Sələmçilik böyük günahlardan biri sayılır. Bu əməlin sahibi bu işdən əl götürməzsə, Allah və onun Peyğəmbəri (s) ilə müharibəyə qalxmış kimi hesab edilir. Bu barədə Allah-taala Qurani-kərimdə buyurulur:
"Ey iman gətirmişlər! Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar! 1