Məriz, dokdur, dava sözləri , adam və ayaq səsləri qulağıma dəyir. Hiss edirəm : Əzəldən məriz -xanadayam ,
yada bir yoluq buraya qayıtmışam. Mən məriz- xanada doğulmuşam, burada yaşıram, burda da öləcəyəm.
Uzaqda əyləşənəm. Vətən alçaqlar üçündür. Mən öz gizli duvarlarımdan keçirəm.
Görünmədən. Yoxsa sayılan deyiləm. Bircə vətən əhli cazibəli suyu şirindir. Çöldə gəzən boz serçələrin vətənlə
nə işi varmı?
Ax, gözlərim! Yorğun-arğın. Bütün bu səksəkəli qayğılı yuxulardan...
Gözətçi qapını açdı. Səfər at şalvarı və incə yay köynək əynin də , qaytansız başmaqları ayağında həyətə girdi.
Və elə orda, qapı ağzında durdu. Sərbaz dəmir qapını bağladı. Bir çox dustaq hamılıq bənddən həyətə töküldü:
«Gəlin, yalqız qalmayın, biridə gəldi. Uluyub hamını bura tökəcəyik.» bir oğlan dedi.
Bir az dolu və uca boy bir kişi irəli gəlib :« Bura gəldiyin üçün incimə! Biz aftafa oğrusu deyilik, azadlıq üçün
gəlmişik», Səfərə dedi.
Səfər dinmədi. Onu içəriyə apardılar. 15-20 kişi ancaq orda yerləşmişdi. İki mərtəbəli dəmir taxtlar, durt yanda
düzülmüşdü. Biləsinə yer və pəti verdilər. O taxtın üstündə oturarkən
dustaqların biri içəri girib: Səfər gəl! Yoldaşın istəyir sən- nən danışsın» dedi.
«İstəmirəm səsin eşidəm» Səfər dedi.
«Hirslənmə. Indi vaxt tapıb sən- nən danışsın. Dur gör nə deyir. Belə bir vaxt az ələ düşər.»
Səfər durub həyətə çıxdı. Dostu tək sellulun həyətə baxan dəmir milli qapıcığından başın qovzayıb : « Səfər,
mən- nən incimə! O "Eynək -saz" yadındadır? O, hər şeyi xəbər verib, məmur imiş. Ona allandıq. Məni
ölümümə vurub işkəncə elədilər, bir söz ağzımdan çıxmadı. Eləki gördüm o hər zadı yazıb onların qabağına
qoyub, daha boş-boşuna dayanmağı düz bilmədim. Buna görə hər zadı boynuma aldım. "İştibah" –da mən-nən
oldu. Tanımamış adama inandım. Nə cikkin bildim, nədə bökkün.» yavaşca dedi.
«Niyə öz aramızda olan işləri də demisən?»
«Hər şey üzə çıxmışdı. Daha xırım-xırda şeylər üçün dayanmadım.»
«Xırım-xırda? Heç bir şey xırda deyil. Hətta iynənin ucuda...»
Səfərin yoldaşı dərbəçədən yendi. Və o bəndə qayıtdı.
Dönəsi günü səhər çağı saat beş də, bir "dərəcəli" bəndə girib hamını yuxudan oyatdı həyətə tökdü:« Bə səf! »
bir nizami səslə qışqırdı. Səfər sıraya baxarkən gördü adamların heç birisini tanımır.
Bir Əfsər gəldi hamını "hazır-qaib" eləyib getdi.
Biri dedi: «Bax! Bax! Fələhy qarqa genə gəldi. Gör nə ağır uçur.»
O biri:« Yazığın uçmağa da bir qanadı yoxdu. Gör necə can atır uçmağa»-dedi.
O biri: Əyə bir azda tələyi tökülə, tappıltı-nan yerə düşəcək!»-dedi.
Səfərin ürəyi bətər döyünürdü. Hiss elirdi indi qarqa düşüb öləcək...
Mahmud Avropa ölkələrin gəzib qayıdar kən, pasportu olmadan, tutulmuşdu. O indi həyət də dişlərin "Fab"nan
yüyürdü. Diş xəmiri çətin tapılırdı.
Birisi Urmunun adlı- sanlı müəllimi -Kəsrayi- dan danışırdı ki, necə bir mehriban ana təkin dərya dustaq-
xanasına getməmişdən, uşaqlara yemək üçün süfrə salırdı; qazanı yuyurdu...
Kədərli günülər həftələr öldürücü ürək sıxıntısı ilə geçdi.
Sonda Səfəri dostlarıla birlik də “Quşçu Padeganı”- na göndərdilər...
Və mənim ruhum azğın bir quş kimi avara olub çöldən -çölə düşdü...
Çöllər. Gözəl bir kəndlər . Çeşidli ağaclar , söyüd, qəlmə, ərik, alma, və...xüsusən badam ağacları.
Şor Dərya. Yaşam düzü. Və əlvan-əlvan mühacir quşlar...
Və Padegan. Ki qoş düşsəydi ora uçuşunda itirərdi!
Səfər sərabmı məni öz dalınca çəkir ?
Onla nə ilgım varmı? Bilmirəm. Bəs niyə məjburam hər yerdə dalısıca düşəm? Öz əlimdə deyil. Məyə adam
röyalarındakı sarab cazibəsindən özünü qurtara bilər?...
Yox, o sarab deyil. O mən özüməm .
Cismən fərqlənirik. Amma ruhumuz birdir. Bilmirəm hansımızın ruhu bölünüb o birisinin Qalıbına dolubdur.
Mənim ki ya onunku? Nə fərqi var, bizim ruhumuz qarışmışdır. Bunu mən yaxcı hiss edirəm.
Amma o necə? O yalnız bir röya, xəyaldır mənim darıxma larımın çırpıntısında.
İstirəm ona yaxınlaşam. Əllərin tutub ləms edəm. Parlaq gözlərinin içinə baxam. Biləsin öpüb bağrıma basam.
Qucağına cumam. Yavaşca söyləyəm bütün söyləməli sözlərimi.
Və uyam. Uyam, acı-şirin yuxularimizi.
Yox bizim aramızda bir divar durub. Bir keçilməz dünya. Ondan çıxıb geçmək mahal işdir.
Mən yatmışam ya oyağam? ölüyəm ya diri?
Yatış , oyanış, ölüm-dirim; nə fərqi var mənə? Mən dayıma bu qəbiristanda, heyvərə -lərın qan daman
qaynaqlarında olmuşam. Neçə yüz , neçə minillik ölülərin, çənganlıdayam. Heyvərələrin! Öz Uşaqların yeyib
dananların!
Bu dünyada dayıma ölü sayılmışam. Bircə xoşluğum bu sərabımdı.
Bir körpəcə güləm, qoy aparsın axar çaylar sel məni...
Dustaq -xananın qapısı bir uzun salona açılır. Dib qapısı həyətə çıxır. Duvarlar uca. Başlarında tikanlı simlər.
Uzaqda bölgə dağlıq. Dağlar Padegana göz tikiblər.
Dustaqların sellulu bir böyük otaqdı. 9 kişi yerdə yatır. Hər gün onu« Te »-inən təmiz elirlər.
Sərbaz və dərəcəlilərin gediş-gəliş səsi salonu bürüyübdü.
Səfər əl-üz yumaq şirini açdı.
Bir "Sərbaz Vəzifə", yan-dövrəyə baxa-baxa ona yaxınlaşıb səlam verdi. Səfər ona sarı çönmədən salamın aldı.
Səs tanış idi. Sərbaz «Səfər» deyərkən ona baxıb :« Şəban, sən burda nə elisən» deyib soruşdu. Və gənə əl-üzün
yumağa başladı.
«Eşidim burdasız. Subaşı bahanasına, gəldim görüm yardım eliyə bilərəm. Bir sözün namən olsa yetirə bilərəm.»
Şəban Səfərin məhəllə yoldaşlarından bir idi. O burda «sərbaz vəzifə» dövrəsini keçirdirdi.
«Çox sağ ol! Mümkün olsa anama deyin məni gördün . Eliyə bilsə görüşümə gəlsin. Bir namə də yazaram.
Amma qəlm kağızım yoxudu.»- dedi.
«Məndə var. Yaz sabah gəlib apararam.»
«Çox yaxcı ,var ol!»
«Oldu. Gənə bir işin olsa varam.»
O getdi. Səfər qəlm kağızı paltarı altında gizlədib sellula qayıtdı. Özünlə düşündü:
«Yox, burda bir şey yaza bilmərəm. Hamı görər, gedib xəbər verərlər. Subaşında yazmalıyam», öz-özünə dedi.
sellulun gözətçisi-sərbaz- subaşına getməyi çətin tutmurdu. Səfər namədə yazdı:
« Səlam,
canım ana! Bağışlayın.
Sizə çox qəm-qüssə vermişəm.
Arzu elirəm kəf-əhvalsız yaxcı olsun.
Mən yaxcıyam. Burda 9 nəfər Urmu-luynan bir yerdəyəm.
Yemək, həyətə çıxman, vərdiş, ruznamə oxumaq, otağı təmizləmək, bizim gündəlik
işlərimizdəndir.
Hələ ki burdayıq. Elə bil sonra bizi dərya dustaq -xanasına göndərəcəklər.
görüşsüz üçün ürəyim şişib. Çox sevərəm sizi.
Həmişə istəmişəm sizi sevindirib damaqlı görəm.
Amma əfsus ki eliyə bilməmişəm. Və dərd-qəmi- yizi artırmışam.
Bilirəm çox yalqız qalıbsız.
Məndə bu qədər adam içində yalqızam. Bəzən səhərsiz xeyr; gecəyiz xeyr-dən, suvay bir başqa sözümüz yoxdur
danışmağa. Bir-birimizə özgə sayılırıq. Günü-gündən artıqda
özgələşirik. Amma nigaran qalmayın, onda ki sizin məhəbbət, sevginizi düşünürəm qüssələrimin odu sönür.
Ax ana! Nə deyim, Necə deyim; mənə dünya dar olur eli qəməli görəndə...
Atama, bacı-qardaşıma salamın var. Üzüyüzdən öpürəm; dust-tanışa
Səlam yetirin. Oğluyuz Səfər.»
O dostuna güvənirdi. Amma bunla belə istəmədi bundan artıq bir söz yazsın. Düşündü ola bilər ki namə ələ
düşüb yerinə yetişməsin.
Dönəsi gün, səhərçağı, Şəban gəlib naməni alıb getdi.
Bir həftədən sonra Gülzar Uşaqlar-inan birlik də (Vəli 12, Mələk 7 yaşında ) görüşə gəldi.
Gözətçi onları bir otağa apardı. Səfərin dostları qapının iri sim toru arasından onları görürdülər.
Uşaqlar Səfəri görcək başladılar ağlama. Gülzarın gözləri doldu.
Öpüş görüşdən sonra Səfər dedi:
«Nigaran olmayın. Görürsüz sağam. Bir neçə ay burdayıq. Sora yaxına gələcəyəm. Atama əmimə səlam yetirin.
Hələ ki burda qərə ağac kötüyü çıxardırıq...»
Uşaqlar iki yandan onu qucaqlamışdılər. Elə qardaş-qardaş dəyirdilər.
Gülzar dedi: « Bala özüyün qoru. Yalqız deyilsən. Ürəyimiz sənin yanındadır. Ata-ana səndən razıdı. Başı
ucalığı mızsan. Səndə bizdən nigaran olma. Atan işlir. Sağ- səlamət yaşırıq.»
Səfər bir az da Uşaqlarının danışdı. Onları güldürüb gözləri -nin yaşın sildi.
Bu arada gözətçi xəbər verdi, görüş vaxtı qurtuldu.
Az-çox bir rüb vaxt, heç bilinmədi necə gəlib-necə getdi.
Onlar getdilər. Səfər sellula qayıtdı.
Yoldaşları dedilər:
«A balam, Uşaqlar səni çox sevir.»
«Məndə onları çox sevirəm.», Səfər gülə -gülə dedi.
Ürək çırpıntısı , ruhi sıxıntılar, aylar davam tapıb, geçdi.
Dəfələr sorğu-cavab, işkəncə:
« Qəblən rəftid kon dadid, hala amədid rejim əvəz mikunid?!..."
Bilmirəm bu kimdir ki hərdən mənim başım üstə adımı çəkib “Zamana, Zamana deyib oxuyur:
Zamana ay Zamana! Oxum gəlmir kama
13
Kola
Bu Pərəstar bir adamlardan deyib -danışır, elə bil ara-sıra mənə baş çəkirlər. Onların adını da bilir. Amma , mən
kimsəni tanımıram.
Deyir mənim adım Zamandir. Söz yox, hətmən belədir. Qaldı ki, adın nə olub olmamağı nə dərdə dəyər. Nə
deyirlər desinlər.
Bilmirəm ha zamandan bu taxt üstündə yorğan -döşəyə düşmüşəm.
Pərəstar bədənimin yaraların görsətib dedi: Mən doğrudan olmuşdum, təzə dən dirilmişəm. Amma niyə? Bu
yaralar nədən olub, hələ yaxcı xatirəmə gəlmir.
Bunu bilməyə də heç bir istəyim yoxdur. Mənə bir önəmli şey, yalnız bu taxtdır ki üstündə yatıram.
Həyatım mərizxanada, kabus. Bundan başqa bir dünyamda yox. Röyaların o yanında hər şey içi boş . Və
varlığım bir dəhşətli kabusdur.
Onda yırtıcı heyvanlar ovların canına düşüb. Nə qədər haray çəkirəm heç bir yana yetmir. Bu arada əlim bircə
Səfərə çatır. Həqiqət də mənə yalnız Səfərdir.
Bunu bircə mənim təkin hiss edən adam anlar. Mən bircə Səfər-nən kabuslarıma dözürəm.
Hər zaman güzgüyə baxanda onu özümdə görmüşəm. Tellərimi əllərim içində gizlədirkən: "Bax! Elə o da bu
biçimdədir". Öz-özümə demişəm.
Bəzən bir qaraltı təkin məndən ayrılıb uzaqlaşar. Bəzən də bir az uzaqda üz -ba -üz durub mən-nən danışar.
O gün elə durmuşdu mənə baxırdı. Birdən-birə şaşqın və uca səslə :
«Zaman! Zaman! Qız nə iş görürsən? Bu çarxların hamısını işlə salıbsan, özündə yalqız!?»-dedi.
Mən saçlarımı dalda bağlamışdım. Qolu qıssa kişi köynəyi , göy şalvar, kətan başmaq geymişdim. Altı cut paltar
tikən maşını işlədirdim. Maşınlar yatmadan, onların sapın, parçasını yetirməliydim.
«İşlirəm» dedim.
«Yox! Bu iş dəyil!»
« Arxayın ol, işlirəm» gülümsənib dedim.
«Özün qızarıb! Sən iş-nən özüyün öldürürsən!»
Çarxlardan uzaqlaşdım. O şaşqın mənə baxırdı. Paltar maşınları öz-özünə işlirdilər.
O danışa-danışa mənə sarı gəldi:
« Hərə bir təhər özünü öldürür, biri "xaşxaş "-nan, biri də iş-nən. Səndə iş-nən özüyün
öldürür sən!»-dedi.
Bu sözü diyən də gözləri doldu yaşa. Qaldım nə deyim. Onun bu işi mənə həm gülünc, və həmdə qəmli gəldi.
Bilmədim niyə bir belə mənim sağlığıma baş verib nigarandır. Və uşaq kimi gözləri dolur?
Getdim ikimci mərtəbə də pellələr üstə durdum; gözü yola. O gəldi əlimdən
tutub məni pəncərə qabağına apardı. Eşiyi görsətdi. Şəhər bütün buz və qar idi.
Evlər buz daşlardan düzəlmişdi:
«Bax! Görür sən? Özüyün öldürməyə gərək yox. Adama qüssə verib gözünü doldurursan . » dedi.
«Gedək» dedim.
Pellərdən yendik. Qapını açdı, xiyabana çıxdıq. Əl-ələ verib bütün gücümüzlə qaçdıq. Hava Bir az dumanlıydı.
Qarın ağlığı göz qumaşdırırdı.
Xiyavanda kimsə yoxudu. Maşınlar gəlib-getmirdi. Uzaqdan bir nəğməsi gəlirdi:
«Sarı gəlin aman ... Sarı gəlin»
Biz qaçırdıq. Və nəğmə səsi dalımızca . Oracan ki daha kəsildi. Yolun bir yerində çoxlu adam yığışmışdı. Bir
avtobus qanov qırağında durmuşudu.
Birdən camaat aralanıb yol verdi. Bir dəstə gənc kişi, qolubağlı, məhkəmədən çıxıb maşına sarı gəldilər. Polis
onları maşına mindirdi. Cavanlar oxurdular:
« Olaram dərdə həmdəm səni qəməli görəndə- ürəyimi üzər qəm -səni qəmli görəndə...»
Yığıncaq onlarla ayaqlaşırdı.
Və soruşurdu :« Neçə il? Neçə il?»
« 1-2- 3- 6 v...» , barmaqla görsə dərək cavab verirdilər.
Polis onları maşına təpib yola düşdü. Qar ağır və qalın idi. Maşın yaxcı gedə bilmirdi. Onun dalıca düşdük.
Polislərin biri başın pəncərədən çıxardıb dedi: «Qayıdın! Qayıdın!»
Amma biz saymadıq. Bilmirəm niyə birdən-birə yıxıldım. Səfər getdi. Elə ki eşidim: Zaman! qayıt! qayıt...»-
dedi.
Daha mən onu görmədim. Elə bil, biləsin, atdılar maşına apardılar. Diyəsən əvvəldən onların əlindəydi. Kölgə
kimi çəkilib-getdi.
Urmu Zindanı
Mən bir qaçağan qaraltıyam donmuş yollarda? Bilmirəm...
Uzaqda güllə səsi gəlirdi. Qan iyisi havanı bürümüşdü. Qanlı qar...
Yox, kimsə onu məndən ala bilməz. O mənim varlığımın bir bölümüdür.
Bir zaman bu lənətli duvar, bizi bir-birdən ayırırdı. Heç ağlıma gəlmirdi onu bir gün yıxa biləm.
Ondakı Səfər bütün geçmişiynən qabağımda durub adımı dedi, mən ümidsizcəsinə əllərimi duvara sürtürdüm ki
bir daha onu hiss edəm:
« Zaman! Qız, burda nəmənə elisən?»- O soruşub əlini mənə sarı uzatdı. Eləki barmaqlarımız bir-birinə dəydi,
hava qorxmalı guruldayıb ildırım çaxdı. Hiss elədim bizi bir-birdən ayıran, bu çoxdankı ayna divar, birdən pul-
pul olub ayağımın altına töküldü:
«Hava gurludur. Yağış gəlir. Kolaya gedək», dedi.
Mən iydə ağaçaları altında arx qırağında durmuşdum. O məni geçirtdi.
Gölə -Məzdə bir bağın kolasına girdik. Kimsə yoxudu.
Bağın üzümlərin dərib aparmışdılar. Az-çox peşarısı qalmışdı. Payızın əvvəl ayının sonlarıydı.
«Burda nəmənə elisən?» deyib soruşdum.
« Yoldaşlarımı gözlürəm. Gediblər şəhərə, qayıdacaqlar. Bu yanda dolanırdıq
Bir ayrı şəhərli kişiyə rast gəldik ki, istirdi ev-uşağı-nın yanına getsin. Pulu yoxudu. Apardılar onu maşına
qoysunlar.
Deyirdi işçiyəm. « Sero»-da çox çalışandan sonra pulunu verməmişdilər. Qalmışdı necə qayıtsın ailəsinə.
Acından üzüm peşarısı eləmişdi. Bizi görcək çox qorxdu.
Elə bil ölümün görmüşdü. Ağladı. Bizim də gözlərimiz doldu. Yovşudduq, dedi" Üzüm buyurun". Dedik yardım
eləyək evinə getsin. Sevindi.
Ciblərimiz də nə varıdı yığıb ona verdik... Amma sən, nə əcəb burda?
«Səni axtarıram.»
«Məni? Mən ki həmişə sənnənəm.»
«Necə?»
«Uşaqlıqdan həmişə səni röyalarımda görmüşəm. Sənsiz bir röyam olmayıb. Sənnən böyümüşəm. İki mizdə bir
boyda, bir biçimdəyik.
Özündən söylə, harada qalırsan? Ata-anandan de!»
«Ax Səfər, məni yer adamamı eləmə; ölərəm. Qoy elə röyalarında yaşayım.»
«Qorxursan?»
«Yox! İstəmirəm kirlənəm. Səni də bulaşdıram.»
«Niyə?»
«İki miz də haram olarıq. »
«Ölümdən qorxursan?»
«Yox, pox içində ölməkdən qorxuram. İstəmirəm səni də batıram. Diri-diri quylanaq.»
« Yəni, röyadan doğru, başqa bir şey yoxdur?»
« Var, amma hamısı cənazədir. Qoxumuş, kirli.
Əvvəlimiz bəllidir, sonumuzuda görəcəyik. İstəmə məni kirləndirib yer adamı eliyəsən. »
«Olsun. Necə sevirsən elə olsun.»
«Necə sevirik elə də olsun.»
«Olsun.»
« Padeqandan sonra Dərya Dustağındaydın. Ha zaman azad oldun?»
« Yayın ortasında.»
«Nə xəbər?»
« Nəyin deyim?»
« Hər şeyin.»
«Bir qəfəsdir dərya yolunda. Kiçik bir bölümdü bu batlaqdan. Burda olanı ordada görə bilərsən: Polis, mücrüm,
azadlıq sevən ,cır-cındırlıqlı, pis yemək, kifirlik, dərdi-qəm, qaçaqçılıq, təcavüz, bit-birə, döyülmə, etiraz, nifrət,
dostluq, dava- həngamə, etiyad və... Bir dünyadı lab eşik kimi. Amma kiçik və sıxınıq. Adamları elə sıxıblar ki
suları çıxır. İki min nəfəri təpiplər beş yüz adamın yerinə. Həyat üçün bir şey tapılmır. Üst-üstə doğru bir
cəhənnəm yaradıblar! Başqa bir dünya!
On, on-beş nəfər kürd, "Sərdəşət"-dən, ordadılar. Əlli-atmış nəfər başqa siyasi dəstələrdən. Beş-altı kişidən
suvay qalanı azərbaycanlıdır:
Urmudan, Təbriz, Ərdəbil, Sərab, Nəğədey, Xoy və...Ayrı şəhərlərdən."Öyrənci, işçi, əkinçi, müəllim, mədrəsə
sağırdı və...
1352 iməci il dir.
Qulu Rustəmi , H. Səadət Nəğədeydən , Rəhim və yoldaşları Urmudan, dokdur İrəc Ərdəbildən , Rəhim
Xoddadı , Sabir Məhəməd Zadə ,
Naqqaş Həbib Pur və başqaları ha belə bəndə çəkiliblər. 13 nəfər Urmuludur, qalanı ayrı yerli.
50-60 nəfər.
Xıdırı dustaqda tapmışdım. Ona "əbəd" vermişdilər. Uşaqlıqda "Sərdəşt"-də ata-anası ölmüşdü, o yalqız
qalarkən meşələrə üz qoymuşdu.
Uşaqlığın, təzə gənciliyen meşədə geçirtmişdi. Günlərin bir günü "Pişmərgələr" onu görüb üzlərinlə dağa
aparmışdılar. O gündən Xıdır pişmərgələrə qatışmışdı.
Meşədə olduğu üçün adını «Xıdır dirəxti» qoymuşdu. Soy adın bilmirdi. Son xatirəsi dostu "Yusifdən idi ki,
jandarmlar-nan vuruşda ölmüşdü.
Deyirdi:« Yusifə gülə dəydi. Tüfəngimi qoydum yerə biləsin aldım qucağıma. Neçə yerindən qan axırdı. Dedi:
“Xıdır mən öləndə də azadlıq nəğməsi oxuram”. Başladı oxudu ki, arada can verdi. Eləki onu yerə qoydum,
oyandan Jandarmlar yetişib məni tutdular.«
Xıdırın zindandan çıxmağa heç bir umudu yoxudu. Ömürünün gözəl çağların dussaqda geçirtmişdi. Görüşünə
gələni, kimsəsi yoxudu. Ona dedim :
« Bir gün gələcəyik səni zindan-dan qurtaraq. Qəm çəkmə. Burdan getdim görüşüyən gələ cəkəm». Sözümə
inanmadı.
Eləki azad oldum, ilk həftə bir az yemiş alıb gedim görüşünə.
Heyrətlə dedi :« Dostum lütfən gəlmə, sənə bir şey olar mən dözə bilmərəm. Xahiş edirəm gəlmə.»
« Xıdır, çox pox yeyirlər mənə çətinlik yaradarlar. Qorxum yoxdur. Eliyə bilsəm genə gələ cəkəm.»- dedim.
Bir zənbil yemiş verib qayıtdım. İkiməci yemiş zənbilini götürüb Rəhimin görüşünə getdim. Zənbili verdim o
pasıbana ki dussaqda biləsinə «riyazi» dərsi verirdim. Oda Rəhimi çağırıb zənbili ona verdi. Zənbildə bir neçə
metir sim gizlətmişdik ki Radio üçün lazım idi.
Aylar çəkən-bərkişdən sonra, özümüzü qeyri siyasi zindanilardan ayırdıq. Siyasi bənd də yığışdıq. Daha qaçaqçı,
qatillərin əlindən rahat olduq. Bunlar zindan məqamlarının təhrikat ilə bizi incidirdilər.»
«Günləriz neçə geçirdi ?»
« Bütün gündəlik işlərə fikir çəkmişdik. Oxuyub-yazmaq, yığışıb- danışmaq, yeyib-yığışdırmaq, həyətə çıxmaq
və habelə.
Hər şey dən dəyərli dostluq idi ki öz aramızda yaratmışdıq. Ayrı zindanların tərsinə, bizim aramızda bir-biri
incitmək yoxudu.»
«Uşaqlar toplumun siyasi vəziyyətinə görə nə dəyirdilər.?»
«Deyirdilər çox ehtimalı var bir dinçi hökumət iş üstünə gələmə. Əməkçilərin şansı azdır. Qaldı ki yoxsulların
çoxusu iş güzəran dalıcadılar,
Odiki dinçilərə qovuşacaqlar. Uşaqlar silahlı mübarizəyə fikir verirdilər. Bəziləri də deyirdi "inqilab camaatın
işidir, yox bir qabaqcıl dəstənin. İradə ilə inqilab yaratmaq olmaz. Çarəni " təşkilat - birlik"-də görürdülər. »
«Mübarizəni belə mühəndislik eləmək düzdür?»
« Düzdü ki inqilab kütlənin isidil, birlik təşkilat gərəklidir.
Amma boğunuqda mübarizəni mühəndislik eləmək mümkün deyil. Camaatın çoxusu bu yolla Oyanıb
mübarizəyə girməz. Kütlənin çoxusun həmişə yoxu aparar.
Buğunaq qoymaz kütlə oyanıb təşkilat sahabı olsun. İnqlab üz verər, kütlə təşkilat sahabı olmamış.
Inqilab kimsəyə müntəzir olmaz. O dəstələr inqilaba sahib olarlar ki sünnətən toplum da nüfuzları var; və bütün
hərəkətləri əllərinə alarlar.
Oda dinçilərdi. Dostlar din və ruhaniyyətin üstünə barmaq qoyurdular.»
«Yəni deyirsən Nəsiminin dərisini soyanlar hökumət sahabı olacaqlar?»
« Həyə. Çox ehtimali var.»
« Nə eliyə bilərik?»
«Birlik, bir-birə arxalanmaq. Qabaqcıl qüvvələr inqilab başlananda gərək bütün hərəkətləri öz ərlinə alsınlar. Hər
yeri tutdular gərək öz adamların ora tiksinlər.
Nəft sənətinə, və nizami orqanlara. Yoxsulları işə tutmaq ən böyük vəzifədir. Geriçi qüvvələri, ruhaniyyəti ki,
qüdrətdən ötür yıxılıb dişləri sınır, gərək qırağa qoysunlar. Yaxsam bonlar qüdrəti qapsıyacaqlar. Sonrada
qabaqcıl gücləri qətlə çatdıracaqlar.»
«Siyasi bəndi necə aldız?»
« Bir neçə yol etisab elədik. Son dəfə bir adı belli qaçaqçı dustumun selluluna gəlib mənə sarı dedi:
"Niyə sən mənə salam vermirsən?" Dedim:" Sən kimsən mən sənə səlam vərəm. Sən bir qaçaqçı mən bir siyasi
adam. Mənim amacım ictimada qaçaqçı olmamaqdı. Sənnən mənim nə alıb-verməm?"- bunu dedim qayıdıb
getdi.
Sonra öz əl- altısını, bir latı, göndərdi dava saldı, ki zindanılar bizi ayırdılar.
Uşaqlar yığışdı etisab elədik. Zindanın rəyisi bizi bölüb bəndlərə təbeid elədi. Amma etisabı sındırmadıq. Məni
verdilər 11-iməci bəndə. O yerə ki məhbusların məşğuliyyəti "bitləri bağlaşdırmaq" idi.»
« Bit müsabiqəsi?»
«Həyə, bitləri bağlaşdırmaq!»
«Necə yəni ?»
« Hər kəs öz bitin qoyurdu xətt üstünə. Hansı bit təz məqsədə yetişsəydi
O aparırdı. Yaman adamlar cığara əlində öz bitlərinə "ha mənimki, ha mənimki" deyib
onları qücələndirirdilər. Sıqaranın istisi biti qaçırdırdı. Və onlar aparırdılar. Cığara, pul, həb və belə bir şeylər
üçün mərc elirdilər.»
«Mat qalmalı bir dünyadı.»
«Həyə; adam özün öldürmək, və belə bir oyunlar çox olurdu. »
« O nədən ötür?»
« Bir davada neçə qardaş vurur bir kisi ölür. Qətli ən kiçik qardaş boynuna alır ki, səğirdir.15 il zindanda
qalandan sonra azad olub gəlir istir yaşasın. Amma neçə ? Nə pulu var nə də işi. Və nə qardaşlar ona arxa
dururlar.
Gedir çöldə bir kişinin davarın oğurlur. Kişi 90 yaşındadır. Qorxudan səktə eləyib yıxılır ölür. Oğrunu qatıl adına
tutub gətirib zindana salırlar.
O 11-iməci bəndin həyətində bir Naset tiqəsi əlində istəyirdi damarların vursun.
Deyirdi:" Qoymaram məni edam eləsinlər. Özümü öldürərəm".
Hamı yığışmışdı baxırdı. Kimsənin əlindən bir iş gəlmirdi. Polisində.
Mən onu sorğu-cavaba çəkdim. Danışıqdan sonra umudlanıb düşündü ki bəlkə də bu siyasi cavan haqlidi. Eləki
yovşudu tiğəni əlindən aldım.
Qoymadım Polis də onu incitsin. Bu zindanı orddan vuruldu mənə. Deyirdi" sən mənim Məlakəm sən" . Cavab
verirdim "a kişi Məlakə qız olar"
Deyirdi "yox , mən gördüm ki oğlanda ola bilər. Sən olmasaydın mən ölmüşdüm."»
«Sən mənim də Məlakəm sən.»
«Zaman, Məlakə oğlan olmaz, qız olar. »
«Yox, o zindanı haqlidi. Məlakə oğlan da ola bilər.»
«Bəlkə də ola bilər, amma mən Məlakə deyiləm.»
«Məlakələr heç vaxt bilməzlər ki məlakədilər.»
« Amma mən bilirəm nə canavaram.»
«Kaş hamı cənavarlar sənin təkin olaydı.»
«Kaş bir balaca insanlaşaydıq»
«Kaş.»
«Hara baxırsan?»
«Yoldaşların gəlir. Mən gedirəm. Hələlik.» Dostları ilə paylaş: |