CƏSƏDLƏRİN DƏFN EDİLMƏSİ VƏ MÜASİR ELM
İslam dininin müqəddəs qanunvericisi - uca Allah cəsədlərin dəfn edilməsinə göstəriş verərək, onu vacib bilmişdir. Çünki cənazə dəfn edilməzsə, cəsədin çürüməsini müşahidə etmək, iyinin dəyişilməsi və onun qorxulu mənzərəsi bir dəstəni daxilən narahat edəcək və ətrafında olan bütün canlılar meyitin üfunətli iyindən əziyyətə düşəcəklər.
Hazırda bəlli olmuşdur ki, cənazədə ölümdən dərhal sonra mikrob və çirk meydana gəlir, belə ki, bağırsaq bakteriyaları qana və velnefə1 keçərək sürətlə artmağa başlayır, əvvəl həvazilər və anarubilər (bihavazilər) inkişaf edir. Albuminoid və üfunətli qazların2 istehsalı, anaerbuların tam inkişafından sonra başlayır. Bu yolla ki, tədricən qarın nahiyəsində, sinədə və digər üzvlərdə yaşıl rəngli ləkələr müşahidə edilir. Anaerobilər albuminiud maddələrinin sadə kimyəvi elementlərə parçalanması və üfunətli qazların (karbon, hidrogen, hidrogen sulfat və amonyak kimi) istehsalı mikrob və çürümənin əsas amilləridir.
Yayda üç-dörd gündən sonra, qazın təzyiqi qarında daha da güclənir, belə ki cənazə tabutda üzüquylu olarsa tabut partlaya bilər, cəsədin əvvəlki vəziyyətindən iki dəfə çox böyüməsi və xayaların sərcin formasını alması mümkündür. Bir neçə aydan sonra, torpağın tərkibindən asılı olaraq, divarın partlayış təzyiqi nəticəsində üfunət aradan gedir. Bədəndə mikrob infeksiyası başladıqdan sonra, bəzi həşəratlar (dipterlər) öz yumurtalarını ağız boşluğunda, burunda və gözün kənarında qoyurlar, tezliklə laru3 törənərək buruna, gözə və qulağa daxil olur və mikroblara kömək edir.
Hazırda elmin kəşf etdiyi bu məsələləri İmam Rza (ə) əsrlər öncə buyurmuşdur.
"Ölülərin dəfn edilməsi ona görə vacib edildi ki, meyyitin fəsadı xalqı əziyyət etməsin və onun dəyişilmə çirkinliyini görməsinlər, onun üfunətli qoxusunu iyləməsinlər, dirilər ölünün iyi və fasid olmuş üzvləri ilə əziyyətə düşməsinlər və dost və düşmən gözündən uzaq torpaq altında çürüsün ki, düşmənləri onu danlamasın və dostları qüssələnməsin".
Dostları ilə paylaş: |