İşin adı : «Açıq açarlar infrastrukturu» Müəllim Məmmədov Əlixan (S. A. A., İmza) Fakultə



Yüklə 114,46 Kb.
səhifə3/4
tarix22.04.2023
ölçüsü114,46 Kb.
#101397
1   2   3   4
Susana

İşin məqsədi

İşin məqsədi faylların asimmetrik şifrələnməsinin (deşifrələnməsi) alqoritmini tədqiq etməkdir.




Laboratoriya işinin tapşırığı

Laboratoriya işini yerinə yetirmək üçün:



  • «açıq» və «gizli» açarlarla faylın şifrlənməsi və deşifrlənməsi alqoritminin sxemini və proqramını tərtib etmək.

  • proqramı kompüterə daxil etmək

  • müəllim tərəfindən verilmiş faylı şifrləmək (deşifrləmək)



Tədqiq olunan obyektin şərhi

Şifrlənmə (e,n)- ədədlərinin köməyilə məxsusi olaraq aşağıdakı kimi aparılır:


Şifrlənəsi məlumat k=[log2(n)] sayda bitlərdən təşkil olunmuş bloklara bölünür. (kvadrat mötərizə kəsrin tam hissəsini göstərir).
Alınmış blokların hər biri (0;2k-1) intervalından götürülmüş bir mi ədədini interpretasiya edə bilər. Hər bir belə ədəd üçün
ci=((mi)e) mod n
ifadəsi hesablanır. ci blokları şifrlənmiş fayl hesab edilir.
Faylın deşifrlənməsi d məxfi ədədini istifadə etməklə aparılır:
Eyler teoreminin xüsusi halı olaraq təsdiq edilmişdir ki, n ədədi iki p q sadə vuruqlara ayrıla bilərsə, onda ixtiyar x üçün
(x(p-1)(q-1)) mod n = 1
bərabərliyi doğrudur. Məlumatın deşifrlənməsi üçün bu ifadə istifadə edilir. Onun hər iki tərəfi (-y) -ə qüvvətə yüksəldilir:
(x(-y)(p-1)(q-1)) mod n = 1(-y) = 1
hər iki tərəf x-ə vurulur:
(x(-y)(p-1)(q-1)+1) mod n = 1*x = x.
d - ədədinin Evklid alqoritmilə
e*d+(p-1)(q-1)*y =1
tənliyinin həlli ilə alındığı və buradan
e*d =(-y) *(p-1)(q-1)+1
olduğu nəzərə alınsa
(xe*d) mod n = x.
Bu isə o deməkdir ki,
ci=((mi)e) mod n
faylın mətnini oxumaq uçün, onu m moduluna görə d qüvvətinə yuksəltmək kifayət edir:
((ci)d) mod n = ((mi)e*d) mod n = mi.
mi- ilkin mətnin bloklarıdır.



Yüklə 114,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin