İnterferensiya hadisəsi koherent dalğaların toplanması zamanı müşahidə edilir. Koherent işıq dalğalarının toplanması nəticəsində fəzanın müəyyən yerlərində işığın intensivliyinin artması, digər yerlərdə isə azalması hadisəsi interferensiya adlanır.
İki koherent və mənbələrindən yayılan işıq dalğalarının interferensiyasına baxaq. Tutaq ki, bu dalğalar mənbəyindən , mənbəyindən isə məsafədə yerləşən M nöqtəsində görüşür və toplanırlar (şəkil 1). Birinci dalğanın, sındırma əmsalı olan mühitdə sürətilə, ikinci dalğanın isə sındırma əmsalı olan mühitdə sürətilə yayıldığını qəbul etsək toplanma nəticəsində alınmış yekun dalğa üçün
Шякил 1
olacaqdır. Burada, - birinci dalğanın, - isə ikinci dalğanın amplitududur. Toplanma nəticəsində alınan yekun dalğanın amplitudu
(4)
olacaqdır. Burada
(5)
M nöqtəsində görüşən və işıq dalğaları arasındakı fazalar fərqidir.
İşıq dalğasının verilmiş mühitdə qət etdiyi həndəsi yolun uzunluğunun mühitin sındırma əmsalına hasilinə optik yolun uzunluğu deyilir və hərfi ilə işarə edilir. (5) düsturundakı ifadəsi optik yollar fərqi adlanır.
Beləliklə, (5) bərabərliyi toplanan işıq dalğaları üçün fazalar fərqi ilə optik yollar fərqi arasındakı əlaqəni göstərir.
İşıq dalğasının intensivliyi dalğanın amplitudunun kvadratı ilə mütənasib olduğundan
, yaxud (6)
kimi yazmaq olar. Bu ifadədən göründüyü kimi, M nöqtəsində yekun dalğanın intensivliyi ayrı-ayrı mənbələrin yaratdıqları intensivliklərin cəminə bərabər deyil, ondan həddi qədər fərqlənir. İntensivliklərin belə toplanması interferensiyaya xasdır. Ona görə də interferensiya həddi adlanır.
İnterferensiya həddi toplanan rəqslərin korellyasiyasını (qarşılıqlı əlaqəsini) xarakterizə edir.
, yəni , başqa sözlə, dalğalar eyni fazalı olduqda M nöqtəsində intensivlik maksimum olur:
(7)
, yəni , başqa sözlə, dalğalar əksfazalı olduqda M nöqtəsində intensivlik minimum olur:
(8)
-nin bu qiymətlərini (5) düsturunda nəzərə alsaq interferensiyada maksimumluq şərti: (9)