İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə38/41
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#47576
1   ...   33   34   35   36   37   38   39   40   41
ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003

A.  Əmrin  mahiyyəti  –  Nazirliklərin,  baş  idarələrin,  yerli  idarəetmə 

orqanlarının,  onların  şöbə  və  idarə  rəhbərlərinin,  habelə  birliklərin,  müəssisə, 

təşkilatların  rəhbərlərinin    idarəetmə  aktı.  Hüquqi  təbiətinə  görə  əmr  müəyyən 

ictimai münasibətləri nizama salan hüquq normaları aktıdır. Bəzi hallarda müəssisə 

rəhbəri  əmr  verərkən  həmkarlar  təşkilatının  razılığını  almalı,  əmri  hüquqşünasla 

razılaşdırmalıdır. Əmr imzalandığı andan qüvvəyə minir.  

B. Əmrin məzmunu – Hüquqi akt olaraq əmrlər çoxməzmunlu olur. İşə qəbul 

etmək, işdən azad etmək, töhmət vermək, təşəkkür etmək, iş rejimində dəyişiklik 

etmək, idarə və müəssisənin daxilində struktur dəyişiklikləri etmək  və s. bu kimi 

məsələlər müəssisə rəhbərinin əmri ilə hüquqi qüvvəyə minir.  

Əmrlər xüsusi formada verilir. Vərəqin birinci sətrində əmr verilən müəssisənin adı 

qeyd  edilir.  İkinci  sətirdə  “əmr”  sözü  yazılır.  Üçüncü  sətirdə  sol  tərəfdən  əmrin 

verildiyi  tarix,  sağ  tərəfdə  isə  əmrin  verildiyi  şəhərin  adı  yazılır.  Aşağıda  əmrin 

verilmə  səbəbi  və  məqsədi  göstərilir.  Ondan  aşağıdakı  sətirdə  vərəqin  ortasında 

«ƏMR  EDİRƏM»  sözləri  yazılır.  Sonra  isə  əmrin  məzmunu  verilir.  Əgər  əmr 

müəyyən şəxsə və ya şəxslərə aiddirsə, onda şəxsin (şəxslərin) adı, atasının adı və 

soyadı əvvəlcə qeyd edilir. Onun qаrsışında isə əmrin ona aid hissəsi verilir. Əmrin 

aşağı hissəsində əmrin əsası verilir. Sonra əmri verən məsul şəxsin vəzifəsi, titulu, 

adı və soyadı göstərilir. Rəhbər imzasından sonra əmri hazırlayan və əmri verməyə 

razılıq vermiş şəxsin imzası verilir. Əmrin icrası ilə bağlı olan, yəni əmrlə əlaqəsi 

olan qurumlara göndərilməsi haqqında qeydlə  tamamlanır.  


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin