İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 1,09 Mb.
səhifə85/169
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#1675
1   ...   81   82   83   84   85   86   87   88   ...   169

SÜNNƏT


İslam dinində buyurulan vacib əməllərdən biridə sünnət etməkdir. Belə ki, oğlan uşağı yetkinlik həddinə (həddi-büluğa) çatdığı təqdirdə, ona sünnət etdirmək vacibdir. Bu işin həddi-büluğa çatmamış görülməsi daha yaxşıdır.

İslamın elmi möcüzələrini daha yaxından tanımaq üçün sünnət etməyin bir neçə əsrdən sonra kəşf edildiyi bəzi faydalarına işarə edirik.


Sünnət etməyin faydaları


1) Kişilərin xərçəng xəstəliyinə tutulmasınin qarşısını almaq.

Bəzi ölkələrdə, o cümlədən Hindistanda sünnət etmək yayılmadığı üçün cinsi orqanda xərçəng xəstəliyi, sünnət etməyin rəvac tapdıği digər ölkələrlə müqayisədə 10 dəfə artıqdır.1

Qeyri-müsəlman tədqiqatçıları bu tibbi iş üzərində geniş axtarış apardıqdan sonra onun müxtəlif faydalarını üzə çıxarıblar. Bir çox araşdırmalar göstərir ki, sünnətin minimum faydası xərçəng xəstəliyini azalmasıdır. Bu gün sünnət etmək xərçəng xəstəliyinin qarşısını almaq üçün bir növ vaksen hesab edilir.2

Cinsi orqanının xərçəng xəstəliyinə düçar olduğu 2500 nəfərdən cəmi 33 nəfəri sünnət edilmişdir ki, bu da təqribən hər 76 nəfərdən 1-i deməkdir (Ola bilsin bu 33 nəfər də gec sünnət olunublar).3

2) Qadınlarda xərçəngə yoluxmanın qarşısının alınması

3) QİÇS xəstəliyinin azalma ehtimalı

Sünnət olunmuş insanlarda QİÇS xəstəliyinin yayılma miqdarı azalır. Sünnət olunmağın faydası o qədər böyük maraq doğurub ki, Afrika ölkələrində QİÇS xəstəliyinin qarşısın almaq üçün bu metoddan istifadə edirlər. Çünki, artıq sübut olmuşdur ki, cəmiyyətdə 10 nəfər sünnət olunarsa bir nəfərin QİÇS xəstəliyinə yoluxmasının qarşısı alınar.1

QİÇS xəstəliyinin on altıncı beynəlxalq konqresində xəbər verildiyi kimi sünnət olunmaq kişilərdə QİÇS-in yayılma imkanını 60 faiz azaldır.

Bu tədqiqatlardan alınan nəticə əsasında sünnət vasitəsilə 20 ilin içində milyonlarla insanın canını xilas etmək olar.

Sünnət edilmək xüsusilə də QİÇS xəstəliyinə tutulmuş qadınlardan kişilərə yoluxmanın qarşısını almaqda çox təsirlidir.2

4) İnfeksion xəstəliklərin qarşısını almaq.

Sünnət olunan yerin, dərisinin alt hissəsi bakteriya və yoluxucu mikrobların inkişafı üçün əlverişli yerdir. Ona görə də sünnət etmək cinsi əlaqə yolu ilə iltihablara yoluxmanın qarşısını alır.

Bu iltihablardan əlavə bəzi tədqiqatlar göstərir ki, sünnət olunmuş kişilərdə sidikdə olan iltihablar digərlərindən daha azdır. Ona görə də hal hazırda bir çox qərb ölkələrində də bu işi genişləndirirlər.3

5) Sünnət olunmayan insanlarda süzənək xəstəliyinin mualicəsi çox çətin və ağırdır.

6) Amerikalı tədqiqatçıların verdiyi məlumata görə sünnət etdirmək, kişilərdə ziyil yaradan "papilumay" virusunun azalmasına səbəb olur.4

7) Sünnət etməmək spermanın sıçrayışını azaldır.

8) Sünnət etməmək sidiyin sıçrayışını azaldır və bəzən də sidik kanalında daşın yaranması kimi bir çox xəstəliklərin tapılmasına səbəb olur.2


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin