Işığın interferensiyası. nyuton halqaları vasitəsilə işığın dalğa uzunluğunun təyini



Yüklə 285,64 Kb.
səhifə1/5
tarix02.12.2022
ölçüsü285,64 Kb.
#71966
  1   2   3   4   5
İŞIN İNTERFERENSİYASI 2



işığın interferensiyası. nyuton halqaları vasitəsilə işığın dalğa uzunluğunun təyini




İşin məqsədi: işığın interferensiyası hadisəsi ilə tanış olmaq və Nyuton halqaları vasitəsilə işığın dalğa uzunluğunu təyin etmək.
Ləvazimat: közərmə lampası, monoxromatik işıq süzgəci (filtri), Nyuton həlqələri verən şüşə lövhə və müstəvi qabarıq linzadan ibarət qurğu, mikrometrik vinti olan okulyar.

Klassik elektrodinamikaya görə işıq vakuumda sürətlə yayılan eninə elektromaqnit dalğasıdır. Bu dalğa elektrik sahəsinin intensivlik ( ) və maqnit sahəsinin intensivlik ( ) vektorlarının rəqslərinin fəzada yayılması hesabına alınır. və vektorları qarşılıqlı perpendikulyar müstəvilərdə eyni faza ilə, həm də işıq dalğasının yayılma istiqamətinə perpendikulyar rəqs edirlər.


Elektromaqnit dalğasında həm elektrik, həm də maqnit sahələrinin olmasına baxmayaraq işığın bioloji, fotokimyəvi, fotoelektrik və s. xassələri əsasən bu dalğada vektorunun təsiri ilə yaranır. Ona görə də vektoruna işıq vektoru da deyilir.
Ağ işıq mürəkkəb olub, müxtəlif monoxromatik dalğaların toplusundan ibarətdir. Müəyyən bir sabit tezlikli dalğa monoxromatik (bir rəngli dalğa) dalğa adlanır. Başqa sözlə, harmonik qanunla, yəni sinus, yaxud kosinus qanunu ilə dəyişən dalğa monoxromatik dalğadır. Müxtəlif tezlikli monoxromatik dalğalar insan gözü tərəfindən qəbul olunduqda müxtəlif rəng duyğuları yaradırlar. Məsələn, tezliyi olan işıq qırmızı, tezliyi olan işıq isə yaşıl rəng kimi qavranılır. Ağ işıq tezlikləri müxtəlif olan yeddi rəngdən ibarətdir. Bu rənglər toplusu spektr adlanır.
İşığın mühitdə yayılma sürəti mühitin optik xassələrindən asılıdır:
(1)
Burada, - işığın mühitdə yayılma sürəti, - isə mühitin mütləq sındırma əmsalıdır. .

Tezliyi olan monoxromatik işığın dalğa uzunluğu:


(2)
kimi hesablanır
Görünən işıq dalğasının uzunluğu mkm intervalında yerləşir.
Müəyyən istiqamətində faza sürəti ilə yayılan monoxromatik işıq dalğasının elektrik komponentini analitik olaraq

(3)
kimi göstərmək olar.

  • Şüalanma tezlikləri eyni, fazalar fərqi sabit və vektorlarının rəqs müstəviləri üst-üstə düşən mənbələrə koherent işıq mənbələri deyilir. Koherent mənbələrin şüalandırdığı dalğalar da koherent olur.
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin