İşgüzar etiketin normaları



Yüklə 25,38 Kb.
səhifə1/2
tarix24.10.2023
ölçüsü25,38 Kb.
#161204
növüQaydalar
  1   2
İşgüzar etiketin normaları


İşgüzar etiketin normaları
Çağdaş dünyamızda bir çox sahələrdə qloballaşma meylləri artıq mədəniyyət və məişətimizdə mental ənənələrimizə zənginlik gətirməkdədir. Əvvəlcə ailədən, ata-ananın verdiyi tərbiyədən qaynaqlanan mədəni davranış vərdişləri sonralar uşaq bağçasında, məktəbdə və əmək kollektivlərində daha da cilalanır və yeni çalarlar əxz edir.
Harada işləməsindən asılı olmayaraq insan davranış qaydalarına, etik normalara riayət edirsə, şəxsi nümunəsi ilə seçilirsə, ətraf aləmdə artıq özü haqqında müsbət fikir formalaşdırır. Əmək kollektivlərinə, istər istehsalat, yaxud biznes dünyasına yeni üzv olmuş hər bir şəxs əgər işində uğur qazanmaq istəyirsə, o, birinci növbədə işgüzar mədəni etiketlərin "qızıl" qaydalarını bilməlidir. Bu, birinci növbədə müraciət mədəniyyəti və özünü təqdimetmədən başlanır. Məsələn, bizdə insanın özü-özünə müəllim və ya xanım deməsi və yaxud iş tərəfdaşına "əzizim", "canım-gözüm" və ya "canını yeyim" kimi ailə leksikonuna aid ifadələr və müraciətlər ən böyük qüsurlardandır. Bu şəxsin mədəni səviyyəsinin geriliyindən xəbər verir.
Qızıl qaydaların başlıca şərti işgüzar insanın dəqiq olmasıdır. Yəni, işə və ya işgüzar görüşə səbəbsiz gecikən şəxs birinci növbədə özünə olan etimadı itirir və ciddi tərəf-müqabil sayılmır. İşgüzar mühitdə mədəni etiketlərdən biri də iş yoldaşı və ya tərəfdaşı ilə söhbətdə artıq söz danışmamaqdır. Hər bir əməkdaş təmsil etdiyi idarənin sirlərini qorumağı mütləq mənada bacarmalıdır.
Dördüncü qızıl qayda isə işgüzar şəxsin təkcə özünü deyil, başqalarını da nəzərə almasıdır. Hər hansı bir işdə uğur qazanmaq üçün təkcə öz mənafelərini düşünüb, tərəf-müqabilə zərər yetirilməsi mədəni etiketlərə ziddir. Əməkdaş iş yoldaşı ilə münasibətdə daxili xudbinliyini boğmalı, qarşısında səbrlə dinləməli, onun fikirlərinə hörmətlə yanaşmalı, sözünü kəsməməlidir. Opponentin fikrini sarkazmla və ironiya ilə kəsib onu alçaldan şəxs gec ya tez, özü də nə vaxtsa, eyni vəziyyətlə qarşılaşacaqdır.
Əsas şərtlərdən biri də qəbul olunmuş normada geyim mədəniyyətidir. İşgüzar insanlar təmiz, sadə, səliqəli, bir qədər dəbə uyğun, zövqlə geyinməyi birinci növbədə bacarmalıdır. Əgər kişinin qalstuku və ya köynəyinin boynu və qolları kirlidirsə, əgər qadın tərəf-müqabil açıq-saçıq və ya ziyafət libasında, zinətində, ənlik-kirşanında işgüzar mühitə gəlirsə, bu onun etiketlərdən xəbərsiz olduğunun \göstəricisidir. İşgüzar şəxs geyimində heç bir detalla nəzər-diqqət cəlb etməməli, ətrafdan çox da seçilməyə çalışmamalıdır. Xüsusilə, işgüzar qadınlar qəbul edilmiş qaydada ciddi iş kostyumu geyməli və ona uyğun zövqlə aksesuar taxmalıdır.
Mədəni davranış etiketlərindən biri də işgüzar insanın yazılı və şifahi nitq mədəniyyətidir. İnsanın sadə, rəvan, anlaşıqlı danışığı onun dünyagörüşü, erudisiyası, səviyyəsi haqqında təəssürat yaradır. Müasir dünyanın işgüzar insanları bu mədəniyyəti əxz etmək üçün təkcə öz xalqının deyil, digər ölkələrin də tarixini, mədəniyyətini bilməsi önəmlidir. Birinci növbədə, əməkdaş öz tərəf-müqabili ilə bərkdən, qışqıra-qışqıra deyil, qarşısındakına hörmət əlaməti olaraq sakit və təmkinli tonda, savadlı, xoş və gözəl danışmağı bacarmalıdır. Daim oxumaq, yaxşı vərdişlər insanın birinci zinətidir.
İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi hansısa aydın saziş, söhbətin həllini nəzərdə tutur. Məsələn, həmkarlar, rəis və tabeçilikdə olan şəxs və s. Burada tərəfdaşların hər birinin statusu müəyyən olunur.
Ünsiyyət bacarığı hər hansı şəraitə uyğunlaşmağa imkan verir. İşçilər ünsiyyətin əlaqələndirici (kommunikator) tərəfinə lazımi əhəmiyyət vermədiklərinə görə çox şey itirirlər. Rəhbər həmişə üzdə olan şəxsdir. Ona görə də o, öz hərəkətinə nəzarət etməli, davranış taktikası barədə düşünməli, son nəticəni proqnozlaşdırmalı və işgüzar ünsiyyət etikasına riayət etməlidir.
İşgüzar ünsiyyət etikası məzmunca daha zəngindir. Məsələn, vergi sahəsindəki işgüzar ünsiyyət mədəniyyətinə diqqət yetirək. Burada işgüzar ünsiyyət etikası vergi işçisinin peşəkar davranışının və əxlaqının ən vacib tərəfidir. Xidmət bölməsinin vergi işçilərinin işgüzar ünsiyyət etikasını bilməmələri və ona riayət etməmələri bir çox vergi ödəyicilərinin onlarla ünsiyyət qurmaqdan imtina etmələri ilə nəticələnir və vergi işçiləri xoşagəlməz tənqid obyektinə çevrilirlər. Özlərinə hörmət edən vergi ödəyiciləri vergi əməkdaşının qeyri-peşəkar ünsiyyət etikası ilə qarşılaşdığı hallarda müvafiq reaksiya nümayiş etdirirlər. Bütün bunlar vergi əməkdaşlarının ictimai nüfuzunun azalmasına gətirib çıxara bilər. İşgüzar ünsiyyət və nitq mədəniyyətinin harmoniyası, bu harmoniyanın qoruyub saxlanılması vergi ödəyicilərinə xidmət sferasında funksional idarəetmənin yeni formalarının tətbiqinə geniş imkanlar yaradır. Bu yanaşma yeni mərhələdə vergi ödəyicilərinə göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsini, vergi ödəyicilərinə xidmət sahəsinin, vergi qanunvericiliyinə könüllü əməletmə prosesinin inkişaf etdirilməsini nəzərdə tutur.
Eyni sahədə çalışanların ünsiyyəti geniş mənada ünsiyyətdən onunla fərqlənir ki, belə ünsiyyət prosesində məqsəd və öz həllini tələb edən konkret vəzifələr qoyulur. İşgüzar ünsiyyətdə tərəf müqabili ilə qarşılıqlı əlaqələri kəsmək mümkün deyil. İşgüzar ünsiyyətin əhəmiyyətli hissəsini xidməti ünsiyyət, yəni insanların təşkilat daxilində, iş vaxtında həyata keçirilən qarşılıqlı fəaliyyəti tutur. Lakin işgüzar ünsiyyət xidməti ünsiyyətə nisbətən daha geniş anlayışdır, çünki həm də muzdlu işçilərin və fərdi işəgötürənlərin qarşılıqlı fəaliyyətini əhatə edir və təkcə təşkilatlarda yox, ən müxtəlif səviyyəli işgüzar qəbullarda, seminarlarda, sərgilərdə və s. baş verir.
İşgüzar ünsiyyət aşağıdakı əsas formalarda həyata keçirilir: işgüzar söhbət; işgüzar danışıqlar; mübahisə, diskussiya, polemika; işgüzar müşavirə; kütlə qarşısında çıxış; telefon danışıqları; işgüzar məktublaşma. İşgüzar söhbət müəyyən suallar, yaxud problemlərlə əlaqədar informasiya, yaxud fikir mübadiləsidir. İşgüzar danışıqlar maraqlı tərəflərin ünsiyyəti prosesində razılaşdırılmış qərar qəbul edilməsinin əsas vasitəsidir. İşgüzar müşavirə problemlərin mütəxəssislər qrupu tərəfindən kollektiv müzakirəsi üsuludur. İşgüzar məktublaşma mətnin xüsusi üsulla ötürülməsi ilə əlaqədar müxtəlif məzmunlu sənədlərin ümumiləşdirilmiş adıdır.
İşgüzar ünsiyyətdə “yuxarıdan-aşağı”, daha doğrusu rəhbərliklə tabeçilikdəkilər arasındakı münasibətləri, etikanın qızıl qaydasını aşağıdakı kimi ifadə etmək olar: “Çalışın tabeçiliyinizdəkilərlə qurduğunuz münasibət, rəisinizdən gözlədiyiniz münasibətə bənzəsin”. İşgüzar ünsiyyət mədəniyyəti və uğuru çox hallarda rəhbərin öz işçilərinə qarşı istifadə etdiyi etik norma və prinsiplərdən asılıdır. Norma və prinsiplər dedikdə xidmət zamanı hansı hərəkətlərin etik cəhətdən məqbul, hansının isə qeyri-məqbul olduğu nəzərdə tutulur. Bu normalar ilk növbədə idarəetmə prosesində qəbul olunan sərəncamların nəyin əsasında verilməsinə, işgüzar ünsiyyəti müəyyən edən xidməti intizamın necə təzahür etməsinə aiddir.
Rəhbər və tabeçilikdəkilər arasında işgüzar ünsiyyət etikası pozulduqda kollektivdə insanların əksəriyyəti özlərini narahat, mənəvi cəhətdən müdafiəsiz hesab edirlər. Rəhbərin işçiyə münasibəti işgüzar ünsiyyətin bütün xarakterinə təsir edir, əksər hallarda isə onun əxlaqi-psixoloji iqlimini müəyyənləşdirir. İlk növbədə, məhz bu səviyyədə əxlaq etalonları və davranış qaydaları formalaşır.
İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi hansısa sövdənin gerçəkləşməsi, mövcud problemin həlli, yeni əməkdaşlığın qurulması və s. ola bilər.
Ünsiyyətin tərəfləri qismində isə həmkarlar, rəis və tabeçilikdə olan şəxslər, tərəfdaşlar və s. çıxış edir. Burada tərəflərin hər birinin statusu müəyyən olunur.
İlk öncə şəxs öz işgüzar sahəsindən olan sanballı peşəkarların simpatiyasını qazanmalı və həmin insanlarla kontakta girməyi bacarmalıdır. Yeni başlayan əksər işgüzarların uğuru düzgün tərəfdaş seçimindən asılı olur.
Sözsüz ki, bu və ya digər sahədən olan məşhur peşəkar ilə əməkdaşlıq yeni başlayan tərəf üçün arzuolunan nəticənin əldə edilməsini asanlaşdırır. Amma bir çox insanlar işgüzar münasibətlər yaratmağa çalışdığı zaman kobud səhvlərə yol verir, bu əlaqələr bəzən çox birbaşa, dikbaş, kobud və bezikdirici şəkildə alınır. Belə cəhdlər təcrübəli biznesmenlərdə gülüş və kinayədən başqa heç nə oyatmır. Buna görə də hətta biznesmenlər mühitindən çıxmış ağıllı və hazırlıqlı insanlar belə, onları maraqlandıran şəxslərlə tərəfdaşlıq münasibətlərinin düzgün qurulması üçün müəyyən alqoritmlərə ehtiyac duyurlar. Bu, bir növ özünəməxsus dostluq və yoldaşlığın təməlidir, daha sonra isə onu partnyorluq münasibətlərinə və ya düşünülmüş layihənin gerçəkləşməsinin digər formasına çevirmək olar.
İşgüzar təşkilatlarda tabeçilikdə olanlara və tərəfdaşlara effektiv təsir göstərmək üçün hansı hərəkət tərzinin yüksək təsirə malik olduğunun öyrənilməsi müasir dövrdə işgüzar etiketin əsas əlamətlərindən biridir.
Çox vaxt adamlarda təəsurat yaratmaq irrasional qiymətləndirilir və adamlara təsir etmə məsələrində başlıca amil şəxsi amil hesab edilir. Ətrafdakılara bilavasitə təsir ilk baxışda xırda görünən, lakin bir çox hallarda həlledici təsirə malik məsələlərdən yaranır. Belə ki, şəraitə uyğun üslubda geyinilmiş paltar ümumi təəssüratı gücləndirir. Yaxşı geyinmək bacarığının mahiyyəti odur ki, paltar şəraitə uyğun gəlsin. Uyğun gəlmənin ən mühüm göstəricisi yararlılıqdır. Rahat, hərəkətləri məhdudlaşdırmayan, şəraitin tələblərinə cavab verən geyim yararlı hesab edilir.
Yüksək təsiretmə qabilliyyətinə malik olmaq üçün səliqəlilik zəruridir. Son zamanlar geyimin (paltarın) qiyməti əsas amilə çevrilmişdir. Geyim müəyyən maddi vəziyyətin simvoluna və insanların şəxsi fıravanlığınızın göstəricisinə çevrilmişdir.
Menecerin etibar qazanmasına və onun işinin nəticələrinə geyim və xarici görünüşün təsir etməsi faktı Qərb menecmentinin təcrübəsində dəfələrlə təsdiq edilmişdir. İnsanın təhtəlşüur sferası sinfilik prinsipi üzrə formalaşmadığına görə belə düşüncələr sizin üçün faydalıdır. Xarici görnüşünə görə adamların nəyə reaksiya verməsi onun mənəvi keyfiyyətlərini göstərir.
Budur bir neçə incəlik: Ən vacib məsələdən bəhs etsədə rabitəsiz, mızıltılı, uzun-uzadı danışan adamlar dəqiq inamlı və aydın danışanlara nisbətən az əhəmiyyətli adam kimi qəbul olunurlar. Özünüzə inamlı olsanız siz adamlara müvəffəqiyyətlə təsir göstərə biləcəksiniz. Lakin özünə inamlılığı və təcavüzkarlığı qarışıq salmaq olmaz. Özünə inan şəxs fikirlərini sərbəst ifadə edir və başqalarının hüquqlarına hörmət etməklə onları dinləməyə məcbur edir. Özünə inamlı şəxsdə qərar qəbuletmə prosesi yaxşılaşır, çünki çətin problemlər müəyyən edilir və birgə işlənir, adamlarla münasibətlər yaxşılaşır. Unutmaq lazım deyil ki, özünə inamlı şəxslər öz mövqeylərinin aydınlığı üzündən tez-tez «tərs və şuluq» damğasını qazanırlar. Bəzfadam özünə inamlılğını göstərəbilmir. Bunun səbəbləri çoxdur: Hər bir fərd üçün öz cəhətləri və səbəbləri xarakterikdir.
Ən çox yayılmış səbəblər bunlardır:
1. Tərbiyə - hansı ki, bunun nəticəsində özünə arxalanmaq qabilliyyəti adətən zəif olur.
2. Davranışın dəqiq ölçülərinin olmaması - sizdə dəqiq nümunələr yoxdur, qısa desək siz nə istədiyinizi özünüzdə bilmirsiniz.
3. Qərəzçilikdən çəkinmək - siz mənfi reaksiyalardan qaçırsınız, acıqlandığınızı biruzə vermirsiniz və istəyirsiniz ki, sizi ağıllı adam hesab etsinlər.
4. Təcrübənin çatışmaması - sizin təcrübədə özünüzə inamlılığınızı qiymətləndirmək imkanlarından az-az istifadə edirsiniz, bununlada öz çatışmamazlıqlarınızı bilmirsiniz.
5. Özünü qiymətləndirməmək - siz özünüzdə möhkəm mövqe tutmaq huququnu hiss etmirsiniz və özünüzə qarşı nəzakətlə və vicdanla yanaşılmasını tələb edə bilmirsiniz.
6.Siz öz fikir və ideyalarınızı çox qarışıq və inamsız ifadə edirsiniz, bu da sizin fikirlərinizin müsbət qarşılanmasını müəyyən dərəcədə aşağı salır.
Özünə inamlı olmaqda sizə mane olan səbəbləri bilsəniz, siz özünüzə inamlı olmaq üçün yollar tapa bilərsiniz. Özünə inamlı adamların bir neçə xarakterik cəhəti:
- sadə olmağa çalışın. Bəzən lazımsız mürəkkəblik yaratmaq və bir neçə məsələni eyni vaxtda həll etmək cəhdləri ötürülən informasiyanın mahiyyətinin itməsinə səbəb olur.
- əgər siz emosional olaraq təhqir edilmisinizsə və sizin qəzəbləndiyinizi ətrafdakılar görürsə, onlar sizin çatdırmaq istədiyiniz informasiyaya deyil, emosiyalarınıza reaksiya verəcəklər. Bu halda sizin zəhmətiniz faydasızdır.
- özünüzü əldən salmaym-əgər nə isə sizə lazımdırsa, çalışın ki, sizin mövqeyinizi başqalarıda bilsinlər.
- ətrafdakılar tez-tez çalışırlar ki,sizi çatdırmaq istədiyiniz məsələdən kənara çəksinlər. Onların fikirləri ilə tanış olun, öz fikrinizin üzərində dəmöhkəm dayanın.
- əgər siz səhv etmişsinizsə, yerinə uyğun olmadığınız barədə hisslərin meydana çıxmasına yol verməyin. Belə hisslər sizin mövqeyinizi zəiflədə bilər.
- qələbəyə can atın.
Adamların çoxuna bu və ya digər mənada mütəxəssis hesab olunan şəxslər təsir edir. Mütəxəssis - müəyyən sahə üzrə dərin biliyə malik işçidir. Bu da nüfuzlu şəxslərin qiymətidir. Xüsusi təşkilatçılıq bacarığına və əmretmə imkanlarına malik olanlar da mütəxəssisdirlər. Üçüncü tip mütəxəssis isə digər şəxslərlə ümumi dil tapmağı bacaran adamdır. Yaxşı şəxsi münasibətlər həqiqi təsir göstərmənin əsasıdır. Deyi Kameqi adamlara təsir etməyə can atanın və öz həmfikirlərinin sayını artırmaq istəyənlərin aşağıdakı əsas keyfiyyətlərini göstərmişdir:
1. İnsana qarşı səmimi - qəlblə diqqətli olduğunuzu göstərin.
2. Çalışın ki, həmsöhbətlərinizin adını və fərdi xüsusiyyətlərini yadda saxlayasınız.
3. Çalışın ki, ümumi maraqlarda və ya hər hansı qarşılıqlı fəalliyyətdə ümumi fikrə gələ biləsiniz.
4. Digər şəxsində işlərində və inkişafında maraqlı olduğunuzu ifadə edin.
5. Təsiretmə obyektinə öz fikir və hisslərinizi tam həcmdə çatdırın.
6. Hər hansı şəxsi müdafiə etməyə və ruhlandırmağa hazır olun.
İki nəfər arasında şəxsi münasibətlər yaranarsa, onlar bir-birinin fikirlərini başa düşməyə çalışırlarsa, deməli onlar bir-birinin ideyalarını və işini qiymətləndirirlər.

Əgər təsir dərəcəsinin böyük olmasını istəyirsinizsə, münasibətləri vicdanlı və fikir mübadiləsi əsasında qurmağa çalışın. Hər bir insan psixoloqların kommunikativ təcrübə adlandırdığı anlayış və vərdişlərə malikdir. Əgər insan əlaqələndirici (kommunikator) ünsiyyətintəşəbbüsçüsü kimi əsas rəhbərlik funksiyalarını yerinə yetirə bilmirsə, onun peşəkar idarəetmə fəalliyyətinə yarasız olmasından danışmaq olar.


Müasir şəraitdə: istehsal münasibətlərində humanitar aspektlərin artdığı dövrdə rəhbər üçün əlaqələndirmə səriştəsinə onun peşəkar idarə ediciliyinin başlıca cəhəti kimi baxılmalıdır.
Ünsiyyət bacarığı hər hansı şəraitə uyğunlaşmağa imkan verir. Bizdə işçilər ünsiyyətin əlaqələndirici (kommunikativ) tərəfinə lazımi əhəmiyyət vermədiklərinə görə çox şey itirirlər. Rəhbər həmişə üzdə olan şəxsdir. Ona görə də o, öz hərəkətlərinə nəzarət etməli, davranış taktikası barədə düşünməli, son nəticəni proqnozlaşdırmalı və işgüzar ünsiyyət etikasına riayətetməlidir. Rəhbər adamları özünə cəlb etmək qabilliyyətinə malik olmalıdır, o,davranışı ilə özünə qarşı xoş münasibətlər, hörmət və etibar qazanmalıdır. Nəzakətli davranış təkcə etika ilə deyil, həmdə rəhbər və işçi arasında müəyyən «məsafə»nin düzgün seçilməsində özünü göstərir. Həddən artıq uzaqlıq mahiyyətcə formalizmdir, laqeydlik isə, işçilərin maraq və istəklərindən uzaq düşməyi göstərir. Həddən artıq yaxınlıqda yolverilməzdir, çünki bu qeyri-tənqidi münasibətlərin yaranmasına, intizamın aşağı düşməsinə və birgə sövdələşməyə səbəb ola bilər. Son nəticədə isə rəhbər nüfuzdan düşər. Ara saxlamaq məsələsini fərdi qaydada həll etmək lazımdır. Bu zaman kollektivin sayı, onun həmrəylik dərəcəsi, ənəələrinin mövcudluğu və s. bu kimi meyyarlara əsaslanmaq lazımdır. Mütərəqqi və psixoloji cəhətdən səriştəli rəhbər nə adamlara nə də özünə qarşı manipuliasiya edilməsinə yol verilməməlidir.
Qarşılıqlı münasibətlərin bir çoxu tərəflərin gələcəkdə qarşılıqlı fayda götürməsi ehtimalına əsaslanır. Bu cür yanaşmada rəhbərin rolu ondan ibarətdir ki, tabelikdə olanın nəyi öz xeyri kimi başa düşdüyünü müəyyən etsin və onun reallaşdırılmasına çalışsın.
Həvəsləndirmənin çoxlu formaları mövcuddur, bunlardan pul, vəzifə,tanınma, irəli çəkilmə hissi, yaxud təhlükəsizlik hissini göstərmək olar. İnsana nəyin daha çox lazım olmasını düzgün müəyyən etməkdən çox şey asılıdır. Mükafatlandırmanın ancaq maddi rifahın yaxşılaşdırılmasından ibarət olduğuhaqda təsəvvürlər düzgün deyil, belə ki, bir çox güclü və pulla ölçülməyənmənəvi həvəsləndirmə də mövcuddur. Ətrafdakıları maraqlandırmanın və işgüzar etiketin iki metodu mövcuddur:
1. «Pozitiv möhkəmləndirmə» - müsbət mötivasiya baş verir ki, bu da insanın özünü güclü və yaxşı hiss etməsinə səbəb olur, onu konstruktiv davranışa həvəsləndirir, hələlik ikinci metod daha çox yayılıb:
2. «Neqativ möhkəmləndirmə» - mənfi motivasiyaya əsaslanır. Rəhbər pisişi axtarır və ona uyğun cəza verir. Neqativ möhkəmləndirmə nəzəriyyəsiinsanların narahatlıq və bəyənilməkdən qaçmaq kimi psixoloji xüsusiyyətlərinəəsaslanır. Bu halda qorxu hissi arzu edilən nəticəyə çatmaq üçün lazım olanmotivasiyadır. Yüksək təsiretmənin formalaşiması üçün təkcə qorxu hissi azdır. Buna görə də pozitiv möhkəmləndirmə bu aspektdə daha perespektivlidir. Qulluqçuların pozitiv möhkəmləndirilməsi onları sizin həmfikirinizə çevirir, lakin tabelikdəkilərin öz vəzifələrini yerinə yetirilməsini ardıcıl və aydınisrar etmək bacarığı bütün rəhbərlər üçün zəruridir, belə ki, həddən artıq intizamlı adamlar hətta Yaponiyada da yoxdur. Əgər sizin tələblər zəif göstərişləriniz qarmaqarışıq olacaqsa, onda sizin təsiretmə dərəcəniz heç vaxt yüksək olmayacaq. Bu isə sizdə öz yerinə müvafiq gəlməmə hissi yarada bilər, dəyərli keyfiyyətlərinizə inam hissini zəiflədər və öz növbəsində sizin müəyyən mənsəbə çatmağınıza nöqtə qoya bilər.
İdarəetmə psixologiyası sayəsində Qərb ölkələrində aparılan tədqiqatlardan belə nəticə çıxır ki, əmrlər və rəhbərliyin səmərəliliyi aşağıdakılardır:
1. Sizin göstərişlərinizdə aydınlıq və konkretlik.
2. İnsanlara hörmətlə müraciət etmək.
3. Problemlərdən qaçmaq yox, əksinə onları üzə çıxarıb, müzakirə edib həll etmək.
4. Başqalarına müraciət etmək üçün özünü əvvəlcədən namuslu və ədalətli insan kiьi göstərmək.
İşgüzar etiket qaydaları barədə qısa fikirləri bölüşək:
1. Təzə tanış olduğun adamlara uzun whatsapp səsləri göndərmə. Mesajını zəhmət çəkib yaz. Səs göndərmək onun, yazmaq isə sənin zamanını alır. Yazdıqda qarşıdakı adamın zamanına dəyər vermiş olursan.
2. Öz şəxsi problemlərini, arzularını, ideyalarını uzun-uzadi, dalbadal bir adama (adamlara) danışırsansa, aradabir bu sualı özünə ver:
- Bu danışdığımın o adama nə faydası var? Ümumiyyətlə bu söhbətə onun nəsə dəxli varmı?
3. Tədbirlərdə səhnədə kimsə danışırsa, ona qulaq asmağa çalış. Məclisdə,iclasda kimsə danışırsa, onu dinlə. Danışan adam üçün bu çox əhəmiyyətli olur. Çıxış edən adam kimin diqqətlə qulaq asdığını, kiminsə vecsiz davrandığını o saat sezir.
4. Tədbirlərdə kofe breyk (yemək) verirlərsə, nə gəldi yemə. Bura qarın doydurma fürsəti deyil. Adətən yeməklər etika xətrinə qoyulur. Biraz ac qalmaqla dünya dağılmaz.
5. "Bu adamdan mənə nə fayda?"- düşünərək əlaqə qurmağa calışırsansa, gec tez tək qalacaqsan. Uzunmüddətli dostluqlar heç bir geri fayda düşünmədən, heç bir statusa əhəmiyyət vermədən qurulan münasibətdən yaranır. İnsanlar potensial pul ağacı deyil.
6. Olduğun yerdə ol. Fikrin qarşıdakı adamda olsun. Əgər fokusun onda deyilsə, yaxşısı budur üzr istə və başqa vaxt söhbət et.
7. Tədbirlərə vaxt öldürməyə, qarın doydurmaga getmə. Faydalı olacaqsansa, və ya fayda götürəcəksənsə get.
8. Tədbirlərdə olduğun kimi görün. Gec ya tez fal olduğun ortaya çıxacaq əks halda. Səmimi ol. Səmimiyyət xarizmanın əsasıdır.
9. Seçilmək istəyirsənsə, bir kənarda durub, sərt baxışlarla əlində qədəh tutan, ov axtaran "cool boy" və ya hava atan "cool lady" obrazından çıx. Gülümsə, insanlarla söhbət et. Yeni tanışlıqlar qur.
10. Yeni tanış olduğun insanlara tədbirdən sonra səmimi xatırlatma mesajı göndər. Qarşıdakı həftələrdə növbəti görüş təyin et. Əks halda tanış olmanın heç bir mənası yoxdur. Dərininə inkişaf edən 1 tanışlıq, sadəcə vizit alınıb cibə qoyulmuş 10 tanışlıqdan daha faydalıdır.
11. Kimliyindən asılı olmayaraq insanlara ilk dəfədən "sən" deyə müraciət etmək olmaz. Səmimilik sərhəddini qarşıdakı insandan asılı olaraq zamanla təyin et.

Yüklə 25,38 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin