Mən çinaram, çinar əyilməz, əyilsə sınar



Yüklə 0.51 Mb.
PDF просмотр
səhifə1/5
tarix13.04.2017
ölçüsü0.51 Mb.
  1   2   3   4   5

A.Elyar 

 

 



ZAMANA 

 

 



 

"Mən çinaram, çinar əyilməz, əyilsə sınar". 

Məhəmməd əmin azad vətən 

  

 1 

Çərşənbə günü idi, və çərşənbə bazar. 

Şəhər meydanında çoxlu kəndli-şəhərli yığışmışdı. Və bir kişi nitq elirdi. Bu bir təzə iş idi ki geçmiş də 

görünməmişdi. 

Bir para adam dəyirdi "indi Azərbaycanın çoxlu şəhərlərində belə bir Mitinqlər olur". 

“Mitinq” yeni bir söz idi ki qulaqlarına deyirdi: 

"Ərbablar əllərin ağdan-qaraya vurmurlar, yalnız işin sonunda gəlib hasili tay-tay aparırlar. Beçara əkinçi, ev -

uşağı ac-susuz qalır. Bu ədalət deyil; göz qabağında zülmüdi... Yer o adamındi ki onu əkir-biçir; hasil becərir..." 

Ali camaat içində Gülzara dedi: 

Gəl gedək ayın-oyunu alaq qayıdaq kəndə; gecə qalarıq.» 

»Onun haqqı var, düz deyir.» Gülzar dedi :« 

Əli -nin atasına dediyi söz yadına düşdü: 

« O mənim də sözümü deyir, undakı ərbab gəldi tay-tay buğdanı apardı dedim " dədə bəs biz, biz nə yeyəcəyik?" 

dedi : "bala, bizə də Allah kərimdi...” 

Bu kişi düz deyir, yer bizim olmasa aclıqdan qurtulacağımız yoxdu. Gedək Gülzar, gedə k, mən atamnan 

danışmalıyam; bəlkə razı oldu xidmətə getdim." 

yolda Gülzar dedi: 

« Tutaq gedədin, allah eləməsin qayıtmadın bilirsən mən bədbəxt olaram?" 

«Biz ki hələ evlənmə misik, qorxma, qayıdaram, əyə qayıtmasam da bir ayrı insan nan evlənəsən.» 

« Bilirəm sən belə sən. Amma mən sənin kimi deyiləm. Bəlkə hamı kişilər elə bellədi. Doğurdan bizim sevgimiz 

sənin üçün elə bir belə dəyəri var?» 

« Gülzar tərsə anlama, mənə də belə deyiləm. Məndə istirəm sevgimiz yaşasın, ev-uşaq sahibi olaq. Amma 

sorası nə olacaq? Gənə də ərbablara qulluq edəcəyik; gənə də biz əkəcəyik onlar aparacaqlar? Yox! Gedərəm ya 

ölərəm yada bu pis gündən qurtularıq.» 

İndi bu danışıqdan düz doqquz ay geçir. Kəndlilərin birisi kəndə xəbər gətirdi ki" Ali diridir, gəlir, kənd 

yolundadır." 

Və Gülzar xəbəri eşidərkən hiss elədi ölmüşdü təzədən dirildi. Bilmirdi nə eləsin. Axşam çağı idi və hava ala-

toran. Qaçdı çıxdı dama, evlərin bacasından bağırdı: 

« Muştuluq, Ali diridi, gəlir...» 

«Qız utanmırsan? Utan xəcalət çək!» 

Nədən utansın gərək, sevgi dən? Sevirəm bağırtısından ki, doqquz ay idi onun boğazında qalmışdı boğurdu və 

indi birdən birə partlamışdı? Yox, Gülzar sevginin qovğasından heç utanmırdı və onu göylər ucalığı bağırırdı. 

Bircə barıt deyil ki partlayar, bəzən sevgi də barıt kəmi patlar və bütün bəndləri dağıdar. 

İl , 1325. Azər aynın son həftəsi. Hava soyuqdur və bir yüngül qar yeri ağardıbdı. Əli kəndin yolundadır. O Qoşa 

–çay ‘dan Təbrizə və Mərəndə gəlib və oradan da Qırxlara. Gah maşın nan gahda piyada. Və indi  Zəncirə 

kəndinin yolundadır. Fikrə cumub. Sınmaya fikir eldir və yoldaşlarına. Dar ağaclarına, e ‘damlara. Kitabların 

yandırılmasına. Və ərbabların yenidən güc tapmasına. Fikri gedir sözlərinin yanına ki Mitinq də əsgər 

yoldaşlarına demişdi: 

« İstirik özümüzə işliyək, özümüzə yaşıyaq. Özümüz əkək- özümüz biçək. İstirik yazıb oxumaq örgəşək. 

İstəmirik uşaqlarımız bizim kəmi savadsız olsunlar. Istirik öz dilimizə yazaq- oxuyaq... » 

Və  indi sınma , silah təhvil vermə , e `damlar və qan tökülmələr... 

Ağır bir qəm-qüssə ciyarın pöşəlirdi. Nə bir çıxış yolu görürdü , nə də bir dildar. Gülzara fikir verdi. Özündən 

soruşdu: 

«Indi Gülzar nəmənə elir? Evlənibdi?...Ona nə deyəcəyəm? ...Bəlkə indi o mənə dayaqdı. Bircə ona güvənə 

bilərəm ...Bircə...» 

O gecə Gülzarı gördü : 

« Əli Allaha şükür ki sağ -səlamət gəldin çatdın. Ürəyin aç! Olan –olub geçən -geçib 

darıxma, uşaqlarımızı böyüdüb salarıq canlarına... uşaqlarımızı...» 

»Fikirlərin elə, biz burdan getməliyik ...» -Əli dedi. 



 

 

 Zəncirə 



  

Ərbab kəndin yanında, Çilə’- xanada, Pəhləvi bürkü başında , ayağında təzə çəkmələri, adamları-nan bir daş 



üstün də oturmuşdu. 

Koxa və alçaq gözə gəlirdi. Təzə qırxılmış üzünə, və burulmuş buğlarına bir əl çəkib ayağa qalxdı. Bir təpik 

təlisə vurub dedi: 

«Gedə vurun suyu çıxsın!» 

Durt kişi təlisi verdi təpiklin qabağına. Hey təpik di ki ona çəkdilər. Təlisdən qan axdı! 

«Bəsdir, gedək. O daha tüfəng-nən yer ölçüb bölə bilməz. Əyə ölməsə qalsa bircə uşaqlara oyuncaq ola bilər», 

ərbab dedi. 

Onlar gedəndən sonra çobanlar yığışıb təlisin ağzın açdılar və gənc Əslamı çıxartdılar. O ağzı bağlı, huşdən 

getmiş , qanına bulamışdı. Qul-qıçı, baş-gözü dağılmışdı. 

Onu evə götürdülər. Ata-anasının harayı göyə çıxdı... 

Bu günlərdə Gülzar -nan Əli , və İbad- nan Yunis kəndi tərk elədilir. 

Sonralarda Əli xəbər tütdü ki Əslan diridi. Amma sınıqları pis qovuşmuşdu. Beli bükdük, üz-gözü çapıq, qol-qıçı 

sınıq əyri-buyruq, yol gedirdi. 

Necə ki ərbab demişdi, küçə də uşaqlara oyuncaq olmuşdu...» 

** 

Qəbir üstündə yazını verdi əlimə, baxdım dedim: 



«Bağışlayın, bunu saxlaya bilərəm?» 

O ki özünü atamın dostdu tanıtmışdı dedi: 

« Əlbəttə ki saxlaya birsiz, bu sizindir, əmanət üçün mənim yanımdaydı. Qərar idi onu sizə verim. Yaxçı oldu ki 

sizi burda gördüm.» 

Atamı torpağa tapşırdıq. Evə qayıdıram. 

Çətin ayağımın altın seçirəm. Hava çislidir. Narın-narın yağış gəlir. Adamlar qaraltı kimi yanımdan keçirlər. Çox 

ənayındı. Adətən bu şəhər dumanlı deyil. Yalnız bəzən səhər çağları, bir ağ torpaq rəngli sis-nən, özünü göstərər. 

Bilmirəm atam bu yazıda nə istəmişdi desin? Bir şey başa düşmədim. Çox zadları bilməliyəm. Ondan, uşaq 

lığımdan, az xatirələrim var. Onlarında çoxusun unutmuşam. Atadan uzaq böyüdüm; çox pis... 

«Səlam. Başız sağ olsun. Sizə təsliyət deyirəm. Mən uzaqdan gəlirəm , gec yetişdim. bağışlayın.» 

Gənc bir xanım səsi fikrimi qırıb pozdu: 

«Məmnun, siz ?» 

«Mən Mərcanam. Istəmirsiz mənə təsliyət diyəsiz?» 

«Sizə təsliyət? Adamız ölüb?» 

«Bəli. Biz ikimizdə yetim olmuşuq.» 

Onun duruşumun yaxcı görmürəm. Elə bil bir qaraltı yanımda gəlir: 

«Bağışlayın, ürəkdən sizə təsliyət deyirəm. Başız sağ olsun.» 

« Mersi. Sizin atayız, bir cürə mənim də atam idi. Mən on iki yaşındaydım onnan tanış oldum və bu 

yaxınlaracan  ilğim var idi. 


Axı bilirsiz siz, təssüf-nən mən heç vaxt ata üzü görməmişəm. Onla aramızda olan dostluq bütün yaşayışımda 

məni quruyubdu. Mən onda bir doğru ata məhəbbəti görmüşəm.» 

«Sevinirəm ki sizin ondan xoş xatirəyiz var. Daha  çox sevinərdim ki bildiğiyizi artıq mənnən paylaşaydız. Mən 

ondan uzaq böyüyüb və hərdən bir onu görmüşəm. Öz əlimdə  deyildi, həyatimin quruluşuğu beləydi. 

Bəlkə bir az təqsirkaram. Onun həmişə mənim üçün vaxtı var idi ,amma mən tərsinə.  

Bu gün qəbir üstündə bir dost mənə bir yazı verdi ki Əli-nən Gülzar dan söhbət edir; baxdım amma bir şey 

anlamadım.» 

«Bilirəm nə deyirsiz. Onlar kənddən köçür .» 

«Necə? Bunun nə ilgisi var atamnan ?» 

«Bilmirəm. Mən sevirdim onları deyib təsvir etsin, oda  əsirgəmədi. Sonda bəzi bir şeylərdən not götürdüm ; əyə 

istərsiz verəbilərəm.» 

»Lütf  elərsiz, çox məmnun olaram.» 

«Burdadır .» 

O kifini açdı , not dəftərin mənə verdi: 

«Çox sağ olun. Məhəbbət elədiz. Buyurun xidmətdə olaq.» 

«Sağ  olun. Qalsın sonraya.» 

«Sonra sizi necə görə bilərəm?» 

«Zəhmət çəkməməyin. Mən sizi taparam.» 

İstədim əl verim , gördüm yoxdur, gedibdi! 

Ev də dəftəri açdım: 

«Mənim Əli və Gülzar`la heç bir tanışlığım yoxudur. Nə onları yuxuda görmüşəm , nə də başlarının "qəza-

qədərin" eşitmişəm. 

Bilmirəm niyə gərək addım-addım onlarınan sürünəm; və bu görünməz şüşə divarın dalından onları izləyəm? 

İstirəm onları hiss edəm , əllərindən tutub danışam , bilmirəm nədən başım divara dəyir! 

Mənnən onların arasında bir tükənməz ayrılıq var. Görürəm, səslərin eşidirəm, Amma həyatlarına girməyə 

haqqım yoxdur. 

Bala-bala özümü ailənin bir üzvü kimi hiss edirəm , Amma nə fayda, yalnız divar dalından. 

Nə buraxıb qaça bilirəm , nədə bir imkanım var özümü tanıtdıram. 

Elə bil məhkumam bu görünməz divar dalından bir maqnit gücü ilə dallarınca çəkilib sürünəm. Və səsim də 

çıxmaya. 

Mən onlardan deyildim. Amma elə bil onların özü idim. 

Bu yeni dünyada ki ayılmışdım , ya necə deyərlər, ona ayaq qoymuşdum, heç bir şeyə əlim çatmırdı. 

Hər zad göz qabağında axırdı. Hava mənim havam idi; amma nə fayda, yalnız divar dalından. Mən qoxusuz, 

dərdə dəyməz bir durub-baxan idim. 

Yayın qızıl günləri, payızın xəzəl çağları, qışın soyuğu şaxtası, qarı, baharın yağışı, gülü, yaşayışın şur- şövqü, 

insan sevinci, dərd-qəmi, bütün hamısı və habelə başqa şeylər, göz qabağında həyatlı axırdılar. Amma  mənsiz, 

və mənim onlara əl vurma haqqım olmadan. 

Bu qalın sınmaz şüşə divarı yumuraxlırdım, ona pəncə-dırnaq atırdım ,təpik çəkirdim, bəlkə bir yol açım; amma 

həmişə başım daşa dəyirdi. Mənnən onların arasında bir tükənməz ayrılıq varırdı. 

Mən məhkum idim onlarınan sürünüb əziləm. Nə buraxıb qaça bilirdim, nədə bir imkanım vardı özümü 

tanıtdıram. 

Mən bir qız idim ki elə bil fələk, yazışın qabaqdan belə yazmışdı... 

 

 Çilə-xana 



"İbad Əmi köçdü"! 

Xəbər məscid qabağında ağızdan- ağıza yayıldı. Kimsə nə istirdi dedi. Amma bilmədilər o niyə və haraya köçüb 

getdi. 


Çox hayıfləndilər ki gənə bir yaxcı kişi onları yalqız qoyub. 

Bilirdilər : İbad Əmi bir kişi idi ki, İranın çoxlu yerlərin işliyə-işliyə gəzib dolanmışdı. Neçə il "Kənd Xoda"ydi 

və ondan çoxlu şirin xatirələri var idi. 

Ondakı işdən əl çəkmişdi: 

«Məndən istəyirlər məzlumun haqqın zalıma verəm, bu iş mənim əlimdən gəlməz» -demişdi. 

O savadsız idi amma söhbət yolu ilə öz dövrəsinin qabaqcıl fikirlərinə vaqif idi. Məşrutiyyəti, Xiyabanı və 

Peşəvərini sevirdi. Şah və xanları gerici sayardı. 

Əkin, pətək, dam-divar, dava-dərman, mal-davar işlərinə baxmaq onun hünərlərindən idi. Kənd onun ilan 

yağıynan dəri naxoşluğun dərman eləməyi hələ də unutmamışdı. Amma onun lab böyük hünəri mehrbanlığıydı. 

Özgəyə və özülünkünə  bir ata kimi yanardı. 

Həyat yoldaşı təzə ölmüşdü. Bir qızı iki oğlu var idi. Qızı evlənmişdi, Yunis, kiçik oğlu, 12 yaşda, və Əli böyük 

oğlu onnan yaşırdılar. 

Eləki Əli sərbazlıqdan qayıtdı və köç məsələsini araya qoydu, oda oğluynan ayaqlaşdı. 

Günəş yandırıb yaxır. Mal-davar çöldə yayılır. Ot-ələf iyi havanı bürüyübdü. İlan-çayan otların arasında mələyir. 

Sular "qəsirova" gedib. Peştə çayı ki Zəncirə-ni ikiyə bölürdü qurumuşdu. Dilsiz-ağızsız kölgələr sərinlik 

axtarırdı. Maşının təkərləri Urmu-nun zanbaqlı, əyri-buruq yolların sümürərkən şəhərə çatdı. 

 

 



Yeddi-dərman; Urmu 

  

Ailə, Balov dərvazasının, uç otaqlı " postu " yanında ki, şəhərə girən yüklərə cavaz verirdi, Avtobusdan yendi. 



Şey-şüyləri, bir neçə buxça par-paltar idi, divar dibinə qoydular:  

«Bala, siz burda durun , biz gedək ev üçün, Məşə Məmməd gilə baş vurub qayıdaq. »-İbad Gülzara sarı dedi. 

Əli, xiyabanın sağ əlində ,"Əyri Bucaq" küçəsində, Məşə Məmməd-in evin tanırdı. O geçmişdə fəhləlik üçün bir 

neçə dəfə Urmu-ya gəlmişdi, şəhəri tanırdı. Elə buna görə də atasına demişdi Urmu-ya köçsünlər. 

  

Gülzar hələ yaxcı özünə gəlməmişdi. Ata-anasından ayrılan aləmdəydi. Köç, yol, gələcək biləsinə elə çətin 



gəlmişdi ki fikir elirdi onları daha birdə görməyəcək. Bir ağır qəm-qüssə ona zor gəlirdi. Atasının sözün yadına 

saldı: 


«Bala, istirsən qal; qoy olar gedib bir dam tutsunlar sora get.» 

«Ata qurbanın olum indi ya sora, nə fərqi var? Mən iki başdan gedəcəyəm, yaxcısı budu  ki indi gedəm.» - cavab 

vermişdi. 

Camaat, maşınlar, gəliş-gediş dəydi. Yunisin baxışları şəhərdə cummuşdu; hər yeri tamaşa elirdi. Xiyabanda 

uşaqlar qaçaq minirdilər faytonun dalına. 

Piyadovdakı uşaqlar onların şeytanlığın eləyib faytonçuya: 

«Əmi daldan bir qunut!» - deyirdilər. 

Faytonçu qunutu faytonun dalına əndirərkən uşaqların baş-gözü yanıb yaxılırdı. Və onlar qoyub qaçırdılar. 

Bu arada post qabağında bir şəxsi maşın balaca bir tormoz vurdu. Bir cavan qadının harayı qovzandı: 

«Kömək, kömək ! Köpək oğlu saxla, məni hara aparırsan?! Kömək! Kömək!» 

Bu anda post məmurların-dan birisi qaçdı maşına sarı :«İst!İst!»- bağırdı. 

Şofer saxlamadı getdi. Məmur qaçıb aslandı maşının yük yerindən. Maşın bir az gedəndən sonra durdu. 

Arvadınan kişini çıxardıb idarəyə apardılar... 


Gülzar bu səhnəyə mat qalıb durduğu yerdə qurumuşdu. 

Əliynən İbad qayıtdılar: 

« Bala gəlin gedək.» İbad dedi. 

Onlar Məşhədi Məhəmmədin həyətində bir qış evi , təndirli dam, tutub yerləşdilər... 

  

Əli fəhlə meydanındadır, Gülzar ev işinə baxır. 



İbadıynan Yunis şəhərdən eşikdə "Dərə Dəyirmanı» yanında, odun dallarında gəlirlər. Onlar səhər tezdən çölə 

getmişdilər, odun yığmağa. "Cüvüdlər" dağından, "Qərələr" meşəsindən yüklərin tutub ləhləyə -ləhləyə 

gəlirdilər. Bəlkə odunları satıb evə bir az xord-xorək alsınlar. Dəyirman-nan xaraba burcların yanında, Yunis 

daha yeriyə bilməyib yıxıldı! İbad başın sallamışdı aşağı elə gedirdi. 

Birdən birə dalıya baxdı : 

« Bə bala sən harada qaldın?»- dedi və ona sarı qaçdı. 

«Ata yeriyə bilmirəm; acam!»- uşaq dedi. 

Dünya dolandı İbadın başına: 

« Tarı sənə qurban , mən burda uşağa haradan çörək tapım?» öz-özünə dedi.  

Birdən gözü sataşdı dəyirmana : 

« Bala döz, gəldim!» -deyib qaçdı. 

O dəyirmançıdan bir az un aldı, çay qırağında xəmir elədi, onu odda pişirib uşağa verdi. Uşaq cana gəlib 

ölümdən qurtuldu... 

Bunların hamısını görürdüm, onların səsin eşidirdim , amma divar dalından. Bizim dünyamız ayrıydı. 

Bəzən qarışıb yaxınlaşırıq, amma heç bir irtibat arada yoxudu. Can atırdım varlığımdan xəbərləri olsun; bir-

birimizi hiss edək, görüb danışaq. Amma olmayan bir iş idi... 

Kişinin məhəbbəti qoymadı ata odun yerinə uşağın cənazəsini dalına alıb şəhərə aparsın. Və mən çox sevindim. 

Aclıq ölüm bu hasadlıqda uşaqların boğazın sıxıb canın alırdı. 

 İbad öz-özünə dedi: 

«Burda yaşayış demək aclıqdı. Varlıların dulu anbarlarıdır.» 

Yaşayış demək demokratları "Çarbaş" kəndində tank -nan basıb qırmaqdı; evlərin, arvad-uşağın başına uçurdub 

əzməkdi;  necəki xəbəri dillərdə gəzir. Azad vətən, Yekanlı, Sabunçu və ayrıları gərək məhv olardılar ki, aclıq 

həmişəlik olardı; necə ki olmuşdu... 

 Aclıq, yoxsulluq can alırdı; və mən yalnız bir kənardan baxanıydım... 

Onlar dədə-bala evə yetişdilər. Əli iş tapa bilməmişdi. Gülzar qonşunun çaydanında çay qoymuşudur. Hələ  çayı 

içməmişdilər ki qonşu qapını kəsdi:  

»Çaydanı verin lazımdı.« 

«Hələ  çayı içməmışıq»-Gülzar dedi. 

« Verin lazımdı»- qonşu dedi. 

İbad durdu ayağa, çaydanın çayın eşikdə yerə boşaltdı, çaydanı qonşuya verdi: 

« Dur gedək odunları sataq»- Əliyə sarı dedi. 

Onlar odunları aldılar dallarına düşdülər yola. Bu xiyaban mənim-o xiyaban sənin ha gəzdilər. Kimədir odun 

alan, heçkəs. Çox yol gədəndən sonra bir mağazaçı çağırıb : 

« Ay əmi gəl bura, odunları neçə deyirsən ?» -soruşdu. 

«Hacı ağa, qiymət demirəm, neçə verisiz verin. Bu iki nəfərin bir günlük işədi» -İbad yaxınlaşıb dedi. 

Mağazaçı yaxcı qiymətə odunları aldı , və çay içməyə dəvət elədi.  İş-güclərindən soruşdu. Dedi: 

« Mənim adım Vəli Ağa Bəy-di. Baranduz mahalında, «Dizə=Dizəc» kəndindənəm. Indi şəhərdə yaşıram və bu 

dükanı dolandırıram. Dizə də bağ-bağatım var, istirəm onların qırağına divar çəkəm. Əyə mayil olsaz ev-uşağı 

götürün , gəlin gedin kəndə, işə başlayın. Duvar işi qurtulandan sora, ayrı işlərimə yetişər siz. Galdiki ayrı 

adamlarada işliyə bilərsiz. Haqqızdan xıyalız rahat olsun , mən sizi razı salaram. » 

İbadınan Əli,  kişi-nın iş verməsindən çox sevəndilər, ona söz verdilər ki dönəsi günü Dizəyə getsinlər. Onlar 

bazardan çay- pəz, istikan-zir,  və yemək alıb evə qayıtdılar. 

İndi Gülzar öz çaydanında çay qoyubdu... 

  

Onlar Dizə də yerlədilər. 



Və ailəynən birlik də, Vəli Ağa-nın mülkünə möhərə divar vurmağa başladı. 

Zəncirəyə xəbər verdilər Gülzar istəyir ata-anasını görsün. O çox vəqət evdən çıxıb gözün tikirdi maşın yoluna. 

Gözü yolda olmaq, xora kəmi həmişə onu içəridən yeyərdi: 

«Qəm -qüssəm başımdan aşıb -mənim kimi dərdə qalan yoxdur- qürbət eldə bağrım pişib- necə yada salan 

yoxdur...»-öz-özünə deyib oxurdu və gözləri dolurdu.. 

Əli şəhərə getmişdi. Yoldan yetişib xəbər verdi "qayın atası ölübdü. Və qayın anasıda Gülzarın dayısı evinə 

gedibdir. " 

Gülzarın bütün umudu zay oldu. Və  ailə yasa düşdü... 



 

 

Körpu; Baranduz- çayı 



  

Arx qırağındaki sıraya düzülən qələmə, sovdu ağacları yel də əsirdi. Gülzar oturmuşdu qab-qaşıq yüyürdü. Və 

özü-özünə fikirləşirdi : 

« Bir gül kimi, qışın şaxtasında qarında, gərək solam. Elə bil mənimki də belə gəlibdi. Yaz gülü qışda bundan 

artıq ola bilməz. Bilmirəm yaşayış niyə belədir, niyə dəyişmir?» 

Bu bir sorqu idi ki, onun zehnində gəzirdi. Ayrı tərəfdən də, onun uşağı olmurdu, çox yaralı səss-nən özünə dedi: 

«Yaşayış daş kimindi. Yoxsulluğun özü qərə olsun; qurtulmağa gəlmir. Yalqız adamın , əlindən nə gələr? Quş 

quşluğunda balasıynan gəzər, mən bilmirəm niyə mənim balam yoxdur?...» 

Bu düşüncə dəydi ki birdən gördü ağac dalından bir qız uşağı onu güdür: 

«Ay gözəl, sən kimsən?» -Gülzar soruşdu. 

Qız qaçıb uzaqlaşdı. Və bir ayrı ağacın dalında gizləndi: 

«Nədən qaçırsan, gəl bura görüm kimsən? Ata-anan kimdir? Bu ikimci dəfədir, səni görürəm. Qorxma, gəl bura! 

İstirəm sənnən tanış olum... 

Çox tanış gəlir, elə bil bizlərdəndi. Üz-gözü , yeriş-duruşu bilmirəm kimə çəkib ...» -Gülzar dedi. 

Və qıza sarı getdi. Amma o yox oldu! Gülzar qab-qaşığın götürüb tələsik evə qayıtdı: 

« O bizə bənzirdi, kiçik üzü, qəhveyi saçları , par-paltarı, hamısı mənə tanış gəldi...» -dodaq altı öz-özünə dedi. 

İbad Əminin bu qəziyyədən xəbəri oldu: 

«Bala qüssə eləmə, uşağın olacaq , uşaq sahabıda olacaqsan , və bu acı xəyalların hamısı geçib gedəcək »- dedi... 

  

Yunis böyüyüb bir gənc igid olmuşundu. Amma qulaqları ağır eşidirdi. 



 İbad Əmi qocalmışdı, və Gülzar-nan Əli uşaq sahabı olmuşdular. Onun adı "Səfər" idi. 

Gülzar yalqızlığın unutmuşdu və çətinlikləri önəmli saymırdı . "Səfər"-in quş kimi qığıltıları ona ümid verirdi. 

Ürəyi məhəbbət-dən coşub və dözümü artmışdı. İndi onun lab böyük umudu həyatında, balasıydı; hər bir sevgili 

ana kimin. 

  

O gün ki Əli uşağı aldı dalına, bir gün tamam yol gedən sonra , bir uzaq kənd də onu doktora yetirdi , qayıdanda 



Gülzar elə sevinirdi ki az qalmışdı ərini küçə də bağrına basıb öpsün. 

  

Amma onlar tək deyildilər.  Heç vaxtda tək olmamışdılar. Özləri üçün bir evləri olmamışdı. Buna görə də 



məcbur olmuşdular hər zaman öz şəxsi duyğu, maraqlarını öldürsünlər. 

Bu durum belə gəlmişdi belə də gedirdi. Duyğuları öldürmək rəsm idi. 

Yoxsulluq, duyğuları öldürmək, ağır işlər, savadsızlıq, çox adamları ağac kimi qurudub kələ-küp -baz, hır-tır 

qanmaz eləmişdi. 

«Niyə yaşayış belə çətindir? Niyə gözəlləşmir? Nəy üçün yoxsulluğun sonu yoxdur? Nəy üçün hər kuzəyə əl 

atırıq, qurpu gəlir əlimizə? ...» 

Bu cavabsiz sorğular gün -bə -gün Gülzarı didib dağıdırdı. 

Amma bunla belə uşaq ailənin həyatin şirinləşdirmişdi: 

Gülzar qadınlar ilə çayda par-paltar yüyürdü. "Səfər" sinəsin qoymuşdu çayın qırağına suyunan oynurdu. Birdən 

uşaq dığırlanıb düşdü suya; tutanacan, su biləsin götürüb apardı: 



«Ey vay ! Uşağı su apardı!» Gülzar bağırdı. 

Və  onun dalınca çay qırağında qaçdı. Özün suya atıb uşağın qabağın kəsdi. Və quş balığı sudan qapan kimi onu 

qapdı. Səfərin bir yumurağı düyünlüydü: 

« Bala aç görüm əlində nə var?» qadınların birisi dedi. 

Səfər : «Pul!» 

Qadınlar:« On Şahı!» 

Gülzar:« Oğlum, yumurağu suda niyə açmadın?» 

Uşaq:« Pulum gedərdi; dədəm daha mənə pul verməzdi!» 

Və hamı güldü. 

Bu hadisə üçün Əli evdə bir dava -həngamə saldı yola ki gəl görəsən!... 

Yazıq Gülzar, Əli- nin pis əxlaqın görürdü bir söz demirdi. Hər şeyə dözürdü. Bilirdi o belə deyildi; yaşayış onu 

bu günə salıbdı. 

Ruhunun kökünə vaqif idi . Həyatin pis vəziyyətinə acıqlanırdı amma Əli dən bir şey ürəyinə almırdı. 

O evlənməmişdən öncəki  sevgilərin, unutmamışdı. Və həmişə geçmişin xatirəsi-nən bu günki həyatına baxırdı. 

Bütün bonlar gözümün qabağında öz varırdı , amma əlimdən bir şey gəlmirdi; buda biləmi çox incidirdi. 

Istəyirdim onların həyatına girib yardımçı olam ... 

Bilmirəm, bəlkə də yardımçı ola bilməzdim və heç bir düyün mənim əlim-nən açılmazdı. onlar uçun nə iş 

əlimdən gəlirdi; bilmirəm. Bircə bunu bilirdim ki yaşayış əzabdan başqa bir şey deyildi. 

Yalnız Gülzarın səsi mənə sövq verirdi. Ondaki qonşunun uşağına öz balası kimi döşündən süt verirdi və onlara 

lay- lay deyirdi; mənim bağlı dünyamın dərbəçəsi açılırdı. 

Ana lay-layı, dünyanın ən gözəl ürək nəğməsidir. Dünyada bundan gözəl bir nəğmə tapılarmı? Bundan gözəl bir 

iş olarmı ki anaların lay- lay səsi, həyatda cingildəsin? Gülzarın ruh titrədən səsi hələ də qulağımdadır: 

«Gün gedər batan yerə , mələklər yatan yerə; lay- lay balam lay-lay. 

Analar qurban olar, balalar yatan yerə; lay-lay balam lay-lay. 

Lay-lay dedim yatasan, qızıl gülə batasan, qızıl gül içində; şirin yuxu tapasan. 

Lay- lay balam lay –lay. 

Lay- lay beşigim lay- lay; evim-eşigim lay- lay. 

Sən yat şirin yuxuda, çəkim keşigin lay- lay. 

Lay- lay umudum bala, duz çörə-yem bala 

gözlərəm böyüyəsən görəm köməyin bala. 

  

Onlar illər boyu ağır bir durumda, Dizə də həyat sürdülər. Sonda bu qərara gəldilər ki şəhərə qayıtsınlar. 



Ailə Urmu-ya yapışan Dizə kəndində, Balov darvazasına yaxın, bir qış evi tutub sakin oldular. 

Ali -nən Yunis fəhləlik elirdilər. İbad Əmi Urmu-nun ətrafındaki kəndlərdə çərçilik işinə baxırdı ; və bəzən də 

şəhərdə xiyaban qırağında qovun-qarpız satırdı... 

 

 



Urmu 

Şəhərdə azğın avara bir qaraltdım. Amma kor deyildim. Hər zadı görürdüm , və heç bir şey gözümdən 



yayılmırdı. Ən incə, narın tərpənmələrdə . Bütün hamisini hiss edirdim . Ürəyimə sancılan bir xəncər kimi. 

Harayım qalxırdı, Amma nə fayda, yalnız öz səsimi özüm eşidirdim. Mən məhkum idim bircə öz içimdə, 

ruhumun ən dərinliyin də, bağırım. 


Nə dəyəri var ki, nə demək istəyirdim? Bəyə boşluqda ağız-gözün tərpənməsi də bir məna daşıyarmı? Bilmirəm, 

bəlkə də daşıyar... 

Urmu əkinçilik, maldarlıq səhəridir. Hələ ərbab-rəiyyətlik ilgiləri kəndlərə hakimdir. Şəhərdə camaat ticarət, 

fəhləlik , və dükan-bazar , karxana işlərinə baxır. sənət , kültür , təbabət , və habelə işlər, başqa yerlər kimi 

cansızdır. Karxanalar( Dunxaniyat, Qənd...) , və üstü örtülü əski bazarda, pıçaqçı ,dəmirçi ,tənikə , nəccar, 

misgər və zərgər sinifləri camaatın işin yollandırırlar. 

İnsanlar kütləsi: Türk, Kürd, Erməni, Asoru, Zərdüştü və başqaları bir-birinin yanında dostluqla yaşayırlar. 

Dizə , şəhərin aşağı məhəllələrindən biridir. Amma kənd özəlliklərin hələ də saxlayıb. Mal-davar sürüləri, at-

eşşək , "Qanlı" arabaları , səhər tezdən çölə çıxırlar, və camaat mal-davar, əkin-biçin , Səviz-xana, bağdarlıq, 

işlərinə baxır.  

Kobba yemiş evlər, suvaqlı, kərpic, möhrə divarlar; qələmə, yemiş bağçaları, sıraya düzlün söyüd ağacları, 

hamısı yaşayışın kənd üzünü göstərir. 

Obiri taydan Balov darvazası , dükanlar, qəhvə-xanalar, qarajlar, kərxalar, və maşınların gəliş-gedişi, habelə 

camaatın coşqun həyatin, görsətir ki kənd özəllikləri çoxdandı aradan getməyə başlayıbdı. 

Uşaqların bir bölümü «Nişat» , «Firdovsi» və ... Mədrəslərinə gedirlər və başqa uşaqlar,  

öz ailələrinə gündəlik işlər də yardım edirlər. Mədrəsələr Balov dəryaçasına yaxındılar. 

  

«Köhnə Yol» Nişat mədrəsəsi qabağından başlanır, balaca «Daş Qapan» çayı -nın körpüsündən gəçib şəhərdən 



eşiyə «Dərə Dəyirmanı»-na çatır. 

