İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


Cavab tələb edən məktublara aşağıdakılar aiddir



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/41
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#47576
1   2   3   4   5   6   7   8   9   10   ...   41
ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003

Cavab tələb edən məktublara aşağıdakılar aiddir: 

 



Xahişnamələr 

 



Müraciətlər 

 



Təkliflər 

 



Tələblər 

 



İradlar 

 



Dəvətlər 

Cavab tələb etməyən məktublar bunlardır: 

 



Xəbərdarlıqlar 

 



Xatırlamalar 

 



İmtinalar 

 



Sərəncamlar 

 



Müşahidə məktubları 

 



Bildirişlər 

 



Zəmanət məktubları 

 



İnformasiya məktubları 

 



Təlimat məktubları 

Məktub  tərtib  edəndə  aydın  təsəvvür  etmək  lazımdır  ki,  bununla  hansı  məqsədə 

nail  olmaq  istəyirsiniz,  burada  hansı  dəlilləri  gətirəcəksiniz.  İşgüzar  məktub 

qüsursuz  olmalıdır,  çünki  kiçik  bir  kənarlaşma  hüquqi  münaqişələrə  səbəb  ola 

bilər.  

Əgər  məktub  hər  hansı  bir  təşkilata  birinci  dəfə  göndərilirsə,  adresatın  soyadını, 

adını,  atasının  adını  (səhvsiz)  aydınlaşdırmaq  lazımdır.  İşgüzar  əlaqələrdə  bu, 

zəruridir. Məlumat kitabçasından təşkilatın telefon nömrəsini və ya katibdən lazımi 

informasiyanı  almaq  olar.  Müxtəlif  ünvanlara  göndərilən  təlimat  məktublarında 



 

şəxssiz  formadan  istifadə  edilir.  Toxunulan  məsələni  həll  etmək  üçün  məktubun 



məzmununu qısa, inandırıcı və məntiqi izah etmək lazımdır. Məktubun tonu sakit, 

nəzakətli,  sadə olmalıdır. Həddindən artıq nəzakət isə kobudluq və diqqətsizliklə 

bərabər yersizdir. Dəqiqsizlik ikimənalılığa, artıq professionalizm, lazım olmayan 

qısaldılmış  ifadələr  isə  sonrakı  dəqiqliyin  zəruriliyinə  gətirib  çıxarır.  İşgüzar 

tərəfdaşa  göndərilən  informasiya  tam  dürüst  olmalıdır.  Əgər  sizin  məktubunuzda 

hər hansı bir xahişin, ya da tapşırığın yerinə yetirilməsinin imtinası varsa, əvvəlcə 

belə  qərarın  motivlərini  izah  etmək  lazımdır.  Əgər  vəziyyətin dəyişməsi  ehtimalı 

varsa, söz vermək lazımdır ki, gələcəkdə həmin  məsələnin baxılmasına qayıtmaq 

olar.  Konkret  rəhbər,  ya  da  reqlament  sənədlərinə  istinad  məktub  müəllifinin 

işgüzar imicini artırır.  




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin