XÜMS VƏ ZƏKAT
İslam dinində buyurulan vacib işlərdən biri də mənəvi, ictimai və iqdisadi təsirlərlə dolu olan xüms və zəkatdır. İnsanın cismani sağlamlığı üçün faydalı olan bu əməl barəsində xülasə olaraq işarə edirik.
Xüms və Zəkatın cismani faydaları -
Digərlərinin sağlam və uzun ömürlü olmaları
Bildiyimiz kimi hər il dünyada aclıqdan nə qədər insan tələf olur və nə qədər insan yaxşı qidalanmadıqları üçün həzm sisteminin pozulması, infeksiyon, qan və s. kimi xəstəliklərə tutulur. Bu aclığın pis qidalanmağın əsas dəlillərindın biri fəqirlik və yoxsulluqdur.
Yoxsulluq səbəb olur ki, insan yeməyə, geyməyə, ev təmirinə, alverə və s. işlərə az pul sərf etsin. Bu əməlin özü də xəstəliklərin çoxalmasına səbəb olur. Buna misal olaraq demək olar ki, yoxsul insanın yemək proqramı (heyvan ətindən olan yağlı yeməklərdən çoxlu istifadə etmək, habelə fibrlı yeməklərin, vitaminlərin və mineralların az məsrəfi) kökəlməyə, ürəklə bağlı və mikroblara zəmin yaradan sair xəstəliklərə səbəb olur. Digər tərəfdənsə rütubət və qış fəslində kifayət qədər istiliyin olmaması soyuq dəymənin, öskürəyin ağır tənəffüslü xəstəliklərin xüsusən də, uşaqlarda çoxalmasına səbəb olur. Bütün bu qeyd olunan vəziyyətlər üst-üstə yığılaraq insan sağlamlığını çətinliklə üzləşdirir.. Buna görə də xümsü verməkdən yaranan bu yoxsulluğun, sağlamlığa və yaşayışa təsirləri olaraq, cismi və ruhi sağlamlığı öz təsiri altına alır.1
Əgər hər bir cəmiyyətdə xalqın yoxsulluğunu aradan qaldıra bilən qanuna uyğun nizam olsaydı, yoxsulluq nəticəsində yaranan xəstəlik və ölüm kimi çətinliklər yox olar və cəmiyyət sağlam qalardı. İslam dini bu çətinliyi müxtəlif yollarla o cümlədən xüms və zəkatı verməklə aradan qaldırmışdır. İmam Kazim (ə) bu barədə buyurur: "Allah-təala zəkatı yoxsulların təmin edilməsi və sizin dövlətinizin artması üçün qərar verilmişdir."2
Bütün insanlar xüms və zəkatlarını versələr yoxsulluq yer üzərindən silinər və nəticədə kasıblıq ücbatından yaranan xəstəliklərin kökü kəsilərdi.
Dostları ilə paylaş: |