Daş Qapan çayı «Kərimin Tutluğu» yanından ,«Dəvə Boyu» və «Dərya»- ya sarı axır. O «Dərə çayı»-nın ardıdır. 

Və burda -Daş Qapanda-uç yerə bölünür. Biri «Buynuzlu dam-daş»-qabağından «Bədən Dibi» və «Yeddi 

Dəyirman»-a sarı gedir, və birisi də dizə-dən geçir. 

Bu üç arx öz yolunda qələmə , söyüd, iydə, cəviz ağacların, ərik, alma bağçaların, tərə, buğda, çuğundur , tütün 

zəmilərin suvarıb sonda batıb gedirlər. 

Bir para adamlar içməli suyu bu arxlardan götürürlər, ya da həyətlərdəki quyulardan çəkirlər. 

Arxların suyu bəzən çox kifir olur. Qadınlar uşaqların əskisin orda yuyarlar. 

Yayda çayın suyu azalıb quruyar. Qadınlar diyən kimi «su qəsirova » gedər . Qışlarda arxların üzü buz bağlar və 

hər yeri qar tutar. Budaqlar qarın ağırlığın saxlamayıb əyilərlər. Və gözəl mənzərələr yaranar. 

Yay-yaz-da çevrə dolar gül-çiçək-iynən . Cürə-bə-cürə quşlar yarpaqları arasında ürəyə yatan bir Simfonu 

çalarlar. Mal-davar səsi məhəlləni bürüyər. 

Qar düşərkən , küçə- bacada , Nişat mədrəsəsi qabağında, darvazanın dallısı «Dik» də  ki, uca və boş bir yerdir, 

uşaqların aşıq oynamağı, züvül getməsi, qargüllə atması başlanar. 

  

Bahar da uşaqlar evlərin qabağında, meydançalarda, Pillə -Dəstə, Arada -Qaldı, Bizit`timi- (Bizim dili=Bizim 



tili) , Köz , Top, uyanları-nan günü keçirdərlər. Bu oyunlara kiçik qız uşaqlarıda qatışar. 

Yayda «Dizə Yolu», ona yaxın «Maşın Yolu», və «Köhnə Yol», elə də çoxlu küçələr , qalın tor-torpağa bürünər. 

Köhnə Yol, maşınların gəliş-gedişi üçün çox zaman toz-duman da itər. 

 

Möhrə divar 



«Dik»-də , gəzəyən pəhləvan, tənəfə çıxan, ilan oynadanlar uşaq-böyükü sevindirilər. Burada qış və bahar su-

çomur dizə çıxar. 

“Cücə -Göz -Rəşid”-in həyəti dam-daşlı bir bağçadır. İçi doludur ərik, alma, alça, və habelə başqa yemiş 

ağacları-nan. Burda üç ailə yaşayır. Amma hacı özü orda oturmur. Bu ailələrdən biri də «İbad Əmi» -nin 

ailəsidir. Hacı Rəşidin dizə də üç bölüm mülki var, iki bağça , bir həyət.  Özü demiş , bonları üç dənə çörəklə 

almışdır. Aclıq imiş. 

İbad Əmi gedib bazardan, çərçi qutusuna "ayın-oyun" alsın, və sabah kəndlərə getsin.  

Yunis-nən Əli şəhərdə çalışırlar. Gülzar səhər tezdən «zibil sətil»-in alıb əlinə, düşüb malların dalısına; zibil 

yığır. 

O həm evə baxır, həmdə odun-təzəyin fikrindədir. Çevrədən zibil, xəzəl, odun, yığır çörək yapmaq üçün. Onların 



təndiri həmişə yanar. 

Qonşularda çalışırlar. «Dadaş Əmi» arabasında nəft satır. Məmməd Əli «səbzi-xana»-dadır. Dadaş Əmi -nin 

arvadı-Maral xala-nın gözləri görmür, evdə dir. Və «Xəccə» xala çayda qab yuyur. 

  

«Mama!...Mama!...Mama!...» 



Səfər kolxuda(qış evi-tədir damı) qısqırdı. Bu neçəmci yoldu ki haray salmışdı. Bağıra-Bağıra incə barmaqların 

qapıynan duvarın arasına soxub bütün gücü iylə dartı verdi. Amma nə qapı açıldı , nədə anasından bir səs gəldi. 

Ağlaya-ağlaya tumanına işədi. Eldəki dincəldi tumanın dəyişib getdi yatsın; Amma yalqızlıq, ağlamaq, 

nigarançılıq qoymadı ... 

O sübh süfrə başında: 

«Mama, qapanı qıfıllayıb gedirsən, mən eşiyə gedə bilmirəm» -dedi. 

Gülzar naxoş idi. Başı gicəlirdi. Və hamiləydi. Bir tutqun səs-nən : 

« Bala! Bunnan belə, getməmiş, göndərrəm eşiyə gedərsən.»- dedi. 

Ana dediyin ələdi. Amma Səfərin işi yollanmadı. Genə də hərdən bir bağlı qapı ona bir böyük dərd idi. 

Undaki İbad bazardan qayıtdı, Səfər küçə də uşaqları-nan oynurdu. Gülzar evdə deyildi.  

İbad onu axtardı. Qonşuda kimsə yoxudu. Bu baxışda gözü sataşdı üstü açıq mavilin dərin çoxuruna. Birdən 

gördü birisi orda batır-çıxır, batır-çıxır! Dayanmadı, qaçdı. Əlin atdı ona : 

« Bə bala, burda niyə!? » şaşqın dedi. 

Və onu eşiyə çəkdi. Gülzar danışa bilmirdi. O yarı canlıydı ... 

O gün İbad əmi şam-nahar qoydu. Təndiri salıb çörək yapdı. Və Gülzarı yuyundurub bəslədi. 

Axşam çağı həyətin qapısı döyüldü. Səfər evdə anası yanında oturmuşdu. Birdən qor kimi daşlandı: 

«Əmi gəldi»- deyib eşiyə qaçdı . 

«Baba!...Baba!...Baba!...» 

Uşaq bağırdı. İbad əmi onun dalısınca tovaraq qaçdı. 

«Baba! düşdüm quyuya!» 

İbad yetişib gördü, uşaq su quyusuna düşəndə , əlin atıb ağızdaki daşa, asılı qalıb; haray təpir. Və bir anda unu 

qapdı... 

  

Ölüm onların başı üstə gəzirdi. Onları tuta bilmədi ; amma başqa yerlərdə çoxlu uşaqları tütmüşdü. 



Ölüm oyun oynurdu. Və yaşayış ölüm-nən qumar oynamaqdan suvay, başqa bir şey deyildi. 

İbad bunu bilirdi. Amma Gülzar bu oyunu  təzə yoxlurdu. 

 

Küçə qapısı və Təndir damı 



  

O gecə Əli hamıynan atışdı: 

«Öz dərdim yox, sizin dərdiz məni öldürdü!» 

O belə fikir elirdi ki "bunlar olmamalıdı". 

«Ölüm insan-nan oyun oynur. Yaşayış belədi. Ölüm -nən oyun oynamaq. Əyə ona sınqın versən diri sən»-İbad 

dedi. 


Gülzar yorğan-döşək dəydi. Bir söz demirdi. 

Bilmirəm onun içində nə geçirdi. Çox dinməz-söyləməz nəzərə gəlirdi. 

Ondaki başdan-ayağa poxa bulamışdı, çətin özünü ayaq üstə saxlamışdı ki İbad su gətirsin. Üz-gözü qıvrılmış 

ürəyi qalxırdı, Amma gücü-nən özün saxlamışdı. Noxuş-noxuş, dərdli-qəmli , üstü-başından tökülən pox 

damcılarına hürüt-hürüt göz tikmişdi. Və  indi də balasını, öz ciyərin, quyuda asılı görürdü... 

Ax Gülzar! Nə çün sükut edib sən belə? Söylə dərdin anam, bacım , dustum, sevgim! Demə sən, nə bilim 

könlündə nə geçir? Əlimdən bir iş gəlmir. 

Sən barı söylə dərdin, bacıyan, gözəlim! Mən dam-duvardan baxanam. Görübsən qəfəsdə Qaplan necə vurnuxar, 

və əlindən bir iş gəlməz? Bir camakadan, pacadan baxan oldum... 

Sən danışmasan, kim bu səssizliyi iç eliyə bilər?... 

Yox! Demə bizimki də belə gəlibdi, belə gedər... 

Nə bilim, bəlkə də içində elə bir tufan var ki demək istəmirsən: 



Qadınam , vurğun; anayam, çalışqan. Amma məhkumam pox quyusunda batıb-çıxam, batıb-çıxam ; bəlkə diri 

qalam...Yaşayış?...Bəlkə də o poxdi  ki, Gülzarı başdan-ayağa  

bulamışdı! 

Azğın, avara bir qaraltıyam dəli Həsən kimi. Görürdüm, və heç bir şey gözümdən yayılmırdı. Bütün hamısını 

hiss edirdim . Ürəyimə sancılan bir xəncər kimi! 

Dəli Həsən, ağlı Həsən! 

Uşaqlar onu daşa basmış, şəhərdən eşikdə bir köhnə boş qəbirə pənah gətirmiş. Və əzab da. Gecə toydan 

qayıdanların fatihə sindən: 

«Adamı qoymur süz burda da yata!» 

Və bu anda, ölən kim, səktə eliyəm kim! Ölü xoddadı ! Dəstə-dəstə adamlar, xəzəl kimi qəbiristanlığa 

töküldülər! ... 

Ondaki ölülər durar, dirilər ölər. Belə deyilmi?... 

«Get gedə! Get mən- nən gəlmə! Diyəllər bə hələ məndə dəliyəm!»-dəli Həsən dedi, dəli Fərmana . 

Və Əsgər lov-lov daşa basdı , daşa basanları. Dəli İrza, yol üstə əl-qolun ölçdü. Və şəhərin qızlarına , toy paltarı 

tikdi. 

Xiyabanda fərman verdi, “Timsal”, gəliş-gedişə ! Azad Vətən dururmu? Nitq edirmi? Timsal unutmayıb 



demokratları. Nə bilim, bəlkə Azad Vətən durur. Bəlkə də fərman verir demokratlar. Yoxsa nə edir, xiyabanda, 

bizim bu Timsar? Nə bilim, bəlkə də «Yəkanlı» , devrimçiləri yorandan sonra , genə «Çarbaş»-da  arxa durub 

«Sabunçu»- ya . Gənə yenib, bizəm bu İsa- lar səlibdən. 

«Get gedə, Get! Mən- nən gəlmə! Diyəllər bə hələ məndə dəliyəm!» 

  



 



Ox, ya, Rezin-daşı 

Heç bir yerdə dinc, rahatlıq yoxdur. Nə eşikdə , nə də içəridə: Insanların könlündə. 

Bəs nə çün dirildilər, nə çün yaşırılar bu insanlar? Bəlkə də, gənə bir rahatlıq üçün.  

Xalq pozğun, əzilmiş bir həyatda,  it təkin bir-birinin ağzından sümük qapırdı. 

Yaşayış , gələcək, nigarançılıq, bir əjdaha kimi ağızın açmışdı, rahatlığı udurdu. 

Adamlar ax-vay- nan dünya-ya gəlib, ax-vay- nanda gedirdilər. 

Toplum, başı aşağı, dinməz-söyləməz, yük aparan adamı sevirdi . 

Qara dağ hambalları təkin, bazar-xiyabanda, yük aparanları. 

İbad arzu edirdi Əli, Yunis, Gülzar yazıb oxumaq örgəşsınlər. Onların özləri də bu işi çox sevirdi. İstirdilər 

savadlı yaşasınlar. 

Amma bəyə bu it yaşayışı qoyurdu? Yüz nəfərdən bir nəfər yazıb-oxumaq ancaq bacarırdı. 

O arzu elirdi Yunis evlənsin və özünə ailə qursun. Ha zaman söz düşürdü Yunis deyirdi: 

« Mən özümə çörək tapa bilirəm bir ayrısına da tapam ?» 

Ailə bir adam üzlü həyat üçün avara olmuşdu. Və  bu avaralıq hələ də sürürdü. 

Bu vəziyyət də  Əli Səfərin gələcəyindən bərk nigaran idi. Onların içəri rahatsızlığı, və ürək sıxıntıları günü-

gündən bətər cism və ruhların işdən salırdı. 

«Sizin dərdiz məni öldürdü», Əli diyən kimi, bu çırpıntı-nın əsərindi. 

Bir adam ki gün də 10-12 saat işdən sonra bir suyu çəkilmiş alma kimin, tilifi evə atıla , onun daha yazıb-

pozmağa gücü qalmaz. Savadı elə oyudu ki sərbazlıqda öz ana dilinə az-ba-çuq öyrənmişdi və sonralar yavaş-

yavaş həyatın toz-dumanında itib- batıb getmişdir. 

  

Əli ana-ynan uşağı bərkə qoymuşdu: 



«Uşaq gərək vəxtində evdə olsun. Oşaqlarınan dava eləməsin ki, ata-anaları üstümüzə qoşun çəksinlər. Daş atıb 

özgə -nın şüşəsini sındırmasın. Uzağa getməsin ki biləsin oğurlasınlar. Xalqın dar-duvarından çıxıb yer-yemişinə 

əl atmasın. Muğayat ol fırtına çıxartmasın. Ədəb-ərkansız uşaqları-nan çıxıb oynamasın...» 

Eləki bir çətinlik araya gəlirdi yazıq İbad Əmi neçə saat dəlil-nəsihət verərdi ki qal yatsın. 

  

 Gülzar, yazıq ana, gün bə gün artıq öz içinə cumurdu və ağır sükutu lap acılaşırdı. 



Bunla belə qabaq ki kimin ailə -sın sevirdi. 

Onun dinci yoxudu və həyatı rahat deyildi. Amma bilirdi ki rahatlıq hamı-nın yardımı-nan ələ gələr; və bir 

adamın  işi deyil . 

Hamının da əli bağlıydı. Və heç kimin əlindən də bir iş gəlmir. O bir tərəf- dan görürdü ki bircə bonların yaşayışı 

deyil ki pisdir, ailələrin çoxusunun həyati dar-ba-dağımdı. 

yoxsuluq və əzab içində yaşamaqdan suvay heç bir yol qalmamışdı. 

Urmuda azad və rahat yaşamaq röyası onlar ucun bir kabusa dönmüşdü. 

Bir kabusa ki mənim bağrımı çatladırdı. 

  

Boylamışdım oğurluqca divardan bu həyata baxırdım. Ya belə deyim , bir şüşə duvarın dalından tamaşaçıydı. 



Hərdən istərdim buraxıb qaçım; qaçım bu yaşayışdan ki heç bir ilgim onnan yoxdur. 

Olmuşdum, bir yuxuda, qorxudan qaçıb, qaça bilməyən adam təkin. Heç bir qaçaq yolum yoxudu. 

Nə onu ata bilirdim, nə tuta bilirdim. Nə də uda bilirdim. 

Gülzar kimi dözəməliydim , onla gəzəməliydim, avara-avara! 

Udula-udula! 

 Uşaqın adın, babası köçlərə görə “Səfər" qoymuşdu, O elə cin toxumuydu ki bu "it yaşamın" qayda-qanunun 

bir-birinə vurmuşdu . Nə içəri- nin qaydasına baxırdı , nə də eşiyin. 

Yazıq Gülzar, yazıq ailə unun əlindən zara gəlmişdi. Kimsə-nın sözünə baxmırdı və elə öz bildiyinə gedirdi: Bir 

zaman hamamda arvadların hovlusunu aşağı çəkirdi. 

Bir zaman bazarda təllənmiş kişmişləri cibinə doldururdu. Və dükançını dalınca salırdı. 

«Kişmişi qoyublar uşaqlar götürsün» deyirdi. 

İndi də deyir:« Ağaclar uşaqlarındı». 

Və hərdən -bir çörəkçidən çörək alanda onun yanlışın tutub deyir: 

«Yox, olmadı, mən sayaram! Bu bir dənə azdı» . 

Axşamlar evə yığışmırdı. Əli yazıq yorğun-arğın gərək onun dalınca qaçardı. 

Bəyə bəllidir bu cin harada gəzir? 

Hansı  mədrəsə-nin dəmir novdanından yuxarı gedib ki Şirvani altında göyərçin tütsün? 

Ya durub  darvazada Qasım kababçı-nın manqalı başında onla mübahisə edir ki neçə şiş kabab yeyib ya 

yeməyibdi. 

Yada dözüb hava qaralsın mədrəsə -nin hulularına əl gəzdirsin ; və yazıq «Hidayət»-i , mədrəsə babasını, 

ağacların dibinə əkibdir. 

Yada tapılmır ki şüşəsi sınmış qonşu gəlib havar- küv salıb getsin. 

Kimsə bilmir o niyə axşamlar evə yığışıb gəlmir. 

Heç kim anlamır o uşaqdır. Ona bir yeni dünya yaratmaq gərək... 

« Ana ! Od parçası yanı nəmənə?»- bir yol anasından sürüşdü: 

« Yəni sən! Sən bizim dədəmizi yandırdın. Havaxt istirsən adam olasan, adamlara qarışasan? Hamı sənin əlindən 

zara gəlib. Bir "Rezin- daşı" asıbsan boynuyan, ayaq yalın küçə-bacanı qatıbsan qabağıyan, dam-duvardan, 

bağçalardan yığışmırsan. Havaxt ayağıyam başmaq 

 geyəcəksən?» 

« Mənim adım Səfər-di. Od parçası deyiləm» -o cavab verdi. 

« Yox! Ağlı uşaq olsan, sözümə baxsan, olarsan Səfər»-ana dedi. 

Bunla belə Səfər çox mehriban və məhəbbətli bir uşağıydı. Odiki çoxlu yar-yoldaşı varıdı. 

Mahmud -nan Yahı uçurdurdu. Bağçada yemək bişirirdi. Qurban- nan Rezin -daşı 

düzəldirdi. 

Və Zəbi -nən, dibdən qırxılmış başıynan, göldə mayallaq vururdu... 

  

« Alaş!...Alaş!...Alaş!» 



Səfərin səsi məhəlləni bürüdü. 

O təkdir. Durt uşaq, əllərində "Dəstə"-yoğun ağac- onu dövrəliyiblər. 

Lüt , bir tünikəy-nən , girə salıblar vursunlar. Çün, onların icazəsini almamış 

göldə çimmişdi. Qoymurdular paltarında geysin. 

Alaş dam üstə yatmışdı mürgü vururdu. Eləki onun səsin eşitdi divardan züvüb 

güllə kimin Səfərə sarı yumuldu. Uşaqlar gördülər bir it gəlir-nə gəlir, heç qurda ona bata bilməz. 

Bir an da yox oldular. Alaş yetişib dolandı uşağın dövrəsinə , gəlib əllərin qoydu onun çiyninə. Səfər onu 

qucaqlayıb öpdü. Par-paltarın geyib göldən uzaqlaşdı. Gəldi çıxdı ,söyüd ağacları altında, bağçanın, alçaq duvarı 

üstündə oturdu. Və başladı Rezin -daşı-sın bağlasın. Alaş dama qayıtdı.  

İncə bir yel ağacların yarpaqları -nan oynayırdı. 

Birdən, iki əl, daldan, gondu onun gözləri üstə. Səfər hiss edərkən : 

«Sidan»-dedi. 

Südabə, Heydər əminin qızı ,9 yaşında, iki yaş Səfərdən yekə, ev işinə baxırdı və hərdən bir küçə də uşaqlarının 

oynurdu. Anası evlərdə paltar yuyan idi. Atası isə yük çəkən. Sidan əllərin çəkib: 

«Hardan bildin mənəm»-dedi. 


« əllərin bir az soyuqdu» -Səfər dedi. 

«Nəmənə elirsən?» 

«Rezin daşımı düzəldirəm.» 

«Haçanın bir qolu yoğun, bir qolu incədi. Dəstəsi də çox yoğundu.» 

«Olsun. Şüşəynən yonaram düzələr. Iydənin haçası elə belə olar.» 

«Rezini hardan tapıbsan?» 

«Bazarda, hamam dibindəki başmaqçıdan almışam. Hər şeyim var. Haça, rezin, dəri, rezin -bağı. İndi bağlıram, 

qurtulur.» 

«Bunnan quş vura bilərsən?» 

«Vura bilərəm. Amma vurmaram. Guşlar günahdı.» 

«Bir serçə vur şorbasını pişirək.» 

«Yox anam dava elər. Axı bilirsən, quşlarında canı var onlara da can şirindir; quşları  

incit miyəsən, ha!» 

« Ha-ha! Ha zaman incitdim ?» 

«Sınarsa qanadı quşun, uçub gedə bilməz, düşüb qalar, ölər quşlar. Quşları incit miyə sən ha!» 

« Ha-ha! Ha zaman incitdim?» 

«Gör nə deyir bala serçə alçada? Gör nə deyir o sığırçın almada? 

»Ha-ha,nə deyir?« 

» Bilmilrsən?« 

» Bilirsən, de mən də örgənim? Yox! Bilmirəm.» 

«Amma mən bilirəm.» 

«Yaxcı, nə deyirlər?» 

«Oları diyirlər ki, dedim da...» 

«Hardan bilirsən?» 

«Anam deyib.» 

«Nişan vura bilərsən?» 

« Vuraram. Sancağın apar qoy o uzağa, vurum.» 

«Yox, sancağım toz-torpaqda itər.» 

«Mən taparam. Silərəm, gənə taxarsan telləriyən. » 

« Yox itər. Tapınca gec olar, çox gec olar.» 

« Tapıb saxlaram, sora verərəm, taxarsan telləriyən.» 

« Yox, bu toz qatlarında sancaq tapılmaz.» 

«Əyə itsə mən taparam, qorxma tapıb silərəm, saxlaram, gənə taxarsan telləriyən.» 

«Yox, bu qat-qat tozların içində, bir daş tutan sancağı, sən necə tapa bilərsən? 

Qaranlıq düşər, gec olar.» 

  

«Bəs bir daş atım havaya , gəlsin duşun başıyan! Qorxmazsan?» 



«Yox, qorxmaram. Düşməz, at!» 

«Qoy buları bağlıyım, indi ataram.» 

Səfər elə ki Rezin- daşı -sın bağlayıb qurtardı , bir daş qoydu , çəkib atdı  havaya. Bir az sonra, birdən Sidan 

çıxırdı: 

«Vay dalın yansın. Çinim dəlindi!» 

Bu anda Gülzar çıxdı qapıya qab-qaşıq yusun. Gördü Sidan ağlaya-ağlaya evlərinə gedir: 

«Sidan niyə ağlır?» Səfərdən soruşdu. 

«Bir daş atdım göyə, gəldi düşdü başına!» 

« Aman sənin əlindən uşaq. Indi anası gələr üstümüzə!» 

« Mən neyniyim, özü dedi at .» 

Ana qabları yuyub evə qayıtdı . Səfər divardan yendi gölə sarı getdi. Yoldaşları gəlmişdi. 

Amma ürəyi Sidanın yanındaydı. Onun ağlamağın dan tutqun idi... 

  

Göl, Daş qapan-nan Yetimxana arasında, ağacları dibdən kəsilmiş bir böyük bağçanın, içindədir. 



Uşaqlar unun qırağında durub danışırlar : 

«Gedək quş vuraq»-Qurban dedi .Və Rezin -daşısın çəkib birdaş atdı göyə. 

« Vuraq kabab eliyək.»- Mahmud dedi. 

«Gedək tutluğa, tut yeyək» -Səfər dedi. 

«Gedək Şirvani altından göyərçin tutaq ,sirin su verək içib yoldaş olsunlar.»-Zəbi dedi. 

«Yox, sənə bir şey olar gənə, nənən gələr bizim üstümüzə. » Mahmud dedi. 

« Zəbi qorxmursan? Genə istirsən Şirvanıya çıxasan? Hələ ayaqların yaxcı toxtamıyıb»- Gurban dedi. 

«İstirəm tənikə novdanın başın qucaqlayıb qopardam, genə yıxılam Səfərin başına , qərniz üstə , və onu özüm- 

nən beton üstə çalam»-Zəbi dedi. 


« Bax, bax! Dünən axşam əsgəri- nən getdik yetim -xananın duvarından alça dərək. Əsgər çıxmışdı bir 

qələməyə. Dedim "gədə , gəl düş yerə, sən qələmə də alça axtarırsan? Düşdü gəldi,  and içirdi ki yox, alçaya 

çıxmamışdı.» Qurban dedi. 

«Əsgər heç bilmir nə elir. Mənnən də getmişdik ora, duvardan yıxıldı yetim-xananın həyətinə!» -Mahmud dedi. 

«Gedək, gedək tutluğa»-Zəbi dedi. 

Hamısı tutluğa gedi. 

Səfər evə qayıdanda iki başsız sığırçın əlində girdi həyətə. Gülzar evin qabağında ərik ağacı altında oturmuşdu 

yamaq yamayırdı. Uşağı görcək : 

« Vay sənin əlindən, uşaq, vay! Gənə nə iş görüb sən? Gəl otur sən- nən danışmalıyam»- dedi. 

Səfər oturdu: 

«Ana niyə acıqlısan, bu quşları mən vurmamışın. Tutluqda çadırın qırağından yapışdıq , kömək elədik, buları 

əvəzinə verdilər. Mən demişəm daha quş vurmuyacağam.»-dedi. 

«Bala, mənə söz ver ki quşları vurmayasan» -ana dedi. 

« Olsun ana ,söz verirəm, quşları incitmərəm.» 

  



 



Urmu , Dizə uşaqları  

  

«Vurğunlar qul-boyun olub gedirlər.» 



«Vurğunlar qul-boyun olub gənə gəlirlər.» 

«Vurğunlar qul-boyun olublar.» 

«Eşq axtarırsan? Budu ha, qul-boyun uşaqlara bax!» 

«İstirsən eşqi görəsən,  bu qul-boyun uşaqları gör!» 

«Bu uşaqlar bu zamanın uşağı deyillər...» 

Və  habelə bir sözlər, məhəllə də , Zəbi-nən Səfərin haqqında dillərə düşmüşdü. 

Zəbi, böyük babası tərəfindən yarı fars, yarı Azərbaycanlıydı. Amma ata-anası , və özü Tehranda anadan olub 

böyümüşdülər. Onun atası bənnaydı. Anasıda ev də dərzilik elirdi. 

Ailələr paltar alanda hər iki uşağa-Zəbi və Səfərə- alırdılar. Onlar çox vaxt, gecə- gündüz bir-biriynən idilər. Və 

gecələr bir yerdə yatırdılar. 

Başqa uşaqların tərsinə ki bir-birinən dava- həngamə eləyib, yaman-yovuz deyib küsürdülər; 

onlar bir-birinə, heç, "sənə nə" də deməmişdilər. Və hər yerdə özlərini qardaş tanıtdırırdılar. 

Dost, ailə, və bütün məhəllə bilirdi ki bu uşaqlar bir-birinə vurğun dular. 

Onlar bir doğru sevgiyə örnək idilər. Özləri bilmədən xalq içində bir ülgüyə dönmüşdülər. 

Bir-biri-nin istəkin yerinə yetirirdilər. Amma böyüklər təkin yox, ki bir işi təklif üçün  

görürdülər. Onların zatı beləydi. İşləri öz-özünə belə görülürdü. Heç bir istək qabağa qüymürdülar, amma, hər 

lazim olan işi maraqla yerinə yetirirdilr. 

Özləri bilmədən sevinc kədər hər iki sininki idi. Başqa çeşid yox , yalnız belə bir bağlılıq onlar üçün tanınmışdı. 

Həm özgör idilər həmdə bağlı. 


İki yoldaşıydılar. Aralarında olan ilgi, dostluq bağıydı. “Bir-birini sevmək idi. Bəyə sevginin binası bu deyilmi? 

Elə buna görə də onlar seviliydilər. 

Və küçə-bacada adların «vurğunlar; vurğun uşaqlar» qoymuşdular. 

Sevginən dostluq bir olmuşdu, və bir-biridən seçilmirdi. Nəbilim bəlkə də sevgi elə bir cürə dostluqdu. 

Niyə vurğunuydular? Bu sevgi haradan gəlmişdi? Kimsə onları beləmi böyütmüşdü? Yox, 

onlar təsadüf üzəri bir-birini tapmışdılar və qaydadan qıraq aralarında sevgi yaranmışdı. 

Bir gündəlik üz-bə üz çıxmaqdan, bir təbii və dərin yoldaşlıq yaranmışdı ki, hər uşağa qaba gələ bilər. 

Amma bunun sevgiyə dönməsi , görünmüş bir şey deyildi. Qaydadan qıraq , bir təsadüf idi. 

Zəbi və Səfərin sevgisi, ilk baxışların düyünü, və onların bir-birinə calanması idi. 

«İlk baxış sevgisi» yalnız bir sıra adamlara və çox az qabağa gələr. 

Bir "adı bəlli" gücdür. Və tanınmaz. Bir an, bir görüş də görsənər. Bir əzəli-əbədi düyündü ki yalnız bir para 

adamlara sirrini açar. O adamlara ki, ona malikdirlər. 

Bəlkə də, bir iti baxışın, bir işıq telidir; ki ox kimi ürəyə sancılıb qalır. Başqa sözlə insanın tay  tikrarsız,  və 

ölməz cazibəsidir, bir "an"- da;  ki bəşər hələ onun rəmzinə pey aparmayıb. Çün tanınmış əb`ad-dan uzaqdır. 

İlk baxış bir üzvermədir. Bu hadisə onlara üz vermişdi. Və balaca ürəklərin də, bütün  

varlıqları-nan, onu hiss edib, bilməzdən, əbədi ləşdirmişdirlər. 

«Bir ruh iki bədən də». Hamıda bunu görürdü. 

Bir «anı», sonsuz ladırdı(r)lar. O anı ki, bir na tanış, və əbədi  gücü canlandırırdı. 

O yerdə ki camaat və ailə çevrəsi, günü -gündən artıq sevgi və məhəbbətdən boşalırdı. 

Ruhlar yoxsullaşırdı, və adamlar  qurd  kimi bir-birinin canına düşürdülər. Bu arada bir sıra uşaqlar öz məhəbbət 

əskikliyin dostluluq yaratmaqla ödəyib yaşayışı gözəlləş dırırdılər. 

Bəlkə də təbiət göstərirdi, bu tikanlıqda gülləri də var. Və həyat labda boş deyil. Uşaqların dostluğu, sevgisi, bu 

daş həyatın "Həmişə bahar" gülüydü. 

Sevgi böyüklər üçün tapılmaz bir şey idi.  Aldadıcı, başdan ayağa yalan, bir zad idi. 

Bir sıra adamlara hacat idi; bəzi istəklərinə çatmaq üçün. 

Yaşayış qoxumuşdu. Adamlar ürək qalxıdırdı. Çoxları gəndov daydı. 

Onlar heç vaxt, dostluğu , sevgini hiss etəmə mişədilər. Bilmirdilər nə dir. 

 Ölmüş kütlə, saman, xaki tayları, nə bilər sevgi , məhəbbət , dostluğu nə nədir? 

İnsanların birləşməsi sevgisiz yaranırdı; və yalaqlıq, yoxsulluqda pozulurdu. 

Amma ondaki uşaqlar bir-birin sevirdi, taylarında öz röyaları kimi yaradırdılar. 

Onların sevgi, dustluğunda, röya və həqiqət, qarışıb, canlanıb və gözəllığı yaradırdı. 

Gözəllik qoxumuş həyati dəyişdirdi. Gözəl insan, umusuz bu gəndovun bir bucağın durultmaqda idi. 

Uşaqlar bu yolaydılar. Uşaq gözəllikləri göstərib anladırdı, amma kimsə anlamırdı. Onları unudarkən yanından 

keçirdilər. 

Gözəllik, zaman və həyatın qalın toz qatları altında diri-diri quylanmışdı. 

Uşaqlar ondan xəbərsiz böyüyüb həyulaya dönürdülər. Qulluqçu olurdular, ürək qalxıdan çevrəyə, və həyata. 

 

 

Urmu Cumə Məçid 



  

Gözəlliklərə yaslıyam; güllər qəbiristanında. Və avara-avara girlənirəm. Heç birinin başdaşısıda yoxdur. Adları 

torpağa da yazılmamış; yazılanda silinmişdir. 

Ağlıya bilmirəm. Gözlərim quruyubdu. Guru ağac kəmi. Səsim kimsəyə çatmır, əlimdə. 



Heç olmur onları toz qatlarından çıxardıb silim. Can verib dirildim. Yox, heç bir işıq yolu yoxudu. Mən burada 

yalnız bir yoldan geçənəm . 

Yalnız ürəyim də , varlığımın ən dərinliyin də bağırıram... 

  

Dünən gecədən yağan yağış, hələ bütün kəsil məmişdi. Küçə-baca çor-çomur idi; və kiçik çala-çoxurlar suya 



dolmuşdular. Yağışdan islanan serçələr budaqlarda oturub cik-cik edirdilər. Qadınlar gecədən qalan qabları 

yığırdılar küçədən geçən-Dizə arxında- yusunlar. 

Mədrəsələr bağlıdı və uşaqlar evdəydilər. 

Qapı çalındı. Səfər tez qaçıb qapını açdı. 

«Gəl gedək. Əyə  bu gün işimizi görməsək, getdi, birdə qaladı gələn ilə»-Zəbi dedi. 

«Soruşdun nəmənə eliyək, hara gedək?» Səfər dedi. 

«Həyə, ata-anam dedi gərək "Cümə Məscidinə" gedək.» 

«Düzdü. Məndə soruşdum, babamda belə dedi. Amma pul lazımdı.» 

«Məndə bir az var.» 

«Bir azda məndə var.» 

«Bəs niyə durmuşuq? Qaç, geyin gedək.» 

«Yaxcı. Gəl içəri geyinim.» 

Gülzar gördü uşaqların gənə qorqusu var; gedirlər. Amma təmiz paltarınan. 

«Gənə hara?» soruşdu. 

« Gedərik bir yaxcı iş görək.  Qayıtdıq deyərik?» Zəbi dedi. 

«Yaxcı. Amma gec gəlməyin. Biriynən də dava eləməyin. Bu gün bayramdır»-Gülzar dedi. 

«Baş üstə.» 

Səfər hazır oldu , yola düşdülər. 

Dizə dən Cümə Məscidinə -bazar içində-çox yoldur. Amma onlar yolun uzaqlığına fikir  

eləmidirlər. 

Pullarının az olmasından nigaranıdılar . Qorxurdular pul azlığı qoymaya işləri düzəlsin: 

«Səndə neçə var?»-Zəbi sürüşdü. 

«4 qıran. Hamısıda un şahılıq»-Səfər dedi. 

«Məndə də 5 qıran var. Gəl bunuda qoy onun üstünə, elər 9 qıran. Əyə artıq istəsələr, bilmirəm. Neyniyək?»-

Zəbi dedi. 

« Yanı yox diyəllər? Pul azdı, Amma hamısı xırda puldu; bax! Bir ovucdur; çox gözə gəlir. Bəlkə gördülər 

çoxdur, heç saymadılar, elə biləsi alıb qoydular ciblərinə.-«Səfər dedi. 

«Yaxcı. Gəldik saydılar, onda necə olar? Bəlkə dedilər "bu azdı olmaz; gərək 5, 10 Tümən verəsiz.  Onda necə 

olar?»-Zəbi dedi. 

«Bilmirəm.» 

«Bax!  Əyə dedilər "puluz azdı, olmaz" deyərik bundan artıq yuxumuzdu.» 

«Gənə dedilər olmaz. Onda gərək nə eləmək? » 

« Bilmirəm.» 

«Mən bilirəm.» 

«Hən?» 

«Yaxcı bir dava elərix, hamınıda ora yığarıq.» 



« Yox, dava eləmərix. Anayan qovl vermişəm.» 

«Həyə, düz deyirsən.» 

Onlar danışa-danışa məscidə yetişib içəri girdilər. 

Hovuzlu bir böyük həyət ; dövrəsi hücrə-hücrə. Qapıdan girən yerdə, sağ əldən, hücrələr başlanır. Elə orada , bir 

kiçik hücrə də, bir gənc malla, qara saqqalı,  

ağ əmmaməli, və bir tələbə yanında, oturmuşdu. Onlar öz-özlərinə yavaşca Quran oxurdular. Zəbi yeridi qabağa 

salam verdi: 

«Bağışlayın, qardaşlıq üçün harda əqd eliyə bilərik?»- soruşdu. 

«Burda. Bu gün . Qum Qədir bayramında. Biz əqd elirik.»-malla dedi. 

«Biz istirik qardaş olaq»-Səfər dedi. 

«Çox yaxcı. əl-ələ verin.» malla dedi. 

İki yoldaş əl-ələ verdilər. 

«Hansıyız böyüksüz?»-malla soruşdu. 

«İkimizdə bir yaşdayıq»-Səfər cəvab verdi. 

«Bir-birin sözünə baxarsız? Qardaşlığı saxlaya bilərsiz?»-malla soruşdu. 

«Bəli»- uşaqlar dedilər. 

malla bir ayə oxudu : 

«İndi siz qardaşsız. Qardaşlığıyızı saxlayın»-dedi. 

«Sağ ulun. çox məmnun»- uşaqlar dedilər. 

Səfər cibindən bir ovuc xırda pul çıxartdı. 



«Yox, pul istəməz. Biz uşaqlardan pul almarıq. Pulu aparın xəşləyin» malla dedi. 

Uşaqlar gənə də "sağ olun" deyib sevinc ilə yola düşdülər. 

Onlar evə qaytdılar.Yolda əl-ələ veririb, qul-boyun olurdular. Xiyabanda deyilədilər.  

Öz aləmlərin dəydilər. Bilmirdilər haradan keçib, haradan gəlirlər. Sevincdən yerdə-göydə dururdular. 

«Əvvəl dəfə ki səni gördüm, Məmməd-inənidin; onlara gedirdin. Dibi bağlı küçə də. Mən birdən evdən çıxdım; 

bir-birimizin yanından geçdik.»- Zəbi dedi. 

«Birdən evdən çixədin, dibi bağlı küçə də bir-birımızın yanından geçədik...Yox,geçəmədik. 

Yəni həm geçədik, həmə də geçəmədik. Elə ki  bir ləhzə bir-birımızı gördük baxışlarımız tokkuşub düyün-

lənəndi.« 

O işıqda. O işıqda ki mən gördüm...»-Səfər dedi. 

«O işıqda ki məndə gördüm... 

Və  ürəyimiz həmişəlik bir oldu»-Zəbi dedi. 

«Yox! Bəlkə qəlbimiz elə əvvəldən biryidi. Bircə biz bilmirdik. Bu baxış yardım elədi ki 

görək biz birik. İlk baxış...işıq..» Səfər dedi. 

«İlk baxış...işıq...işıq...əyə olmasaydı mən səni hardan tapacağıdım?»-Zəbi dedi. 

«Əyə küçə dəki ilk baxış olmasaydı biz heç vaxt bir-birimizi tapa bilmiyəcəyidik»-Səfər dedi. 

«Adam gündə çoxların görür, Amma ilk baxış qabağa gəlmir»-Zəbi dedi. 

«Niyə? Niyə belədi?»-Səfər dedi. 

«İlk baxış fəqət bir dəfə qabağa gələr. Daha gəlməz. Son baxışdı»-Zəbi dedi. 

«Deyirsən adam gərək onu axtarmasın? Yəni özü gələr ya gəlməz?»-Səfər dedi. 

«Həyə. Birdən-birə gələr. Fəqət bir dəfə gələr , qalar; daha getməz, və gənə gəlməz»-Zəbi dedi. 

«Heç kəsin sözünə də baxmaz?»-Səfər soruşdu. 

«Həyə, bəzilərinə qabaq gələr, bəzilərinə də gəlməz»-Zəbi dedi. 

«Adam bilməz havaxt gələr, havaxt gəlməz. Bəlkə gəldi, bəlkə də gəlmədi« -Səfər dedi. 

«Həyə, təsadüfdü. Maşın-nan adamın təsadüfü kəmin. Heç kəs bilməz adam təsadüf eləyəcək ya yox. Havaxt 

eləyəcək ya eləməyəcək»- Zəbi dedi. 

«Hamı bonları bilir? İlk baxışı deyirəm?»-Səfər dedi. 

«Bilmirəm. Kimi bilər, kimi də bilməz.»-Zəbi dedi. 

«Yəni olarda birdən-birə bir-birın görürüb seviblər?»-Səfər dedi. 

«Həyə.  Maqinet kimi ilk baxışda bir-birə sarı çəkiliblər. Özləri ki yox, ürəkləri. 

Sonra əyə adam dost olsala məhəbbət qalar» Zəbi dedi. 

«Bilmirəm adamın ürəyində nə var. Fəqət bilirəm ki əvvəl dəfə səni görəndə işıq, gözəllik 

gördüm.» Səfər dedi. 

«Məndə elə o cür, işıq gözəllik gördüm» 

«Həyə fəqət bir an» 

«Həyə, fəqət bir an. Sora səndə geçib gedin, məndə»-Zəbi dedi. 

«Bir-iki gün sonra gəldim göl qırağına, sən dedin "gəl kərpic kəsək". Eviyizi təzə  

düzəldir diz »-Səfər dedi. 

«Həyə, baban istirdi bizim evin yanında yer alsın, dedim həm sizə kərpic kəsək, həmdə bizə»-Zəbi dedi. 

«Həyə ev olmadı amma bir-biriməzi tapdıq»-Səfər dedi. 

«Həyə, tapdıq, yoldaş olduq, qardaş olduq; rahat olduq»-Zəbi dedi. 

«Həyə, rahat olduq. çox.»-Səfər dedi. 

elə ki evə girdilər : 

«Hən, hardaydız?  Neynədiz?»-Gülzar soruşdu. 

«Getdik  məscidə qardaş olduq»-Zəbi dedi. 

Və cibindən bir pakt çıxartdı ki uşaqların məşq kağızından düzəlmişdi. Gülzara sarı 

tutub dedi: 

«Buyurun, xurmadır. Buda bizim qardaşlıq şirnimizdi. Indi biz doğuşdan qardaşıq». 

Gülzar bir dənə götürüb: 

«Mən balalarımın məhəbbət sevgisinə güvənirəm. Bizi başı uca elədiz»-dedi. 

«Indi heç kəs, heç zad bizi bir-birdən ayıra bilməz« Səfər dedi. 

Onlar qol-boyun olub evdən eşiyə çıxdılar ... 

Zəbi Səfərə oxudu: 

"

ﻦﻣ ﺮﺘﺴﮐﺎﺧ ﺪھﺪﯿﻣ نﺎﻓﻮﺗ ﮫﺑ ﺮﺧآ ﻮﺗ ﻖﺸﻋ



 

ﮫﺘﻓﺮﮔ ﻻﺎﺑ ﻢﻟد رد ﺲﺑ زا ﻮﺗ ﻖﺸﻋ ﮫﻠﻌﺷ

 "...

 

 



"

مور ﺎﮭﻨﺗ ﻢﻨﮐ ﺮﻔﺳ

 .

 هار ﺎﮭﻨﺗ



مور اﺮﺤﺻ

 

مور ﺎﮭﻟد زا ﺪﯾﺎﺷ ﺎﺗ ،ﺎھ هﺪﯾد زا نﺎﮭﻧ مﻮﺷ



 

مور ﺎﺠﮐ ﺮﭘ و لﺎﺑ ﯽﺑ ،ما ﮫﺘﺴﮑﺷ ﺮﭘ غﺮﻣ ﻦﻣ

 

؟مور اﺮﭼ ؟مور ﺎﺠﮐ ،ﯽﺴﮐ ﺪﺳﺮﭘ ﯽﻤﻧ ﻦﻣ زا



...

"

  



  

  

O sonra sözlərinin mənasını dedi : 

«Ancaq  sevgin verəcək 

külümü yel-tufana 

sənin eşqin alovi 

çox ucalıb könlümdə... 

Yalqız səfər eylərəm 

düşərəm çöllərə mən 

özümü gizlədərəm gözdən 

bəlkə ürəkdən çıxam mən 

qanadı sınanmış bir quşam  

qanadsız hara gedə bilərəm 

kimsə məndən soruşmur 

hara gedim, niyə gedim mən... 

  

Zəbi sözün qurtarandan sonra Səfər dedi: 



«Dünən gecə, əmim-nən , dadaş əmi gilə geçdik. Bizə əsəli-kərəm-nən oxudu. 

Qulaq as: 

Fələk məni bağbandan elədi 

süsən ağlar ,sünbül ağlar, gül ağlar 

dost bağına axmaz oldu bu sular 

dağlar ağlar, bağlar ağlar, dil ağlar... 

  



 

Q. Kəsrayi 

  

İbad əmi yapışdı Səfərin əlindən,"Nişat" adlı, bir ilk mədrəsəyə apardı. 



Uşaqların yığını mədrəsə də ləpələnirdi. 

Qapı qabağı qala-balığıydı. Uşaqlar hey girib-çıxırdılar. Hamıda özgə. Baba gördü uşaq 

tumuxub, və özünü yalqız, adamsız, hiss edir: 

«Bala, qorxma, get içəri. Hamı sənin kimin təzə gəlibdi. Yavaş-yavaş bir-birz-nən yoldaş olacaqsız.» -dedi. 

Bu arada bir uşaq Səfərə sarı gəldi: 

«Səndə əvvəl kılasına gedirsən? gəl yoldaş olaq»-dedi. 

Və əlin saldı onun boynuna ki içəri aparsın. Səfər babasına sarı: 

«Baba mən gedirəm. sora evə gəlrəm»-dedi. 

«Yaxcı bala, get! Get içəri!» 

Uşaqlar getdilər. bölündülər, müəllimlər gəlib özlərini tanıtdılar, və dərs başlanıb qabağa getdi. 

Müəllim, ucaboy, arıq, başı keçəl, silindrli, çer, bir gənc kişidir. 

Konaz və qısqıcı. Onun yalnız məhəbbət, hünəri, bir toqqalı gön qayışı idi, ki Uşaqları onla vurardı. 

Səfər dərsdən bir zad anlamırdı. Kitab, müəllimin danışığı farsı dilindəydi. 

Və  o kötək yeyən uşaqların sırasından idi. 



Bir yol Əli gördü uşağın əli yaralanıbdı. Bu xəyal-nan ki gənə də Uşaqları-nan vuruşubdu, onu bir tumarladı: 

«Məni niyə vurursan? Biri-nən vuruşmamışam. Müəllim qayışı-nan vurubdu» -Səfər dedi. 

«Yaxcı eləyibdi, gərək dərs oxuyasan»- ata cavab verdi. 

O Farsı sözləri yadında şaxlıya bilmirdi. 

Elə ki mədrəsədən çıxırdı bütün hər şeyi unudurdu. Sonda beyninə bir fikir düşdü : 

«Çün uşağam Farsı yadımdan çıxır, yaxcısı budur ki dərsi evəcən yadımda şaxlıyam; 

anama öyrədəm, unudanda ondan soruşum» öz-özünə dedi. 

Bu işi də gördü. Eləki axşam top oynamaqdan evə qayıtdı Əli dedi: 

«Oğlum oxu görüm bu gün nə öyrəndin?» 

Oxuya bilmədi. Gülzardan soruşdu.  Oda bilmədi. Dava elədi. 

«Bala niyə acıqlanırsan? Mən bir zad bilmirəm.» 

«Axı mən sənə öyrətdim.» 

«Canım-gözüm mənim savadım yoxudu.» 

«Anaynan dava eləmə! Çalış özün hər zadı yadında şaxlayasan! Mədrəsə də uşaqlardan, yoldaşlarından, soruş 

öyrən!»- ata dedi. 

« Obiri kılasın müəllimi çox yaxcıdı. Dərsi ucadan uşaqlarınan neçə yol qatlayıb deyir, hamı örgəşsin. Amma bu 

keçəl fəqət bacarır qayışınan adamı vursun...» 

Uşaqların əlin yaralayan dərs: 

« Dara , Azər 

Kitab-e- Dara, ərusək-e- azər 

Dara tup bazi mikonəd. Azər tup bazi mikonəd. 

Tup-e- dara, ərusək-e- azər.» 

 

 

Nişat ya Amir Kəbir mədrəssı 



  

Səfər bilmirdi nə eləsin. Öz yaşayışının çətinliklərinə fikir eləyirdi. 

Anası parçadan tikən mədrəsə cantasın asmışdı çininə evə gedirdi. 


Sıraynan düzlün söyüd, qələmə ağacları, budaqlarda quşların səsi, arxda ot xəzəlin altından zini-zini axan suyun 

nəğməsi, möhərə divarlar, küçənin toz-torpağı, yalqızlıq, səssizlik, 

onu fikrə cumdurmuşu. Dava-həngamələri araşdırırdı: 

«Qunşu dedi : 

"Oğlun Rezin -Daşı-nan vurub şüşəmi sındırıbdı." 

Atam bir sillə qoydu qulağımın dibinə. Evdən qaçıb getdim, birdə qayıtmadım. 

Onlar fənar əllərində küçə-bacanı, həyəti addım-addım gəzdilər. Məni tapammadılar ki tapammadılar. 

Elə bil mən heç doğulmamışdım. Yada yağışın suyu kimin yerə batmışdım. 

Bəlkə gecə, kimsə-nin gözünə yoxuda gəlməmişdi. 

Səhər anam istirdi gənə düşsün dalımca, axtarsın; tapılıb dedim: 

"Birdə məni vursaz, gedəcəyəm daha gəlmiyəm." 

"Hardaydın?" -anam soruşdu. 

"Ərik ağacı başında. Gördüm hər yeri dolandız. Sora yenib getdim dam üstə, tayada, yoncalar içində yatdım..." 

  

Alaş noxuş idi. Küçə də böyük-kiçıkin girinə düşəmüşdü ; daş idi ki təpəsinə yağdırırdılar! Bir an qapunı açdım, 



gırdı içəri. Tez bağladım. Alaş qaldı,qaldı,mənə bir yaxcı yoldaş oldu... 

Həsənin yalnız bir qıranı var idi. Onuda "Cərmə Dəxəlili"-nə saldı. Farsı danışmamışdı... 

Kərim gərək pəncərə qabağından geçən quşu görsətəydi,  ki müəllim barmaqları arasına, qoyub sıxan midad, onu 

yaralamıyaydı. Farsı danışmamışdı. Quş tapılmadı. Barmaqlar 

qarladı, yaralandı. O ağladı. Çox... 

Ev vurur. Küçə vurur. Mədrəsə vurur. Hamı-nın əlindən ,ayrı iş yox, bircə vurmaq gəlir... 

Amma "Usta Yusifi" istirəm. O gün başımın tükü ucaydı, mədrəsəyə qoymadılar, onun yanına getdim. Cibimdə 

pulumda yoxudu. Dedi "gəl içəriyə, nazım biləyin qaytarıbdı? Otur başıyın vurum. Əyə indi pulun olmasa sabah 

gətirərsən". Dedim sabah hətmən gətirərəm ". Və o başımı qırxdı... 

"Keçəl Əbülfət"-i də istirəm. Gün də mədrəsə qabağında bizə xonçasında «şans şirnisi» satır. Çox yeməlidir. 

Hərdən bir içəndən 10 şahı cayızə çıxır. Bu nazım boş yerə danışır, ki on-nan bir şey almayaq..." 

"Gasım kababçı" -nıda istirəm. Heç sayıb baxmaz ki neçə şiş kabab yemisən. Hər neçə verdin veribsən. Pulun 

ağ-buzuna baxmaz... 

"Əmi Noxudçu"nuda istirəm. Xiyabanda dolanıb noxud satar. Onun çox yemli noxudları var... 

Yalqızam. Nə bacım var nədə qardaşım. Bircə alaşım var və Rezin Daşım(ox). Və oyun daşlarım...» 

Səfər yalqız qalmadı. Zəbi-ni tapdı, on-nan əl-ələ verib illər boyu mədrəsəyə getdilər... 

  

Mən nə görürəm? Haradayam?... 



Onda ki uşaq mədərsə dilin anlamaz, qayeşınan anladarlar? Ondakı qorxudan quş olub buqdağa qonar;  və iti 

küçə də daşa basıb əzərlər, ondakı yoxsulluq adamın belin büküb ürəyin buşaldar...Mən nə iş görəbilrəm? İçim 

dalğalanır! Bu yaşamdı ya ölum?... 

Mən bir qurbanlığam ? 

O deyiləm ki çoxdandı ölübdü; Ya düzü, öldürülübdü, və fəqət  ruhu, kölgəsi avara gəzirmi?... 

Yox mən ölməmişəm. Addımların səsin eşidirəm. Adamlar danışırlar. Maşınların səsi də qulağıma gəlir. Hələ 

ölməmişəm. Amma bura haradır? Nə fərqi var ki haradır.  

Mən diriyəm ki bir ölü həyatın dalınca olam. Və onla bir daha öləm. Ölü yaşayışdan söylürəm, yox ölü adamdan. 

Amma bunun nə ilgisi var mənlə? Bilmirəm. Bunu onlardan soruşmaq gərək ki, mənim nəfəs almağımıda 

dözmədilər. Və ondanda məni paysız qoydular. Amma mən ölmədim, hələ nəfəsim gəlir. Yox ölmərəm. 

Diriyəm. Uşaqlar dünya-ya gətirəcəyəm ki, Zəbi-nən Səfərin sevgisini gücləndirib ardın  tutsunlar. 

Gülzar qonşunun süt əmər uşağına döşündən süt verdi; mən bir yaşamın süt əmər uşaqlarına, bir şəhərin, bir 

ölkə-nin uşaqlarına süt verəcəyəm. 

Yox, ölüm məni qorxutmaz; mən doluyam yaşayışdan; tufanından.  

Dalğalanır süt döşümdə; zamanın şaxtasından qızarıb ovud larım, dodaqlarım. 

  

Qüssəmin rəngi sevinc. Sevgi ilə süt verirəm ölüyə; yağışda həsrətli baxışlarım, darayır qarışmış tellərin.O gənə 



diriləcək; yox diridi o. Mən vurğunam bir "ölü-diri"-yə. 

Bir qadınam. Bir ölünün qadını ki, dodaqlarımdan qan əmir, döşlərimdən yaşam içir. 

Haraya gedir, gedirəm, yanıcayam. Aramızda ayrılıq yox, birik var. O mənam. Mən o. 

Bizik bir-birinin ev- eşiyi, düz-çörəki. 

Dirilər-nən bir bağlılığım yoxdur. Nə yaxcı, tüstü olub hər şey. 

Yalnız vurğunam bir ölü-diri-yə! Aparır məni o dalğalar içinə. 

O qız təkin ki vurğun idi, daxmalara və qamış komalarda, həyat sürənlərin ölülər yaşamına.  

Və “Qəraçıların” ...  

Və onlar-nan avara girlənirdi... O ki bir başqa ölü gündə , xiyabanda qana bulaşdı... 

Bir qadınam. Bir ürəyi duru qız. Uşaqlıq röyaları kimi; ki görürəm... 

Yoxum gəlir. Yoxum gəlir... 


Elə bil Uşaqlar məni çağırır. Onlar böyüyüblər. Bəlkə də 13 yaşları var. 

« Kimsə məndən soruşmur, hara gedim, niyə gedim mən.»-bu Zəbi- nin səsimi? 

«Dost bağı.. Dust bağı ...Hara gedim... Niyə gedim mən...»-bu Səfərdi  ki, hıçqırıb sözü qatlayır ? Görəm gərək... 

  



Zəbi-nən Səfər göl qırağında qoçaqlaşıb ağladılar! 

Zəbi -nin atası evi satmışdı. İstirdilər Tehran-a köçsünlər. 

«Heş kəs bizim yoldaşlığı-mıza fikir eləmir. Biri mənnən soruşmur istirəm harada yaşıyam. 

Harada rahatam. Heş kəs mənim əlaqəmə fikir eləmir. Heş kəs bilmir bu ayrılıq necə çətindir. 

Mən sən siz necə yaşıya bilərəm?...»-Zəbi dedi. 

«Ayrılıq ölüm-nən bətərdi. Kaş öləydim bu ayrılığı görməyəydim. Indi mən hara gedim?  

Kim- nən əl-ələ verim? Necə tək qalım? Sənsiz! Sənsiz! Kaş öləydim!...»- Səfər dedi. 

«Yox ölmüyəcəyik . Güclü ol! Baxaq görək gənə necə eliyə bilərik bir-birimizi tapaq; ya sən gələrsən mənim 

dalımca yada mən gələrəm sənin dalınca. Ola bilər ki uzuna çəksin, amma çarəsi yoxdur. 

Heş kəs bizə fikir eləmir...»- Zəbi dedi. 

«Sevgimiz dostluq bağın gülləndirmədi. Su içmədi. Bütün gülləri soldu...»- Səfər dedi. 

«Ayrılıq dostluğun belin bükdü. Qılınc kimi ikiyə böldü. Amma bizi ayıra bilməz.  

Sevgimiz qalacaq. Biz ayrılıq, ölümdən güclüyük...»Zəbi dedi. 

«Yox heç bir şey bizi ayıra bilməz. Nə ayrılıq, nə də ölüm...»-Səfər dedi. 

İllər keçdi. Acı illər. Dərdli kədərli illər. 

Ayrılıq bir keçilməz divar kimi onların arasında uzaqlıq salmışdı. O günə cən ki, Zəbi dən Səfərə namə gəldi : 

  

  

  



 

 

  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə