasaydın,
180
İsgəndər Etibar

Mən haqqı yoğururkən,
Sən onu duzlasaydın,
Dünya belə olmazdı...
Mən Yer şarını bu başdan
O başa şumlamaq,
Tumlamaq istəyərkən,
Güc etsəydin qarışqacan,
Dünya belə olmazdı...
Mən baş qoyan yerə
Sən ayaq qoysaydın,
Mən yağırkən, sən dolsaydın,
Dünya belə olmazdı...
Səs çıxmayır tək əldən,
Mən sağ əl,
Sən də sol əl olsaydın,
Dünya belə olmazdı...
Mən sənə ağlarkən,
Sən mənə gülməsəydin,
Dəlini dahi,
Dahini dəli bilməsəydin,
Dünya belə olmazdı,
İnsan!..
15.07.2005
YUXU
Vahiməli 
Gecənin qaranlığında.
181
Sən dənizsən, gülüm

Gözlərimi yumub 
özümü atdım yuxuya:
Yuxu mənə içilməzdən içirtdi,
Yuxu məni keçilməzdən keçirtdi.
Yuxuda qanadım vardı, uçurdum.
Dəvəquşu olmuşdum,
Saatda yüz kilometr qaçırdım.
Ayaqlaya bilmirdim qarışqanı,
Kəsirdim 
Buş oğlu Buşların başını.
Yuxuda Yer kürəsi mənim idi,
Yox etmişdim qəsbkarı,
Silinmişdi – Mənim! Sənin!
Lüğətdən.
Adam oğlu adam idi hamı,
Hamıya ləzzət verirdi 
həyatın tamı.
– Qatıq var, qatıq! – səsindən başladı
yuxumun zəlzələsi,
Nə yaxşı ki, 
hərdən belə yuxular olur.
22.07.2005
ULU TANRIM
Damardakı qanım-selim
Səndən axır,
Sənə qovuşacam əvvəl-axır!
Ulu Tanrım...
Məni mənə qıymırlar ki,
Məni məndə qoymurlar ki...
182
İsgəndər Etibar

Yalan deyib,
Məni məndən çıxardırlar.
Yerdə dəli çoxaldırlar,
Ulu Tanrım...
Qaranlığı dağıtmadım,
Yalan yola dağ atmadım,
Ümidini doğrultmadım,
Alqışlama, bağışlama,
Ulu Tanrım...
Gündüz ötdü, gecəm qaldı,
Sıxdın, sıxdın, cecəm qaldı,
Ayağımdan qopan naldı,
Arıyamsa, – sözüm baldı
Ulu Tanrım...
Vətəndə söz kürsüsüyəm,
Mən zamanın körpüsüyəm,
Qəmlərini yığ üstümə,
Kədərini yağ üstümə,
Ulu Tanrım.
09.11.2003
İLAHİ, SAĞ OL!
İlahi! Sağ ol!..
Bu vüsal günündə ağla sığmayan, 
yaddan çıxmayan
səadət vermisən boyumdan dərin.
Bir sevinc vermisən çəkimdən ağır;
183
Sən dənizsən, gülüm

Qaldıra bilmirəm başımın üstə...
Bu sevinc günümdə, bu şad günümdə
Əzrayıl dayanıb yaşımın üstə.
İlahi, yol üstə, səfər üstəyəm;
– Hələlik, – deyirəm bu səadətə.
Səfərdən sonra da həmən bu yerdə
– Yetərik, – deyirəm bu səadətə.
O qədər böyükdü bu səadətim,
Qorxuram, İlahi, səadətimdən.
İlahi, sən məni salamət qaytar
Çıxdığım məhəbbət səyahətindən!..
17.03.1998
ŞƏHƏRDİ ŞEİRİM
Dənizə baş vuran qəvvas kimi,
Gecənin dibinə baş vurub
səhərə çıxmışam.
Fikrimin, şeirimin hər sətirinə
Çiçək şeirlərin söz çətirinə,
Budaqdan dərilən təzə nar kimi,
Gözlərimi,
ürəyimi sıxmışam.
Göyün qaranlığı sökülməyəndə,
Şimşək kimi çaxmışam.
Dağ ürəyini əridib
Zəmiləri, bağları yaşadan kimi,
Əriyib qorudum qaranlıqlardan,
Quraqlıqdan şeirimi.
Polad kimi əriyib
184
İsgəndər Etibar

