İslam peripatetiZMİ



Yüklə 32,32 Kb.
səhifə5/5
tarix08.11.2022
ölçüsü32,32 Kb.
#67900
növüYazı
1   2   3   4   5
slam peripatetiZM

Kəlam məktəbi
Müsəlmanlar arasında geniş yayılmış təfəkkür məktəblərindən olan Kəlam məktəbi VIII əsrdən etibarən İslam əsaslarına istinad edərək formalaşan fikri sistemdir. Kəlam elminin fəlsəfə ilə ortaq xüsusiyyəti əqli dəlillərə, isbat və istidlallara bağlı olmasındadır. Bu elmin «Kəlam» adlandırılmasının tarixi kökləri vardır. Belə ki, VIII əsrdə İslam mütəfəkkirləri arasında belə bir mübahisəli məsələ ortaya çıxdı: –Görəsən, Allah kəlamı olan Quran məxluqdurmu? Yəni bu müqəddəs kitab Allah kimi əzəlidir, yoxsa sonradan xəlq olunmuşdur? Kəlam məktəbləri arasında mübahisə obyektinə çevrilən ilk məsələ Allah kəlamı (Quran) olduğu üçün bu məktəblərə «Kəlam» adı verildi.
Haqqında danışılan məşşai və işraq fəlsəfələri, eləcə də irfan və sufilik cərəyanları, kəlam məktəbi İslamın təfəkkür tarixində uzun illər ixtilaf və münaqişə mənbələri kimi çıxış etdilər. Bu cərəyanlardan heç biri müsəlman dünyası üçün mütləq bir təfəkkür məktəbi yarada bilmədi. XVII yüzilliyin birinci yarsında İslamın təfəkkür tarixində mühüm bir yenilik baş verdi. Bu yeniliyi İslam dünyasına misilsiz filosof Sədrəddin Şirazi (1572-1641) bəxş etdi. Molla Sədra adı ilə şöhrət tapan bu mütəfəkkir yeni kəşfləri ilə təfəkkür aləmində neçə-neçə əsrlik tarixi olan bir boşluğu doldurdu. O, əqli dəlil və isbat yollarını, ruhun paklanmasını, Quran və sünnəyə istinad edərək dini üsulların müdafiəsini və həqiqətin kəşfi ilə yanaşı ona qovuşmağı mühüm amillər kimi öz fəlsəfəsində birləşdirdi. Molla Sədra bu fikir cərəyanlarını (işraq və məşşai fəlsəfələri, kəlam, irfan və sufilik) birləşdirib, köhnə fikirlərdən ibarət ümumi bir məktəb yaratmadı, əksinə o, sözün əsl mənasında tamamilə yeni bir fəlsəfə yaradaraq həmin məktəbləri özündə həzm etdirdi. Molla Sədra bu əvəzsiz, misilsiz məktəbə «Mütəaliyə (ucalıq) fəlsəfəsi» adını qoydu. Cəmi iki yüz məsələdən ibarət dar çərçivədən kənara çıxmayan fəlsəfə Molla Sədra tərəfindən genişləndirilərək məsələlərinin sayı yeddi yüzədək artırıldı. Onun fikrincə fəlsəfə və şəriət elmləri bir-birinə zidd deyildir. Molla Sədranın nəzəriyyələrində çatışmazlıqların ola biləcəyi istisna diyildir. Lakin «Mütəaliyə fəlsəfəsi»ni müsəlmanların ən kamil təfəkkür məktəbi hesab etmək olar.
Yüklə 32,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin