İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 1,02 Mb.
səhifə5/169
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#1365
1   2   3   4   5   6   7   8   9   ...   169
Üçüncü məqam:

Vaciblər və müstəhəblər üçün qeyd edilən mənfəətlər, eləcə də haram və günahlar üçün sadalanan zərərlər, bu hökümlərin şəriətdə qoyulmasının tam və qəti səbəbi deyil, əslində onun min dəlilinin biri sayıla bilər. Həmçinin, hətta o hökümlərin səbəbi də sayılmaya bilər. Bu baxımdan, deyilməməlidir ki, fülan günahdan fülan zərəri dəf etdik deyə, demək o günahı həyata keçirə bilərik. Misal olaraq, donuz ətininin yeyilməsində (onun ətini yemək haramdır) bir sıra zərərlər qeyd etmişik. Müasir elmin tərəqqi edərək bu zərərləri donuz ətindən götürə bilməsini fərz etsək, bu donuz ətini yeməyin halala çıxması kimi mənimsənilməməlidir. Çünki, əvvəla: donuz ətininin yeyilməsinin haram olmasının səbəbi yalnız onun cismani zərərləri deyil, ola bilsin ki, burada psixoloji, ruhi və s. faktorlar da dəxildir. İkinci bir tərəfdən: ola bilsin ki, elm 100 il bundan sonra, donuz ətininin yeyilməsinə dair tədqiqatçıların bu günə kimi xəbərdar olmadıqları zərəri üzə çıxarsın. Necə ki, keçən illərə qədər bu zərərlərin bir çoxu onlara bəlli deyildi.



Dördüncü məqam:

Sağlamlığın önəmi, yaradılışın məqsədini uca Allaha qovuşmaq və bu mənəvi yolu qət etmək üçün güclü və sağlam bədənə ehtiyaclı olduğumuzu bildiyimiz zaman üzə çıxır1. Xəstə bədənlə isə, bu yolu qət etmək, ya qeyri-mümkün və ya çox-çox məşəqqətlidir. Müqəddəs şəriət sahibi (Allah-taala) və başda həzrət Muhəmməd (s) olmaqla Allah yolunun hidayətçiləri sayılan məsum imamlar bu işə xeyli əhəmiyyət vermiş və bütün nurani göstərişlərində, sağlamlığa riayət etməyi buyurmuşlar. Ümumiyyətlə İslam dininin göstərişlərində bir çox məsləhətlər vardır ki, bunlardan biri də bədənin sağlamlığına dair məsləhətlərdir.

Məhəmməd ibni Sənan İmam Rzaya (ə) yazdığı məktubda bildirir ki, Məkkə camaatı düşünürlər ki, İslamın halal və haramları, kortəbii itaətdən başqa bir şey deyil və İslamın göstərişləri dəlil-sübütsuzdur.

İmam Rza (ə) cavabında yazır:

"Məkkə camaatı belə fikirdədirlərsə, yollarını azmışlar və aşkar zərər onlara üz gətirmişdir. Əgər İslamın göstərişləri kortəbii olsaydı və hikmətli Allah dəlil və səbəbsiz hər hansı bir şeyi halal və ya haram etsəydi, o zaman həzrəti Haqq əksinə göstəriş verməli idi, belə ki, halalları haram və haramları halal etməli idi. Sonra da camaatı kortəbii olaraq namazı, orucu tərk etməyə və oğurluq etməyə və qanunsuz cinsi əlaqələr qurmağa vadar edərdi. Halbuki belə deyil".

Sonra İmam buyurur:

"Biz bilirik ki, Allah-taalanın halal etdikləri, insanların məsləhəti və xoşbəxtliyi üçündür və cəmiyyətin yaşaması bu halallara bağlıdır. Camaat bu halal işlərə ehtiyaclıdırlar və onlardan heç zaman ehtiyacsız olmayacaqlar. Lakin haram işlər isə, cəmiyyətin fəsadına gətirib çıxarır və xalqı həlakət və məhvə sürükləyir".

Daha sonra həzrət buyurdu:

"İslam hökmləri necə dəlilsiz ola bilər?! Bir halda ki, hikmət sahibi Allah, yalnız insanın məsləhətinə və onun bədəninin sağlamlığına faydalı olanları halal etmiş və haramları isə, onlarda zərər və fəsadın mövcudluğuna görə haram buyurmuşdur".1

Bəzi insanların həzrətin bu buyuruğuna etimadı olmadıqlarını nəzərə alaraq, bizim bəhsimizin mehvəri bir tərəfdən vacib və müstəhəblərin və digər bir tərəfdən günah və məkruhların bədəninin fəsada və xəstəliyə düçar olmasında ifa etdikləri rolu isbat etmək istiqamətindədir. Bununla da, Allahın köməkliyi ilə, bacardığımız qədər onların şübhələrini azaltmaq istəyirik.


Mehdi Tahiri

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin