AZƏRBAYCAN AĞISI
Azərbaycan! – Çiçəyim!..
Hanı Təbriz, Zəngəzur ləçəyin?
Uçan pələngim,
Hanı Kəlbəcər, Qarabağ qanadım?
Sənə güllə atdılar,
Mən qanadım.
Bağrım başı sökülür,
Bəsdi, bəsdi, ləçəklənmə.
Alma bağım, nar ağacım,
Dərəcəklər, çiçəkləmə.
Sökülə-sökülə gedən bağ çəpərim,
Niyə çəpərlənirsən?!
Ürəyinə çökəcəklər,
Çəpərini sökəcəklər,
Özlərinə çəkəcəklər!..
Azərbaycan!
Sünbülü qoşa barmaq,
188
İsgəndər Etibar
Dəni zoğal-zoğal
Qarıqılçıq zəmim,
Vağamlama.
İçilirsən çölündə
Və içində.
Hər gün kiçilənim,
Hər gün ölüb-dirilirəm,
Nəsimisi dara çəkilənim.
Ordenli-medallı
Qəhrəmanlar gəzdirirsən,
Heykəllər düzürsən.
Özün özünə vurulub
Qaş-gözünü süzürsən.
Unutmusan, görmürsən
İki gözündən biri,
İki qulağından biri,
İki əlindən biri yoxdu,
Elə bil havada itən oxdu.
Dilin birdi,
o da parçalanıb,
Arzuların
Kökü bir ağac kimi haçalanıb.
Dadananın damağında qalanım,
Tilov atanın qarmağında qalanım,
Bal süzənin barmağında qalanım,
Yanıram,
Yanım deyə bir dəfəlik,
Ocaq qala, ocağına qalanım.
Sən Leyli, mənmi Məcnun?
Sən Məcnun, mənmi Leyli?
189
Sən dənizsən, gülüm
Cənnətsən!..
Yoxdu Təbriz gülüm,
Qarabağ bülbülüm,
Beçə balım Kəlbəcər,
Dağ başında qıy vuran Laçınım.
Bu cənnətdə necə gülüm?
Alınıb qara ciyərim,
Kəsilib ağ ciyərim,
Ürəyim tək neyləsin?
Azərbaycan! – Nəhəng dağım,
Daş kəsənlər doğrayır,
pul alsın,
Erməni oğurlayır.
Oğurlayan özgə,
doğrayan özümüzük.
Vətən qoyub gedənlər,
Siz cənnətdə,
Biz cəhənnəmdə üzülürük.
Çay kimi axa-axa,
Ağac kimi ildən-ilə
haçalananım,
Parçalananım!
İtirsəm də gəncliyimi,
– Döyüşlərə gəl, – desən,
Sevgilim saç çəkib
hörükləsə,
At kimi kişnəyib,
Qartal kimi qıy vurub,
Dünyanın bu qırılmaz zəncirini
qırıb, gələrəm.
190
İsgəndər Etibar
Canavarlar gəmirməyə hazırdı
Sümüklərini də.
İt kimi pusquda durublar
Aparalar safını, çürüklərini də!
II
Yurda dolub cəsuslar,
Axtalanır cəsurlar.
Ləçəkləmə-göyçəkləmə,
Azərbaycan!
Qərb ürəkli
həmzələrin gözü səndə,
çoxu girib qılığına;
– Adı sənin, dadı mənim,
Külü sənin, odu mənim,
Yeyim doyum, qalsa, sənin!
deyirlər.
Mən bu dərddən düşən közəm,
Qanadları ütülmüş,
Ünvanını itirmiş,
səsəm, sözəm.
Mən bu dərdə çətin dözəm,
Çətin qalam.
Qərbləşmirəm,
Qərblilərlə dəbləşmirəm,
Dərdləşmirəm,
Özgə əllər
qapımızı döyməsin.
Daha qarpız qoymağa,
Yer yoxdu qoltuğumda,
Heç nəyimi, heç kimimi öyməsin.
İstəmirəm filini,
Böcəyimə dəyməsin.
14.06.2005
191
Sən dənizsən, gülüm
QIZ QALASI
Qız qalası!..
Əsrim səndən boy alır
Daş əsrinə boylanır.
Hansı əsrin açarısan?
Hansı sirri açasısan?
Nə yazıb səni yazan,
Tapa bilmir,
Oxuya bilmir zaman.
Gözlərimin önündəsən,
Gördüyümdən
Milyon kərə dərindəsən.
Hansı əsrin səsisən.
Kimlərin nəfəsisən,
Donmusan.
Hansı nəslin sözüsən?
Danışdırsam,
Hansı dildə danışarsan?
Mən dərdləsəm,
Hansı dərdlə alışarsan?
Eşidib
cavab verə bilməyən
lal tarixim.
Bəlkə, danışırsan,
Mənəm kar?!
Sirli barı,
sirli qarı,
Mən sənin dilini bilmirəm,
Daş, mənim dilimi
192
İsgəndər Etibar
Sən öyrən barı,
Farağat komandası
alan əsgərim.
Yaşı bilinməyən əski ərim!
Kim vurmuş ağzına kilidi?
Ovulan daşların
Çürümüş diş kimidi.
Əl vururam tozuna,
Elя bil daş kiridi.
Çoxmu belə qalacaqsan,
hansı əsrin
İnsan dili olacaqsan?
Dolu başlar əyilir,
Boş başlar dikəlir sənə.
Günəşi ilk salamlayan,
Buludları çalmalayan,
Çalmasında şimşək çaxan,
Ətəyindən zirvəsinə
Atlı qarışqalartək
Milyon baxışlar çıxan
heyrət!..
Yurdun qeyrət papağısan,
İçində sirr qaynayan
Bu dünyanın qapağısan,
Qız qalam! –
Donmuş zaman,
Donmuş sirsən,
Buz qalam!..
23.06.2005
193
Sən dənizsən, gülüm
İÇƏRİŞƏHƏRƏM
İçərişəhərəm,
Dolanbac küçələrim var.
Əlində sıyırma qılınc,
Ulduzlu gecələrim var.
İnqilab dövrünü yaşayıram.
Həyatımı illərə,
ağrılarla daşıyıram.
Küçələrim dəlixana,
Ağız deyəni qulaq eşitmir.
Yarımçıqlar kamildi,
Dahilər dəli.
Hara getsəm,
həqiqətə divar hörülür.
Mandatla keçilir,
Dəqiqədən-dəqiqəyə.
Ürəklərə mina qoyublar,
Səsdən, sözdən partlaya bilər.
Qarışqalar dəvəni
tapdaya bilər.
Küçələrimin səkiləri gülür,
Evlərimin divarları
Adamın üstünə gəlir.
Yer, mədəmdə əriyib
Damarımda qan olur,
Zaman məndə sıxılıb
Əsrləri an olur.
Bombalanır Əfqanıstan, Fələstin,
Burda könlüm viran olur.
Bütün bunları mən daşıyıram,
194
İsgəndər Etibar
Bütün bunlarla mən yaşayıram.
Fikir üyüdürəm özümdə,
Dünya üyüdə bilməz.
Səs yeridirəm özümdə,
Dünya yeridə bilməz.
Söz bitirirəm özümdə,
Dünya bitirə bilməz.
Arzu yetirirəm özümdə,
Dünya yetirə bilməz.
Dünya çəkiyə gələr,
Mən çəkiyə gəlmərəm.
Qapancı,
Məni çəkərmi qapanın?
Bəlkə, götürüm,
Ağırlıq eləməz ki, papağım?!
İçimin içindən baxır gecələr,
İçimin içindən axır küçələr.
Yaxşı, yaman adamları,
Yurda yanan xanımları,
Sabir gülən madamları,
Təzəcə çırtdayan badamları,
Alça ağacı ilə,
Toxu, acı ilə.
Mən də içəri şəhərəm!
O, əbədi,
Mən köçəri şəhərəm.
Onu daş yaddaşı yaşadacaq,
Mənə, hələ çoxları daş atacaq.
Məni alıb çiyninə,
İllərdən-illərə
şeirlərim daşıyacaq.
195
Sən dənizsən, gülüm
Şeirimə badalaq vuranlar,
qəsdimə duranlar olacaq.
Şeirim qalib çıxacaq.
Əsrlərin, nəsillərin
əlini sıxacaq.
18.05.2005
ÜRƏYİM VƏ MƏN
Ürəyimi sinəmdən çıxardıb,
Qoymuşam yazı masamın üstünə.
Ürək elə yanır ki,
Qızınıram istisinə,
Boğuluram tüstüsünə.
Ürək qışqırır:
Məni qurtar!
Məni qaytar yerimə!
Fürsət düşüb əlimə,
Deyirəm: – Necəsən?
Çox döyürdün sinəmi,
Atılasan bayıra,
Məni atasan Bayıla.
Sən elə bilirdin,
Mən kef çəkirəm bayırda?!
İndi gördün
Sən düşünən deyil?
Sənə çatan dərd
Dərdlərin yüzdən biridir?!
Hələ gördüyün dərdlərin çoxu
Dərdlərin kiridi.
Get, otur yerində
196
İsgəndər Etibar
Bir də şuluqluq eləmə sinəmdə.
Elə bil dəcəl uşaqsan
– Eləmə! Dinc otur, – deməkdən
Yorulub çənəm də!
SƏHƏR NAĞILI
Kimi kəmənd atıb
Günəşi gətirir səhərə,
Gecəni gecə ilə
diz-dizə oturanları,
Gecə fikir, düşüncə otaranları
Günəş oxlayıb otarır.
Kimi də görməyir
Günəşin doğmağını,
hamıdan gec görür
yadları, doğmaları.
Günəş hərəkətə, bərəkətə səsləyir insanları,
Bilir ki, yatsa, iylənər insan.
Özündən iyrənər insan.
Körpələri çığırdır,
Anaları çağırdır.
Körpəsi yatmayınca yatmayan,
Körpəsinə göz dikən bəlaların
Dizlərini qatlayan ana,
Doğulan Günəşi,
Açılan səhəri bilir körpənin.
Götürüb balaca Günəşi,
Asır Günəşin kirpiklərindən,
197
Sən dənizsən, gülüm
Günəş içsin,
O, Günəşdən, Günəş ondan keçsin.
Səhər açılır,
Bir-bir oyanıb
Torpaqdan çıxan otlar kimi,
Günəşə boylanır insanlar.
Günəş tutub əllərindən
Yaşamağa səsləyir,
Hərəni bir cür bəsləyir.
İnsan eşqə, məhəbbətə,
İlan zəhərə, arı bala,
At işə çevirir
Günəşdən aldığını.
İsidir daşı da.
Ümidi var, daş oyanar
Beləcə, hər gün
Sıfırdan başlayır həyatı Günəş.
Səhər tezdən
Günəş sağılır gözlərimə.
Sığınır gözlərimə.
Gecələr səhərəcən
İşıq saçır şeirimə.
Dan yeri söküləndə,
Qaçır yerinə.
GECƏLƏRİM
Bir gecənin yağmuru
I
Gecə keçir,
Ulduz-ulduz sönürlər
198
İsgəndər Etibar
Sayrışan pəncərələr.
Kor gözə bənzəyirlər
bu qaranlıq gecəyə
Sarmaşan pəncərələr.
Pəncərədən o üzdə
Gecəni çəkib ciyərlərinə,
Yuxulayır adamlar.
Gündüzlər qaçanları
Gecələr yuxularda
Yaxalayır adamlar.
– Gecə ömürdən deyil! – deyənlər,
Gecə doğulan şeirləri
Gecə yaşayanlar yazır.
Sənin, onun dərdini
Gecə daşıyanlar yazır.
Gecə, gecə,
Yerdən göyəcən dərin gecə,
Yar evinin gözünü
Bağlama, ərin, gecə.
Gözlərim, yara bilməz
qalınlığını.
Kişi ol gecə, kişi ol,
Bircə gecə göstərmə
nadanlığını.
Gözlərim yolumu kəsən
Gecə üçün alışdı,
Ha çalışdı,
Gecə eyninə almadı,
Bu gecə necə naşıdı!..
199
Sən dənizsən, gülüm
II
Bir otaqlıq bu gecə,
Sənin gecən!
Mənə düşməz bu paydan.
Bir otaqlıq gecədən
Nur ala bilmədinsə,
Nurlana bilmədinsə,
Sənin nə faydan?
Bu gecədə sən də, daş da,
Pəncərələrdə yaşadı.
Eviniz də əsnəyib, əsnəyib
Qapı qulaqlarını qaşıdı.
III
Bu doğulan günəş necə doğmadır,
Heyf ki, bircə gün məndə doğmadı!
İçim qaranlıqdır gecələr kimi,
Əbədi gecədə yaşayır ürək,
Heyrətdəyəm! Heyrət! Necə olur ki,
İşığa çevirib zülmət gecəni,
İşıqlı fikirlər daşıyır ürək?!
IV
Qaranlıqda yanıram;
Gecə küləkləyir məni.
Fürsət düşüb əlinə,
Bal qatıb lal dilinə
Gecə kələkləyir məni.
Doymuş məhlul kimiyəm,
Kələk mənə qarışmır.
Şam kimi
200
İsgəndər Etibar
yaxşılıq hopub mənə,
Kələk məndə alışmır.
V
Acıyam – zəhər kimi,
Şirinəm – baldan şirin.
Acizəm dovşan kimi,
Çox güclüyəm, tökərəm
Gözünü şirin.
Mehribanam ana kimi,
Kinliyəm dəvə kimi,
Qəzəbliyəm,
Dincəlmərəm,
Söndürməsəm sona kimi.
VI
Navalçadan asılan
Salxım-salxım buz kimi,
Əriyirəm damla-damla,
İlhamın istisindən.
Ürəyini tut,
İstəyirsən dol,
istəyirsən dolma,
Əriyirəm,
İstəsən, istəməsən də.
VII
Tənhalıq ağrısını unutsun deyə,
Gecənin saçını hörürdü tək qız.
Səhər açılırdı! Gecə gedəcək!
Baxıb öz işinə gülürdü tək qız.
201
Sən dənizsən, gülüm
VIII
Palıdlaşan sözlərimin kölgəsində,
Uça bilən,
Ürəkləri aça bilən
Körpə-körpə sözlərimi bəsləyirəm.
Söz Günəşi yandıranı,
Sözlərimin kölgəsinə səsləyirəm.
IX
Xoşum gəlmir üzəvari tərifdən,
Yarımçıq yaxşılıqdan,
Durğun sudan.
Çalışıram,
Gündən-günə dəyişəm, durulam,
Gözəl görəndə,
Unuduram hardayam,
Hardan gəldiyimi.
Dünən gördüyümü,
Bu gün təzə görürəm,
Yaşayıram sevinclə.
Qismətimlə razıyam,
Aram yoxdu simiclə.
Gecənin ulduzlarıtək
Mən də ölüb-dirilməzdim.
Hərdən rəngsiz, boyasız,
Gözəl görəndə.
Heç olmasa bilirəm
Kimdən ötrü ölürəm
Öləndə.
31.05.2005
202
İsgəndər Etibar
BU GECƏ DƏ
Bu gecə də
Sıxdım,
Can şirəmi sıxdım şeirimə.
Fikir verin: Səsdə düzümə,
Sözdəki deyimə.
Şanıdan bal süzüləntək,
Hər misra, həyatımda
Can şirəmdi, süzülür.
Yoxsa,
Şirəsiz şeirlər kimi
Ürəyə axmazdı,
Şeirimi oxuyan
Ayağa qalxmazdı.
Xəbislər
Qartal görmüş cücə kimi
Kola sığınmazdı.
Başını çiyninə sıxıb
Qışa qalmış qax kimi,
Belə sıxılmazdı.
31.12.2005
QORXURAM, DƏLİ OLAM
Quşların gözləri yana baxır,
Önü görür.
İnsanın gözləri önə baxır,
Yanı görmür.
203
Sən dənizsən, gülüm
Gündüz – Göy üzütək, göz ilə
Cücüdən dağlara kimi
hər şeyi görür.
Gecələr göy üzü
saysız ulduzlar, həlim Ayla
Birini görür, minini yox,
Nədən?!
Gündüzlər göy kimi
Günəş hünərli
Təkgöz olaydım...
Görəydim, göstərəydim,
İsidəydim.
Nə ola bircə gün Allah kimi
hamını görəydim, eşidəydim.
Qorxuram, dəli olam!..
01.08.2005
BARSIZ TUT AĞACI
Budaqların əyilməz
bar yükündən,
Sözün yüngül olar çəkindən
Kimsə göynəməz,
yıxılsan kökündən.
Sığırçınlar, sərçələr
Az-az yellənər,
Az-az şənlənər budaqlarında.
Ac gələr, ac gedər qonaqların,
Ölüncə – sağ ol! sözü eşitməz
qulaqların.
Qısır inəksən,
204
İsgəndər Etibar
Kor eynəksən,
Barsız tut ağacı.
Nə belə boy atmısan,
Arsız tut ağacı?!
26.06.2003
BU KÜLƏK
Kimi qovur, kimi güdür,
Hardan gəlir, hara gedir
Bu külək?
Qovur, yoxsa haraylayır,
Eldən elə haray yayır
Bu külək?
Təbrizlimi, Kərküklümü?
Gərəksizmi, gərəklimi
Bu külək?
Yalançının sikkəsimi,
Bu dünyanın hikkəsimi,
Bu külək?
Hansı dildə danışırdı,
Kimdən küsüb? Dalaşırdı
Bu külək?
Arxamızdan,
Sinəmizdən təpikləyir
Nişan alıb,
Tüfəngini tətikləyir
Bu külək!
205
Sən dənizsən, gülüm
Gəlir hansı əsrlərdən,
Bütövlərdən, kəsirlərdən
Bu külək?
Əsib getdi, küsüb getdi?
Səbrimizi kəsib getdi
Bu külək!
Dağlarımdan qorxusu var,
Dərə-dərə yuxusu var
Bu küləyin.
08.10.1998
YAĞIŞ YAĞIR...
Bu dərə dərə olmazdı,
Belə dərin olmazdı,
Bu çay olmasaydı.
Şimşək vurdu,
buludlar çağırdı,
Şimşəklər buludları
cana yığdı.
Dolu yağdı, yağış yağdı,
Sular suları çağırdı...
Elə bil ki
Dağ başını qaldırıb torpaq,
buludları əmirdi,
Elə əmirdi, elə əmirdi,
– Doydum demirdi.
Sular suları hayladı,
206
İsgəndər Etibar
Sular suları çağırdı,
Baxan elə bildi ki,
Dərin-dərin dərələr
yamacları sağırdı...
Sular suları çağırdı;
Sular dağlardan,
təpələrdən diyirləndi,
Sızqalanıb quzu kimi dilləndi,
Dərələnib şeşələndi,
Axa-axa selləndi,
nərə çəkən şir kimi.
Pəncə-pəncə dalğalarla,
Pəncələşdi dağlarla.
Dəniz aldı qoynuna,
Canavar dalğalar,
pələng dalğalar
Susub döndü qoyuna!..
03.05.1998
ÖLMƏYİM GƏLİR
Mən qapıb günəşi yerə endirsəm,
Nadanlar deyəcək – biz endirmişik!
Dilimdən dil verib dağı dindirsəm,
Nadanlar deyəcək – biz dindirmişik!
Nadanlıq hökm edir yer kürəsində,
Nadan adamların əli gətirir.
Ağıllı başlardan bezib bu dünya,
Əsrimiz həyata dəli gətirir.
207
Sən dənizsən, gülüm
Dəli yığncağı olub bu dünya,
Dəlilər əlində ağıllı dəli!
Dəlilər dəlidi, gülür hamıya,
Ağlayır halıma ağıllı dəli!
Neyləyir ağlı? Dəyəri yoxsa!
Harda xərcləyəcək ağlı dəli?!
Təpəyə dağ deyir, dağa da təpə,
Baxıram, görürəm, gülməyim gəlir.
Belə zəmanədə, belə dünyada,
Yaşamaq günahdı, ölməyim gəlir.
09.11.2004
YARIMÇIQLA SÖHBƏT
Sən qalxa bilmirsən,
Mən enə bilmirəm!
Neyləyək, ay yarımçıq?!
Mən rahatulqum,
Sən bəşərin boğazında qılçıq;
Nə irəli gedirsən,
Nə də geri çıxırsan,
Ömrümü divara sıxırsan.
Bir zaman Xaqanini,
Nəsimini, Sabiri,
Hadini çərlətdin.
Nə ağır,
Nə dəhşətlidi sənətin.
Görəsən, necə olar,
Qapıçısı olsan cənnətin?!
208
İsgəndər Etibar
Ay bala,
Bizimki tutmaz,
Mən işığam, sən qaranlıq.
Min il, milyon il keçsə də,
Qarışa bilməz işığa qaranlıq.
Tanrı səndən uzaqdı,
Mənə görə üzü ağdı.
04.03.2006
BƏS SƏN
Sən getdin...
həsrətin
Buludladı başım üstə:
Yağışladı, qarladı.
Həsrətinin havası –
Payız kimi
Hopdu hüceyrələrimə,
Əllərimə, qollarıma.
Dumanı qatı
Payız yaşayıram.
Nə Yer görünür, nə göy.
Hər şey,
hamı mənə ögey.
Həsrətini,
Payız dumanı kimi
Geydim əynimə.
Günlərim, saatlarım
Yarpaqlayır sarı-sarı.
209
Sən dənizsən, gülüm
Qışda bahara qaçan günlər kimi
Qaçıram sənə sarı.
Bəs sən?
26.10.2006
PAYIZ DANIŞIR
Payız danışır – yağış-yağış,
Külək-külək.
Qulaqlarım şəklənir,
Susur ürək.
Toy günüdü;
Yarpaq-yarpaq dil tökür,
Gəlin-gəlin ağacların
Tülün sökür.
Bəy evidi Yer şarı,
Bəy payızın əmrinə,
Müntəzirdi dağ, dərə.
Gəzir bağı, çəməni,
Gülləri dərə-dərə.
Versin gələn bahara,
Öz adından hədiyyə.
SÖZ VAR
İçimdə söz dalğalanır,
Dalğalanır, ləpələnir.
Daş sinəmi döyə-döyə
210
İsgəndər Etibar
Çiliklənir, qəlpələnir.
Bir, iki, üç, beş, on beş!
Sinəm dözmür, yarılır,
Kağıza söz dağılır.
Kağızlar yağır dilə,
Dodaqlar kəlmələyir,
Hər yana səpələyir.
Söz var, eldən yapışır,
Söz var, Yerdən yapışır,
Gedir əbədiyyətə.
12.04.2009
***
Təmizəm, istəyirəm dərdlərə leysan ola könlüm,
Ey fələk, qıyma mənə, nadana vüsal ola könlüm.
Bəşərə, yurda, elə bağlı olan bir nəfərəm mən,
Yaranıb ki, yarada, faydalı insan ola könlüm.
Bu xəbislər ki, məni bir belə dildən-dilə salmış,
Tanrı qıymaz bulanam, piylənə nöqsan ola könlüm.
Şairəm, yurda gərəkdir sinəmin eşqi, odu,
Qayğı göstər, yaradım, yurduma ad-san ola könlüm.
Yox aram pislik ilə, yaxşılığa meyl edirəm mən,
Vermə nadan əlinə, qıyma ki, talan ola könlüm.
Dəyişir halımı hər gün neçə yol vecsiz adamlar,
İstəmirlər həmişə bəy ola, sultan olan könlüm.
Tanrı İsgəndəri qurban yaradıb söz, sənət üçün,
Sözü sözlə yoğura, sirr aça, aslan ola könlüm.
28.02.2009
211
Sən dənizsən, gülüm
MÜHARİBƏ
Ülgücündən qan sızan qılınc,
Atom sınağından sonra
Ərimiş daşların buz salxımı,
Ölmüş insan ovcunda
Torpaq eşqinin bir sıxımı.
Fikrin dar qəfəsi,
Günəşin bəşəri dəli edib
əyləndiyi günlər,
Bahara gəlməsinə peşiman güllər.
Gözü yolda qalan analar,
Baharı çırtdamayan gəlinlər.
Qollu, ayaqlı gedib,
qolsuz, qıçsız gələnlər.
Dəli olub
ağıllı kimi gülənlər.
Ölmüş anasının
döşünü əmən körpə.
Kişisiz evlərdə yanan gərmə.
Həyatın ən böyük prizması – çörək.
İnsanın nifrət qınından sıyrılması.
İnsanın dəyərsizliyi,
ölümün ucuzluğu,
Namərd toyu,
Mərd ölümü.
Aman...n..!
Söz kəsdi əlimi...
212
İsgəndər Etibar
FƏRƏH
Sevincin əkiz tayı.
Tanrının oğul payı,
Oğul toyu,
Övlad hünəri,
İşıqlı fikir,
Bəşəri ağıl,
uşaqlara qanad verən nağıl,
Kədərin sonu,
Söz çırağı.
Anamın kitab köşkündə
İlk kitabımı gördüyü gün,
açılan düyün.
ÜRƏK ELƏ AĞLADI
İlham daşdı, çağladı,
Səs dolu avtobusda
Şeiri yaza bilmədim.
Qıymadı, qoymadılar,
Gül vaxtıma susamış
Bu imanı əйриlər,
Mənə söykənən əllər.
İncidi, küsdü ilham,
Salamı kəsdi ilham.
Evə gəldim sinəmdə
şəhid olan sözlərin
Xatirəsi çağladı.
Balası ölən kimi
Ürək elə ağladı,
Məni Allah saxladı.
27.12.2009
213
Sən dənizsən, gülüm
NƏ VAR Kİ
Bürünmüşəm
dünyanın məhəbbətinə,
yaşıl ağac kimiyəm, isti ocaq kimiyəm.
Zamanı vaxtında yaxalamışam.
Salıb ürəyimin təmizliyinə
vaxtı dəsmal kimi yaxalamışam.
Büküb ay nuruna, günəş oduna,
Pisləri ömrümdən yox eləmişəm.
Sabahkı ömrümə açılım deyə,
masa arxasında yuxulamışam.
Sıxılıb şeirimə qızılgül kimi,
Şeir həyatımı gülablamışam.
Çirkli sözlərimi dağ çaylarında,
Çirkli köynək kimi gilabılamışam.
İndi səsəm, sözəm, saxlayın məni,
Cismimi tapşırın qara torpağa.
Səsimdən, sözümdən tapılmasa da,
Nə var ki, həyatda məndən tapmağa?!
Mart, 2003
***
Min sərçə civildər, qarğa qırıldar,
Qartalın səsini batıra bilməz.
Sərçə qonsa qartal qonan zirvəyə,
O, qartal sözünü qaldıra bilməz.
Qaydadır, həyatda qotur keçilər
Su içər həmişə bulaq gözündən.
Haradan içsə də keçi keçidi,
Nə olsun, öyünər, çıxar özündən.
Dekabr, 2009
214
İsgəndər Etibar
ZAY ETMƏ
Ağlımı başımdan almısan, ay qız,
Hara aparırsan sən onu mənsiz?
Ondan baş açmazsan, qaytar geriyə,
Nəyinə gərəkdir ağıl bədənsiz?
O, mənim qanımla işləyə bilər,
O, sənin qanınla zəhərlənəcək.
Qaytar sahibinə götürdüyünü,
Qaytarsan, təzədən səhərlənəcək.
Aparma ağlımı, nə olar, gözəl,
Məni hər yetənə, gülüm, tay etmə.
Ver mənə özümü, ağlım qayıtsın,
O, Allah payıdır, onu zay etmə.
25.01.2008
Dostları ilə paylaş: |