Misra-misra tökülən,
Günəş içib
üfüq-üfüq sökülən
səhərdi şeirim.
Ürəyim döyünən,
Səkiləri misra-misra uzanan
Şəhərdi şeirim.
05.06.2004
MƏNİ UNUTMAZ
Mən öz ürəyimi əritdim sözə,
Məni unutmaz.
Qoşub damarıma,
Od saçan qanımı yeritdim sözə,
Məni unutmaz.
Nadan adamların şil-küt etdiyi
Sözü əzizləyib cana gətirdim.
Can verən sözləri tələsik alıb,
Salıb ürəyimə qana yetirdim,
Məni unutmaz.
Atadaş, oğuldaş,
Qarındaşıq, qardaşıq,
Birdi düşüncəmiz, birdi fikrimiz,
Qoşa həll edirik dərdi, fikri biz.
Həftə başı, gün başı
Süfrə açıram sözlər üçün.
Çırmalanıb dağda çay keçən kimi,
Ömrümdən, günümdən keçib sözlərim,
185
Sən dənizsən, gülüm

Qələm yeyib, Şamaxının şərabıtək
Məni qədəh-qədəh içib sözlərim,
Məni unutmaz...
28.07.2003
SƏNDƏN ÖTRÜ ŞEİRİM...
Səndən ötrü
Əsrin divar-divar günlərini,
Qala-qala illərini sökdüm.
Əsrin dibinə çökdüm,
Təbib qan çəkən kimi
Səni əsrin damarlarından çəkdim,
Şeirim.
Süfrə açıb səslədim
Gözü toxları,
Sözə acları,
Fikrə acları.
Səni söz dənizi,
Fikir ümmanı qəzetlərdə,
Kitablarda bəslədim.
Gəldi hamı,
Söz çinadanı,
Söz dağarcığı tutunca götürdülər,
Evlərinə apardılar,
İş yerinə gətirdilər.
Məni atdılar, səni tutdular.
Bulud-bulud inəkləri sağıb
Südünü sənə içirtdim,
186
İsgəndər Etibar

Səni əsrin
Baharından, qışından keçirtdim,
Sənə həyatımı içirtdim,
Gördüyümü, bildiyimi
Sənə köçürtdüm;
Quru fikirləri cücərtsin,
Oyatsın,
Bəşər duyğulanıb boy atsın,
Şeirim.
09.04.2004
ƏLLƏRİMİN KÖLGƏSİ
Əllərim üşüyəndə,
Üşümədi əllərimin kölgəsi.
Yox idi kölgə əlin gündüzü, gеcəsi də
Görməsə də tər üzü,
kölgə əlin hər üzü
buğlanırdı ilğım-ilğım!
Şeir dedim, dinləmədi,
Baltaladım, inləmədi,
Tanrısını ünləmədi.
Qara şam kimi yandırdım
əllərimin barmaq-barmaq kölgəsini,
isinmədi,
diksinmədi...
Nədəndi bəs, şərik çıxır
əllərimin kölgəsi əllərimə?!
Nə istəyir, nə verib
əllərimin kölgəsi illərimə?!
Günəşi bulayıb əllərimə,
187
Sən dənizsən, gülüm

– Gəl..l! – deyəndə ellərimə,
Gizlənmişdi əllərimin kölgəsi!
Elə ki əllərim işığı tutdu,
Əllərimin kölgəsi məni unutdu,
İpi açılı it kimi
hara gəldi qaçdı.
Elə bil ki, dar ağacı olmuşam,
Əllərimin kölgəsi
meyid kimi məndən asılı!...
02.10.1997
Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin