3 - QISA GEYİM(gödək ətəklik, mini yupka)
Bir çox həkimlər, fizioloqlar, mütəxəsislər və ekspertlər qısa geyimə qarşı qalxaraq onu yeni dəbin ən sağlamsız və qorxulu geyimlərindən olduğunu bildirirlər.
Həkimlər bildirirlər ki, qısa geyim adiləşən gündən müxtəlif xəstəliklər, o cümlədən sidik kisəsində iltihab, qadın ifrazatları və başqa xəstəliklər qadınlarda iki qat olur. Habelə soyuqdəymə və onun yaratdığı problemlər bu cür qadınlarda artır. Ən əhəmiyyətlisi də baldırların böyüməsidir. Qısa geyimlər baldırları 2 sm-dən 5 sm-ə qədər böyüdür. Bu iş fizioloqların nəzərinə görə olduqca təbiidir. Ona görə ki, bu hissədə soyuqdan qorunmaq üçün piylənmə gedir.
Bundan əlavə cinayət işləri üzrə statistikanın verdiyi məlumata görə qısa geyimli qızlar digər qızlardan daha çox ehtiraslı kişiləri özlərinə cəlb edərək azğınların cinayət və sadizm xarakterli hücumlarına məruz qalırlar.1
Dostları ilə paylaş: |