Laboratoriya işinin tapşırığı
Laboratoriya işini yerinə yetirmək üçün:
«açıq» və «gizli» açarları təyin edən alqoritmin sxemini və proqramını tərtib etmək.
proqramları kompüterə daxil etmək
müəllim tərəfindən verilənləri şifrləmək (deşifrələmək)
Tədqiq olunan obyektin şərhi
Açarların yaradılması aşağıdakı əməliyyatlar ardıçıllığından təşkil olunur:
İki p və q sadə (!) ədədləri seçilir
Onların n=(p*q) hasili hesablanır
İxtiyari e (e<n) ədədi elə seçilir ki,
ƏBOB(e,(p-1)(q-1))=1,
yəni e və (p-1)(q-1) qarşılıqlı sadə ədədlər olsun.
e*d+(p-1)(q-1)*y =1
tənliyi Evklid üsulu ilə tam ədədlərə (!) görə həll edilir (d və y dəyişənlərdir). Hər biri bu tənliyin tam ədədli həllini verən {d,y} çütlüklər çoxluğu tapılır. Burada d ədədi elə götürülür ki,
(p-1)(q-1) moduluna görə e*d ədədinin tərsi olsun
e*d =1 mod (p-1)*(q-1)
e*d = k*((p-1)*(q-1))+1
d =[ k*((p-1)*(q-1))+1]/e
İki (e,n)- ədədləri «açıq» açar kimi elan edilir.
d- ədədi «gizli» açar kimi tamamilə məxfi saxlanılır və (e,n)- ədədlərinin köməyilə şifrlənmiş mətnin oxunmasına imkan verir.
Baxılan metod aşağıdakı misalda nümayiş olunur. Fərz edilir ki, p=3, q=5, onda
n=p*q=15, (p-1)*(q-1)=8.
e=11 (e) seçilərsə, aşağıdakı düstura görə d-ni
d*11=1 mod 8
d=(8k+1)/11
hesablayaraq d=3 (k=4 qiymətində) alınır.
2.Asimmetrik şifrələmə (deşifrələmə)
Dostları ilə paylaş: |