Sual 9. Tərcümeyi-hal haqqında məlumat verin.
Bu sözün əvəzinə, bəzən “avtobioqrafiya” da işlədilir. Tərcümeyi-hal ərəbcə
“tərçi” ( geri çevirmə, döndərmə, təkraretmə) və “hal” (surət, vəziyyət) sözlərinin
birləşməsindən ibarətdir. Avtobioqrafiya isə avto (öz, özü) + bio (həyat) + qrafiya
(yazıram) deməkdir. Fikrimizcə, avtobioqrafiya sözü tərcümeyi-hal sözünə
nisbətən daha uyğundur. Avtobioqrafiya şəxsin öz əli ilə yazdığı tərcümeyi-haldır.
Bioqrafiya isə kiminsə tərcümeyi-halının başqası tərəfindən yazılmış formasıdır.
Avtobioqrafiya – müəllifin öz həyatını özünün təsvir etməsidir. Avtobioqrafiya –
həm ədəbi janr, həm də rəsmi sənədə aiddir. Memuar ədəbiyyatı əslində
avtobioqrafik xarakterdə olur. Adətən, böyük sərkərdələr (məs: G.K.Jukov,
Anfilov və başqaları), yazıçılar (C.Məmməd-quluzadə, A.Şaiq, M.F.Axundov və
b.) avtobioqrafiyalarda tarixi hadisələri bədii fikirlərin içərisində verir. Məsələn,
C.Məmmədquluzadə yazır: «Anadan olmuşam Naxçıvan şəhərində, Araz çayının
beş-altı verstliyində və Culfa qəsəbəsinin 40 verstlik fasiləsində… Nə vaxt anadan
olmuşam? Vallah bilmirəm, çünki bu barədə heç bir sənədim və yazım yoxdur.
Yəni nə odur ki, mənim təvəllüdüm barəsində olan yazını mən itirmişəm, xeyr,
mən onu deyirəm ki, mənim dünyaya gəlməyimi heç kəs yazı ilə bir yanda qeyd
etməyib… Bununla bərabər, bir neçə işarələrlə duya bilirəm ki, indi yəni hicrətin
min üç yüz qırx altıncı ilində mənim yaşım gərək ki, ya əlli altı ola, ya əlli yeddi
ola, ya bəlkə əlli səkkiz ola».
12
Buna bənzər və daha bədii şəkildə Abdulla Şaiq öz avtobioqrafiyasında
anadan olmasını belə göstərir: «Qardaşım Abdullanın ölümü ata-anasının qəlbini
dərin hüzn və kədər içində buraxmışdı. Onlara ancaq yaxın zamanda dünyaya
gələcək yeni övlad ümidi təsəlli verirdi. Hamı səbirsizliklə onun yolunu gözləyirdi.
O yolu gözlənilən çağa mən idim. 1881-ci ildə fevral ayının 12-də (yeni hesab ilə
24-də) Tiflis şəhərində doqquz aylıq uzun bir səfərdən tək yox, özüm ilə bərabər
bir yoldaş da gətirmişdim. Ölən qardaşımın sönən çırağını yandırmış olduğumdan
onun adını mənə qoydular. Mən də, mənim ilə əkiz tay olan bacım Mərziyə də ata-
anamızın qəlbindən dərdi, kədəri silib, yerinə sevinc və şənlik qığılcımı saçdıq.
Ailəmiz yenidən şənləndi».
Xatirə – avtobioqrafiyalardan əlavə, bir də şəxsiyyət haqqında
avtobioqrafiyalar da vardır ki, onlar qismən hüquqi sənəd xarakterində olur. Hər
hansı bir adam işə qəbul ediləndə və başqa hallarda onun haqqında toplanan
sənədlər içərisində avtobioqrafiya əsas yer tutur. Doğrudur, kadr uçotuna dair şəxsi
vərəqdə bioqrafik məlumatlar olur. Amma avtobioqrafiya şəxsən, əllə yazıldığı
üçün daha əhəmiyyətlidir. Avtobioqrafiyada müəllif özünün keçdiyi həyat yolunu
əks etdirməklə bərabər, ata və anası, yaxın ailə üzvləri haqqında da məlumat verir.
Tərcümeyi-hal ictimai həyatın müxtəlif sahələrində istifadə edilən əməli yazı
növüdür. Müxtəlif mənalarda – orta və ali ixtisas məktəblərinə qəbul olunarkən, işə
girərkən, hər hansı ictimai, siyasi təşkilata üzv olarkən, rəhbər vəzifəyə irəli
çəkilərkən, mükafata təqdim olunarkən şəxsin özü haqqında ətraflı məlumat
verilməsi məqsədilə yazılır.
Dostları ilə paylaş: |