Mövzu 3. XASIYYƏTNAMƏ, ARAYIŞ.
Sual 11.
Xasiyyətnamə barədə məlumat yazın.
“Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ
gəlib, hər hansı bir şəxsin ictimai və əmək fəaliyyətini, kollektivdəki yerini təsvir
edən rəsmi sənəd və ya xarakteristikadır. Xasiyyətnamənin işlənmə dairəsi
genişdir. İşə, rəhbər vəzifəyə seçildikdə və ya dövlət orqanları tərəfindən tələb
olunduqda hər hansı şəxs haqqında xasiyyətnamə verilir. Belə xasiyyətnamə
əməli yazı növü kimi rəsmi üslubda yazılır. Əvvəlki xasiyyətnamələrdə şəxsin
partiyalılığı, partiya cəzası olması, siyasi dəyanəti xasiyyətnamədə mütləq öz
əksini tapmalı idi. Buna görə də xasiyyətnaməni partiya təşkilatı katibi də
imzalamalı idi. Xasiyyətnamə belə bir cümlə ilə qurtarırdı: «Siyasi cəhətdən
dəyanətlidir (dəyanətli deyil)». Müasir xasiyyətnamələr daha demokratik, daha
sadədir. Xasiyyətnaməni yalnız müəssisə rəhbəri və həmkarlar təşkilatının sədri
imzalayır. Böyük müəssisələrdə xasiyyətnaməni şöbə müdiri tərtib edir.
Xasiyyətnamədə aşağıdakılar öz əksini tapmalıdır: şəxsin təvəllüdü; vəzifəsi;
15
milliyyəti; ailə vəziyyəti; idarə və müəssisədəki əmək fəaliyyəti; stajı; əxlaqi-
mənəvi keyfiyyəti; öz vəzifəsinə münasibəti.
Xasiyyətnamə rəsmi sənəd olduğu üçün o, rəsmi üslubda yazılmalı,
xasiyyətnamə alan adamın müsbət və mənfi cəhətləri rəsmi dillə ifadə
olunmalıdır. Heç bir emosional ifadəyə, bənzətmələrə yol vermək olmaz
(Məsələn, Zalım oğlu səhərdən axşama qədər dəzgah arxasında yoruldum
demədən işləyir – kimi cümlələr xasiyyətnamə üçün yolverilməzdir).
Dostları ilə paylaş: |