9
A. Ərizənin mahiyyəti – Ərizənin hüquqi sənəd kimi mahiyyətcə şərhi
aşağıdakı kimidir. Şəxsin (bir neçə şəxsin) idarəyə və yaxud vəzifəli şəxsə rəsmi
müraciəti. Şikayətdən fərqli olaraq, vətəndaşın hüquqlarının və qanuni
mənafeyinin pozulması ilə əlaqədar olmur və həmin pozulmanın aradan
qaldırılması tələbi deyildir. Ərizə ilk növbədə, vətəndaşın hüququnun, yaxud
qanuni mənafeyinin həyata keçirilməsi (məsələn, işə qəbul haqda ərizə, öz xahişi
ilə işdən çıxmaq haqqında ərizə, mənzil verilməsi haqqında ərizə) üçün və
müəssisələrin işini yaxşılaşdırmaq haqqında təkliflər irəli sürmək üçün verilir.
Ərizə yazılı və şifahi verilir. Şifahi ərizə xüsusi jurnala qeyd edilir və
sonradan yazılı ərizələrlə (onlar da qeydə alınmalıdır) eyni əsaslarla baxılır.
Ərizədə qaldırılmış məsələ həmin idarənin səlahiyyətinə aid olmadıqda ərizə
müvafiq səlahiyyətli orqana göndərilir və bu, ərizəçiyə bildirilir.
Ərizənin xarakterindən asılı olaraq bəzən müxtəlif hüquqi aktlardan, cinayət
məcəlləsinin və mülki məcəllənin maddələrindən istifadə etmək lazım gəlir.
Adətən belə ərizələri vəkillərə yazdırırlar.
Dostları ilə paylaş: